N. C əfərov, M . Ç obaııov, Q. P a şa yeva
II.
İkinci qrup tarixçilər isə, "tarix" anlayışını geniş mənada
dərk edir, xalqın tarixi ilə bilavasitə bağlı olan ən mötəbər
mənbələrə istinad edir, həm elmilik, həm də məntiqilik cəhətdən
düzgün nəticələrə gəlirlər. Bu isə, hər şeydən əvvəl, tarixçilərimizin
"tarix" anlayışına tamamilə geniş mənada yanaşması ilə bağlıdır.
Geniş mənada, tarix elmi-xalqın siyasi, iqtisadi, mədəni həyatını;
xalqın tarixən yaratmış və yaşatmış olduğu elmi-fəlsəfi,
elmi-hüquqi, etik və estetik görüşlərini; adət-ənənələrini; xalqın
açıq səma altında yaratmış olduğu etnoqrafik muzeylərini
(qəbiristanlıqları, künbəzləri və kurqanları) və onların özündə
qoruyub saxladığı gizlin səhifələri; xalqın tarixi möhürü hesab
etdiyimiz antroponimik (şəxs adlarını), toponimik (yer adlarını),
hidronimik (su aləminin adlarını) və digər adlarını; həmçinin, istər
xalqımızın bizə irs qoyduğu mənbələrdə, istərsə də tarixən qonşu
xalqların yazılı mənbələrində özünə yer tapmış xüsusi adların və ya
sözlərin nəzərə alınması; Azərbaycan tarixinə dair
xüsusi və ümumi
mənbələrin saf-çürük edilməsi; həmçinin, qonşu xalqlann tarixi
mənbələrinə dərindən nəzər salınması və həmin mənbələrdən
xalqımızın tarixinə dair mövcud faktlann araşdırılması və elmilik
baxımdan
sistemə
salınması;
qədim
və
zəngin
folklor
materiallarının, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş tarixi
məlumatların həm elmi-məntiqi, həm də tarixi-linqvistik baxımdan
araşdırılmasını tələb edir. Başqa sözlə desək, Azərbaycan xalqının
təşəkkülü tarixinə bir prizmadan yox, ən böyük və ən müxtəlif
prizmalardan baxmaq, onun vasitəsilə tarixin bizə irs qoyduğu
mənbələrdəki gizlin sirlərini açmaq lazımdır... Bu sahədə
tarixçilərimizin və filoloq alimlərimizin qarşısında çox böyük
vəzifələr durur...
196
Л zərb a yca n şü n as lığın ə sa sla n
Bütün dünya dillərinin inkişaf tarixində olduğu kimi,
Azərbaycan-türk dili də müasir mərhələyə gəlib çatana kimi bir
neçə mərhələ keçmiş, nəhayət, ümumxalq dili üzərində seçmə və
əvəzetmə əməliyyatı
apannaqla dilini tədricən cilalanmış,
səlisləşdirmiş, təkmilləşdirmiş və müəyyən dərəcədə orfoepik,
orfoqrafik və üslubi normaya salınmış ədəbi dil ünsiyyəti meydana
gəlmişdir. Məlumdur ki, hər bir ədəbi dil hamının anladığı, başa
düşdüyü vahid normalar əsasında tarixin müəyyən pilləsində
təşəkkül tapır və inkişaf edir. Bu baxımdan, Azərbaycan-türk ədəbi
dilinin inkişafı da uzun bir tarixi dövr keçmiş və bugünkü
səviyyəyə gəlib çatmışdır. Azərbaycan-tiirk dilinin qaynaqlarının
verdiyi məlumatlara görə, onun təşəkkül tarixi erkən orta əsrlərə
təsadüf edir. Bunu bir çox linqvistik mənbələr, o cümlədən, şifahi
ədəbiyyat nümunələri, toponim və antroponimlər, yazılı ədəbiyyat
nümunələri və tarixi sənədlər də təsdiq edir.
Dünyanın bütün dillərində olduğu kimi, Azərbaycan-türk ədəbi
dilinin da tarixən təşəkkül tapmış iki qolu vardır: şifahi ədəbi dil,
yazılı ədəbi dil.
AZƏRBAYCAN-TÜRK ŞİFAHİ ƏDƏBİ DİLİ VƏ ONUN
TƏŞƏKKÜLÜ TARİXİ. Azərbaycan xalqının əsil tarixinin
yazılmasında
ən
mötəbər
mənbələrdən
biri,
xalqımızın
ümumtəfəkkürünün məhsulu kimi təşəkkül tapan, xalqımızın
tarixən həm yol yoldaşı, həm də bu qədim və uzun yolun əks
etdiricisi, onu bədii təfəkkürün ümumi məhsulu kimi qoruyub, bu
günə çatdıran folklor materiallarının da (şifahi xalq ədəbiyyatı,
musiqi, rəqs) böyük elmi əhəmiyyəti vardır. Çünki hər bir folklor
nümunələri xalqımızın tarixinin bu və ya digər gizlin səhifələrini
özünün ayrı-ayrı misralarında, beytlərində, bəndlərində və yaxud
elmi-fəlsəfi xarakterli atalar sözü və zərbül-məsəllərində, ümumi
197