Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P aşayeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə27/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   23   24   25   26   27   28   29   30   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P aşayeva
Müstəqil  Azərbaycan  Respublikası  yaradılmışdır.  Respublikamız 
Beynəlxalq  təşkilatlar  tərəfindən  tanınmış,  dünya  ölkələri  ilə 
bərabər hüquqlu fəaliyyət göstərir, müxtəlif Beynəlxalq təşkilatların 
və  dünyanın  ауп-ауп  dövlətlərinin  tribunasından  öz  sözünü  deyir, 
siyasi  mövqeyini  get-gedə  daha  da  möhkəmləndirir.  Əlbəttə,  bu 
sahədə  görkəmli  siyasətçi  və  strategiyaçı,  təcrübəli  dövlət  xadimi, 
Azərbaycan  Respublikasının Prezidenti,  Silahlı  Qüvvələrimizin Ali 
Baş  Komandanı  Heydər  Əliyev  cənablarının  xüsusi  xidmətləri 
olmuşdur.  Artıq,  bizim  vaxtı  ilə  M.Ə.Rəsulzadənin  “Bir  kərə 
yüksələn  bayraq  bir  daha  enməz”  kəlamını  böyük  fəxrlə,  qürurla 
söyləməyə, tam mənası  ilə, haqqımız vardır.  Çünki  Respublikamızı 
gələcəyə aparan sükanın arxasında dünyanın tanınmış siyasətçisi və 
təcrübəli  dövlət xadimi, xalqımızın böyük vətənpərvər oğlu Heydər 
Əliyev cənabları otunnuşdur.
Biz,  çox  cəsarətlə,  deyə  bilərik  ki,  müasir  dövrdə,  müasir 
həyatımızda  Heydər  Əliyev  fenomini  ilə  vətənpərvərlik  anlayışı 
bir-birinin  sinonimi  kimi  özünü  göstərir.  Bu  da  təsadüfi  deyil. 
Çünki  vətənpərvərlik  anlayışı  üçün  səciyyəvi  olan  bütün 
xüsusiyyətləri,  məna  çalarını,  o  cümlədən,  insanlara  xas  olan  ən 
ülvi,  ən  böyük  və  səmimi  insani  məhəbbət  hisslərini  80  illik 
yubileyini qeyd etdiyimiz Heydər Əliyev cənablarının  fenomenində 
aydın  şəkildə  görürük.  Əlbəttə,  bu  bizim  hər  birimiz  üçün  ömək 
olmalıdır.  Vətənpərvərlik  ruhu,  Ana  Vətənə  dərin  məhəbbət  və 
sədaqət  hissləri  Heydər  Əliyev  fəaliyyətinin  əsas  məğzini  təşkil 
edir.
Deməli, istər ümumtəhsil məktəblərində, istər orta ixtisas və ali 
məktəblərdə,  istərsə  də  Gənclər  təşkilatlarında  və  digər  ictimai 
təşkilatlarda  yeniyetmələrimizin  və  gənclərimizin  doğma  Ana
108
A zərbaycan şiin asltğın   ə sa sla n
dilində  Heydər  Əliyev  nümunəsində  azərbaycaııçılıq  ruhunda 
tərbiyə edilməsi daim gündəmdə olmalıdır.
Burada  yeri  gəlmişkən,  görkəmli  xalq  şairi  S.Vurğunun  hərbi 
vətənpərvərlik ruhu ilə yaxından əlaqədar olan “Vətənin keşiyində” 
şeirinin  mahiyyətini  yada  salmaq  yerinə  düşərdi.  Bu  şeirin  əsas 
mahiyyətini səfərbərlik çağırışı, əsgəri anda sadiqlik təşkil edir:
“Bilsin aııa torpaq, eşitsiıı  Vətən,
Mii səl ləli əsgərəm inən (lə bu gündən!
Qoy  Vətən torpağı ayağa qalxsın,
Hər igid gözündən ildırım çaxsın!”
Xalqımızın  və  ədəbiyyatımızın  tarixində  qızıl  xətlərlə  yazılan 
və  özünəməxsus  yer  tutan  bu  misralar  işığında  bütün  gəncliyimiz 
kimi,  gəncliyində  ikən  Heydər  Əliyev  də  vətənpərvərlik  tərbiyəsi 
almış  və  həmin 
şeri 
özünün  həyat  devizi  kimi 
daim 
qiymətləndirmişdir.  0,  həyatı  boyu  bu  devizlə  yaşamış  və 
gənclərimizi bu misraların məğzi  ilə silahlanmağı tövsiyə etmişdir.
Heydər Əliyev  cənablarının  bütün  fəaliyyətinə  dərindən  nəzər 
saldıqda  bir  həqiqət  özünü  büruzə  verir.  O,  Ulu  babalarımızın 
tarixən  formalaşmış  əxlaq  qanunları  əsasında  tərbiyə  almışdır  -  
Xalq  tərbiyəsi,  Xalqa  və  Vətənə  sədaqət  tərbiyəsi.  Deməli,  xəlqilik 
və  vətənpərvərlik  onun  dünyagörüşünün,  siyasi  fəaliyyətinin 
ümumi  və  strateji  xəttini  təşkil  etmişdir.  Bu  baxımdan,  Ulu 
Öndərimizin  strateji  vətənpərvərlik  fəaliyyətindən  bir neçə məqamı 
nəzərə  çatdırmaq  yerinə  düşərdi.  Onun  hər  bir  çıxışı  və  ya  nitqi 
vətənpərvərlik  baxımdan,  öz  məzmunu  və  orijinallığı  ilə  seçilir, 
xüsusi  bir  rəngarənglik  təşkil  edir,  ilk  dəqiqələrdən  dinləyicinin 
diqqətini  özünə cəlb edirdi.  Sanki, o, dinləyicini  ovsunlayırdı, onun 
dərin  məzmunlu  nitqindən  ayrılmaq  olmurdu.  Çünki  onun  hər  bir 
çıxışı  öz məzmunu,  məntiqi  inandıncılığı, gözəlliyi  və cəlbediciliyi
109


N.  C əfarov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
ilə fərqlənirdi. Onun nitqində hər bir söz, hər bir ifadə, hər bir cümlə 
bir-birini  elə tamamlayır ki, müasir gəncliyimizin vəzifələri, onların 
vətənpərvərliyi,  vətənə  sədaqətlilik  ruhunda  tərbiyələndirilməsi 
istər-istəməz ön plana çəkilirdi.  Onun  hər bir çıxışında  bir tərəfdən 
ölkənin  siyasi-iqtisadi  məsələlərinin  düzgün  həll  edilməsi;  digər 
tərəfdən  isə,  gəncliyimizin  vətənin  gələcəyi  naminə düzgün tərbiyə 
edilməsi 
və 
istiqamətləndinlməsi, 
ölkəmizin 
bütövlüyünü, 
sərhədlərimizin  toxunulmazlığını  təmin  etmək,  xalqımızı  birlik 
uğrunda mübarizəyə səsləməsi başlıca rol oynayırdı.
Prezidentimizin təşəbbüsü ilə klassik şair-dramaturq H.Cavidin 
cənazəsinin  uzaq  Sibirdən  Vətənə  gətirilməsi  və  ona  möhtəşəm 
abidə  qoyulması,  klassik  ədəbiyyat  və  incəsənət  xadimlərimizin, 
tanınmış  alimlərimizin  yubileylərinin  qeyd  olunması  və  onların 
xatirəsini  əbədiləşdinnək  məqsədilə  onlara  abidələrin  ucaldılması, 
həmçinin,  bu  günlərdə  Milli  qəhrəmanlarımıza  «Qızıl  medal»lann 
təqdim  olunması  da  gənclərimizdə  vətənpərvərlik  hisslərinin 
aşılanmasına  bariz  nümunələrdir.  Həmçinin,  elm,  ədəbiyyat  və 
incəsənətimizin  inkişafındakı  xidmətlərinə  görə  alim,  yazıçı  və 
incəsənət  xadimlərinə  dövlət  tərəfindən  xüsusi  maaşların  təyin 
edilməsi 
də 
gənclərimizdə 
vətənpərvərlik 
hisslərinin 
və 
duyğularının aşılanmasında böyük rol oynayır.
Bizim  mülahizəmizə,  görə,  ümummilli  liderimiz  Heydər 
Əliyevin  fəaliyyətinin  bütün  anlan,  müxtəlif tədbirlərdəki  çıxışlan 
ya nitqləri, elm xadimləri, ədəbiyyat və incəsənət ustalan, elm və 
təhsil  işçiləri,  həmçinin,  ölkəmizin  iqtisadi  inkişafında  başlıca  rol 
oynayan  fəhlə  və  kənd  zəhmətkeşləri  ilə  görüşlərindəki  çıxışlan. 
elmi təfəkkürü, milli azadlıq və müstəqilliyimizin, dövlətçiliyimizin 
möhkəmləndirilməsi  uğrunda  mübarizəsi,  Azərbaycanın  dünyaya 
inteqrasiyası  sahəsindəki  və  Türk  dünyasının  birliyi  uğurundakı
110
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
fəaliyyəti,  tam  mənası  ilə,  vətənpərvərlik,  xəlqilik,  humanistlik  və 
insanpərvərlik  tərbiyəsinin  əvəzsiz  nümunələridir  desək,  heç  də, 
səhv  etmərik.  Bütün  bunlar  isə,  gəncliyimizin  Azərbaycançılıq  və 
Heydər  Əliyev  ruhunda  tərbiyə  edilməsi  üçün  əbədi  ömək  ola 
bilər...
Deməli, 
ixtisasından 
asılı 
olmayaraq, 
hər  bir  ziyalı 
azərbaycanşünaslıq  məsələlərini  dərindən  bilməli,  dinləyicilər 
qarşısında,  bu  və  ya  digər  məsələ  barədə,  aydın,  səlis,  kamil  bir 
nitqlə  danışmağı,  müəyyən  problemi  sərbəst və  elmi  dəlillərlə  şərh 
etməyi  bacarmalı;  yeri  gələndə  isə,  dinləyicilər  qarşısında  həm 
yana-yana, həm də yandıra-yandıra nitq söyləmək məharətinə malik 
olmalıdır.  Hər  bir  ziyalı  nitqinin  əsas  leytmotivini  gənclərimizin 
vətənpərvərlik,  torpağa  bağlılıq,  xəlqilik  və  beynəlmiləlçilik 
ruhunda tərbiyə etmək problemləri təşkil etməlidir.
Məhz  bu  yolla,  Ümummilli  liderimiz  Heydər  Əliyevin 
Azərbaycançılıq  ideyasını və tövsiyələrini həyatda reallaşdınnaq və 
gənclərimizi bu ruhda tərbiyə etmək olar.
111


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə