Dərs vəsaiti m £


A .  C əfərov,  M.  Ç oban ov,  Q.  P aşayeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə28/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   24   25   26   27   28   29   30   31   ...   83

A . 
C əfərov,  M.  Ç oban ov,  Q.  P aşayeva
«Cəbhədə qılınca

Məclisdə nitqə 
malik olanlar qəhrəmandır».
M.S.Ordubadi
NATİQLİK SƏNƏTİNİN MAHİR USTADI: 
HEYDƏR ƏLİYEV
Tarixin  hər bir  mərhələsində  ictimaiyyətin  üzvləri  arasında  öz 
ictimai-siyasi  vəzifəsinə  və  dünyagörüşünə  müvafiq  olaraq 
ziyalılar-natiqlər  yetişmişdir  və  beləliklə  də,  natiqlik  sənəti 
formalaşmışdır.
Nitqin gözəlliyi  üçün istedad, həssaslıq, ağır zəhmət, araşdırma 
və  xalq  dilinin  zəngin  xəzinəsini  dərindən  öyrənmək  məharəti 
lazımdır.  Hər bir natiq  ümumxalq dilindən özünəməxsus bir üsulla, 
ustalıqla  istifadə  edir.  Onlar  ümumxalq  dilindən  öz  istedadları, 
müşahidə qabiliyyəti  və həssaslığı sahəsində vəzifəsi və iş fəaliyyəti 
ilə  bağlı  olaraq,  məharətlə  istiladə  edir.  Belə  natiqlərin  ifadə  tərzi 
də, nitqi də gözəl və cəlbedici olur.  Ümumiyyətlə, cəmiyyətin bu və 
ya  digər  mərhələsində  nitq  və  natiqlik  sənəti  müəyyən  istiqamətdə 
inkişaf  etdirilmişdir.  Yəni,  bəzi  natiqlər  akademik  nitqə,  bəzi 
natiqlər  hərbiçi  nitqinə,  bəzi  natiqlər  hüquq  nitqinə  yiyələnmişlər. 
Başqa  sözlə  desək,  insan  cəmiyyəti  tarixində  natiqlik  sənəti  bir 
sahəli olmamışdır.
Bu  xüsusiyyət  müasir  natiqlik  sənətində  davam  etdirilsə  də, 
dövrümüzün  müasir  tələbləri  natiqlik  sənətində  də  yeni  bir 
istiqamətin formalaşmasına səbəb olmuşdur. Yəni, ayrı-ayrı natiqlər 
öz  nitqlərində  natiqlik  sənəti  üçün  səciyyəvi  olan  bütün  nitq
112
A zərb a yca n şü n a slığ ın   əsasları
xüsusiyyətlərini  özündə  cəmləşdirir.  Əlbəttə,  insan  cəmiyyəti 
tarixində belə  istedadlı  dil  biliciləri  -  natiqlər  nadir  istedada  malik 
olub, nadir hallarda tarix səhnəsinə gəlir.  Belə tarixi natiqlərdən biri 
də  XX  əsrin  görkəmli  siyasətçisi,  təcrübəli  dövlət  xadimi, 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarıdır. 
Onun  natiqliyinin  bir  xüsusiyyəti  də  ondadır  ki,  o  bilinqvist 
(çoxdilli)  natiqdir.  Onun  natiqlik sənəti  və natiqlik  məharəti  müasir 
dövrün həm türk dünyası, həm də rusdilli  xalqlara yaxşı məlumdur. 
Onun  hər  bir  çıxışı  və  ya  nitqi  natiqlik  sənətinin  bütün  növlərində 
və  şəkillərində  öz  məzmunu  və  forması,  orijinallığı  ilə  seçilir, 
xüsusi  bir  rəngarənglik  təşkil  edir,  ilk  dəqiqələrdən  dinləyicinin 
diqqətini  cəlb edir.  Sanki,  o,  dinləyicini  ovsunlayır,  onun  nitqindən 
ayrılmaq  mümkün  olmur.  Çünki  onun  nitqi  öz  gözəlliyi, 
inandıncılığı və cəlbediciliyi  ilə fərqlənir Məsələn:  “Gənclər burada 
öz  çıxışlarında”,  şübhəsiz  ki,  əsasən  onların  fəaliyyəti  üçün, 
yaşayışı  üçün, gələcəyi  üçün  vacib olan problemlərin həll  olunması 
barədə  təkliflərini  irəliyə  sürdülər.  Bu,  təbiidir  və  çıxışların 
əksəriyyətindən  belə  hiss  olundu  ki,  gənclərə  kömək  etmək  üçün 
Azərbaycanın  hakimiyyət  orqanları,  dövlət  orqanları  və  bütün 
başqa təşkilatlan bunları həll etməlidir”.
Heydər  Əliyevin  nitqində  natiqliyik  sənətinin  bütün  növləri, 
demək  olar  ki,  öz  müasirliyi  və  kamilliyi  ilə  öz  əksini  tapmışdır. 
Geniş  ictimai-siyasi  və  idarəçilik  təcrübəsinə  malik  olan  Heydər 
Əliyev  həyatın  bütün  sahələrinə  dair  gözəl  və  cəlbedici  nitq  söylə­
məyin nadir ustadıdır.  Bir natiq kimi, onun böyüklüyü ondadır ki, o, 
hər  bir  auditoriyanın  dinləmə  səviyyəsinə  uyğun  olaraq  nitq  söylə­
məyi  bacarır.  Onun  nitqi  o  qədər  sadə,  o  qədər  axıcı  və  inandırıcı 
olur  ki,  hamı  onu  eynilə  başa  düşür.  Əlbəttə,  bu  da  təsadüfi  deyil. 
Çünki, o daim  həyatı,  məişəti, elmi, mədəniyyəti,  siyasəti  və  iqtisa-
113


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
diyyatı,  cəmiyyətin  inkişaf tarixini  və  müasir  səviyyəsini  dərindən 
öyrənir.  Çünki  həyatda baş verən proseslərin yaxından izlənməsi və 
öyrənilməsi natiqliyin başlıca şərtlərindən hesab olunur.
Heydər Əliyevin ictimai-siyasi xarakterli nitqində, konfranslar­
da, ali məclislərdə və qurultaylarda söylədiyi hesabat məruzələrində 
də,  siyasi  məzmunlu  çıxışlarında  da,  kütləvi  mitinqlərdə  də, xülasə 
xarakterli  çıxışlarında  da  dinləyici  auditoriyasının  tərkibi,  dinləyici 
səviyyəsi  nəzərə  alınır,  hər  bir  söz,  hər  bir  ifadə,  hər  bir  cümlə 
bir-birini  elə  tamamlayır  ki,  elə  bil  ki,  müəllif bu  çıxışı  üzərində 
həftələrlə mütaliə aparmış, xüsusi məruzələr yazmışdır...
Siyasi məzmunlu çıxışlar bütün xalqların, o cümlədən də Azər­
baycan xalqının həyatında  bu və ya başqa dərəcədə geniş yer tutur. 
İctimai-siyasi,  iqtisadi,  mədəni-maarif,  etik-əxlaqi,  elmi-texniki  tə­
rəqqi  məsələlərinə  həsr olunmuş məruzələr ictimai-siyasi  natiqliyin 
əsasmı  təşkil  edir.  Bu  qrup  mənbələrdə  görülmüş  işlərin  təhlili, 
onun  qiymətləndirilməsi,  dinləyicilərə  verilən  məsləhətlər,  irəli  sü­
rülmüş fikir və mülahizələrin  məqsəd və vəzifələrinin qısa və aydın 
şəkildə  şərh  olunması  başlıca  şərtdir.  Bəzən  isə,  siyasi  məruzələr 
təcrübi  rəhbərlik  üçün  proqram  xarakteri,  qanun  xarakteri  daşıyır. 
Belə məruzələrin  əksəriyyəti  yeri  gələndə  ümumxalq  müzakirəsinə 
çevrilir.  Belə  məruzələrə  hörmətli  Prezidentimiz  Heydər  Əliyevin 
ABŞ-ya,  Polşaya,  Lissabona etdiyi  səfərlərdə  söylədiyi  nitqləri  nü­
munə  göstərmək  olar.  Heydər Əliyevin  həmin  nitqləri  öz  tarixiliyi 
və müasirliyi, elmiliyi  və məntiqiliyi, dəqiqliyi  və kamilliyi  ilə din­
ləyicilərdə  böyük  maraq  doğunnuş,  hamını  onun  mülahizələri  və 
fikirləri  ilə  razılaşmağa  məcbur  etmişdir.  Bu  baxımdan,  Heydər 
Əliyevi siyasi nitqin mahir ustadı hesab etmək olar...
Onun  nitqində  Müstəqil  Respublikamızın  yeritdiyi  daxili  və 
xarici siyasətin ən incə çalarlanm, ən mühüm vəzifələrin məqsəd və
114
A zərh aycan şü n aslığın   ə sa sla n
məğzinin öz vaxtında xalq  kütləsinə çatdırılmasını, həmin  vəzifələ­
rin  icrası  üçün  zəruri  göstəriş  və  mexanizmlərin  hazırlanmasını  və 
müvəffəqiyyətlə  həyata  keçirilməsini  görürük.  Əlbəttə,  belə  nitqlər 
bir  tərəfdən  ölkənin  siyasi  məsələlərinin  düzgün  həll  edilməsini 
sürətləndirir, digər tərəfdən isə, həm natiqin, həm də nitqin şöhrətini 
artırır, natiqlik sənətini inkişaf etdirir,
Siyasi  natiqlik  məharəti,  hər  şeydən  əvvəl,  kütləvi  təbliğat  və 
təşviqat  xarakterli  olub,  müasir  dövrdə  Respublikamızın  qarşılaş­
dığı  çətinlikləri  zəngin  faktik  material  və  sübutlarla  xalqa  çatdırır, 
onun keçici xarakterli olmasını xalqa şərh edir, Bu sahədə Preziden­
timizin  istər  siyasi,  istərsə  də  Müstəqil  Respublikamızda  müvəf­
fəqiyyətlə  davam  etdirilən  iqtisadi  islahatlar,  iqtisadiyyatın  inkişaf 
etdirilməsi,  təsərrüfatçılıq  təcrübəsinin  xalqa  çatdırılması  ilə  əlaqə­
dar söylədiyi nitqi müasir natiqlik sənətinin bariz nümunələridir.
Heydər  Əliyev  öz  xidməti  vəzifəsi  ilə  əlaqədar olaraq,  tez-tez 
ali  məktəblərin  professor  müəllimi,  akademiyanın  alimləri 
qarşısında  da  çıxış  etməli  olur.  Bu  da  onun  akademik  natiqliyinin 
formalaşmasına  səbəb  olmuşdur.  Onun  nitqi  elmi  sahədə  də  çox 
inandırıcı  olur.  Bir  sözlə,  o  alimlər  auditoriyasında  alim  nitqində 
söyləmək, elmi məruzə etmək bacarığına və məharətinə malikdir.
Heydər Əliyevin  nitqinin  dili  aydın  və  səlisidir;  elmidir,  aydın 
və  yığcam  məntiqi  nəticə  çıxarılır,  vətənpərvərlik  hissləri  təqdirə 
layiqdir.
Möhtərəm  Prezidentimiz  Heydər  Əliyevin  nitqində  akade­
mik  natiqliyin, demək olar ki, bütün  səciyyəvi  cəhətlərinə rast gəli­
rik.  Onun  bu  xarakterli  nitqində hər hansı  məsələnin şərhində elmi­
lik  ön  plana çəkilir, söylənilən fikir və mülahizələr ümumiləşdirilir, 
faktik  materiallar  məntiqi  ardıcıllıqla  geniş təhlil  olunur.  Belə  nitq­
lərdə  iki  prinsip  nəzərdə  tutulur:  birincisi,  dinləyici  auditoriyasına
115


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə