N. C əfərov, M. Ç oban ov, Q. P a şa yeva
yığıncaqlardakı, müzakirələrdəki siyasi-sosial, ideoloji məzmunlu
nitq, çıxış və söhbətləri, müsahibələri yalnız müdrik bir dövlət
xadiminin xalqın dilinə, ədəbiyyatına və mədəniyyətinə verilən
qiymət və qayğısının parlaq ifadəsi deyil, eyni zamanda həmin
sahələrin hər birinin inkişafı üçün peşəkar strateji göstəriş,
gələcəyin mükəmməl hazırlanmış proqramıdır. Odur ki, bu
müraciəti böyük mütəfəkkirin təxminən yanməsrlik həyatı
müşahidələrinin
və
təcrübəsinin,
araşdınnalannın, müxtəlif
istiqamətli siyasi-ictimai, elmi-məntiqi təhlilinin nəticəsi kimi
qiymətləndirmək olar... Onu da qeyd edək ki, görkəmli strategiyaçı
Heydər Əliyev hər bir problemin həllində tarixilik və müasirlik
məsələlərini daim diqqət mərkəzində saxlayırdı...
Ümummilli lider həmin “Müraciəti”ndə Azərbaycan dili,
ədəbiyyatı və mədəniyyətinin ümumi problemlərinin biri digərinin
davamı olan, əsasən, üç dövründən söhbət açmışdır:
Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin təşəkkülü
nün birinci dövrü. Bu dövr bir neçə minillik uzun bir mərhələni
əhatə edir: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir
ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx
mağarasından tapılmış azıxantrop Azərbaycanın qədim ibtidai insan
məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və
Gəmiqayadakı qayaüstü təsvirlər və petroqriflər, Kür-Araz və
Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, turqan
tapıntılan sübut edir ki, hətta, miladdan əvvəlki minillərdə də
Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur".
Həmin “Müraciəf’də deyildiyi kimi, Azərbaycan coğrafi-siyasi
mövqeyinə görə, “həmişə sivilizasiyaların qovuşuğunda olmuş və
istər Qərbin , istərsə də Şərqin çox güclü təsirini öz üzərində hiss
etmişdir”.
148
A zərb a yca n şü n a slığ ın ə sa sla n
Şübhəsiz ki, bu da Azərbaycanın tarixəqədərki və ondan
sonrakı mədəniyyətinin beynəlmiləl xarakter daşımasına müəyyən
dərəcədə təsir göstərmişdir. “Məhz bunun nəticəsində tarixən
ölkəmizdə müxtəlif dinlərə münasibətdə yüksək tolerantlıq,
dözümlülük mühiti yaranmışdır. Yunan-roma mədəniyyətinin,
bütün antik sivilizasiyanın güclü təsiri altında inkişaf edən elm,
ədəbiyyat və incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus
forma və məzmuna malik olmağa başlamışdır. Bununla yanaşı,
sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşmasının
özünəməxsus müxtəlif mərhələləri olmuşdur”.
Ümummilli
lider Heydər Əliyevin qeyd etdiyi kimi,
Azərbaycan mədəniyyətinin tarixi özünəməxsus (milli!) əlamətlərlə
ümumbəşəri əlamətlərin dialektikasını, qarşılıqlı əlaqəsini nümayiş
etdirir... Azərbaycan mədəniyyəti həmişə dünyaya açıq bir xalqın
mədəniyyəti olmuşdur... Bu mülahizələri, dünya mədəniyyətinin
zəngin xəzinəsi sayılan “Kitabi-Dədə Qorqud” eposu, Qətran
Təbrizinin, Əfzələddin Xaqaninin divanları, Nizami Gəncəvinin
“Xəmsə”sinin “ümumbəşəri ideyaların tərənnümünə, haqqın,
ədalətin, humanist ideyaların bərqərar olmasına xidmət etməsi”
açıq-aydın şəkildə göstərir...
Bu mənada, eramızın ilk əsrlərindən Azərbaycanda etnokul-
turoloji proseslərə nəzarət edən Hun-qıpçaq türkləri beynəlmiləlçi
dünyagörüşünün, ümumbəşəri ideyaların, dini plüralizmin genişlən
məsində, heç şübhəsiz ki, həlledici rol oynamışlar. Sonra onların
ənənələrini Oğuz türkləri davam etdirmişlər...
Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti tarixinin ikinci
dövrü. Ümummilli lider Heydər Əliyev bu dövrü birbaşa birinci
dövrün davamı kimi təhlil edərək, göstərir ki, “Azərbaycanda məhz
bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr
149
N. C əfərov, M. Ç o b a n o v, Q. P a şa y e v a
yaranaraq, milli şüurun formalaşmasına güclü təkan verdi”...
Deməli, Azərbaycanda milli şüurun formalaşmasına təsir göstərən
hadisələr
XIX
əsrin
əvvəllərində
maarifçilik
ideyalannın
çiçəklənməsi, həmin əsrin ortalarında M.F.Axundov kimi müasir
düşüncəli mütəfəkkirin yetişməsi, “Əkinçi” qəzetinin nəşr edilməsi,
XIX əsrin sonu və XX əsrin əvvəllərində müxtəlif ideya-estetik
məktəblərin genişlənməsi və s. başlıca rol oynamışdır. Həmin “Mü-
raciəf’də qeyd olunduğu kimi, “maarifçilik hərəkatının genişlən
məsi, Azərbaycandan xarici ölkələrə ali təhsil almağa gedənlərin
sayının get-gedə artmasına gətirib çıxardı. Xaricdə ali təhsil aldıq
dan sonra Vətənə qayıdan ziyalılar Azərbaycanda maarifləndirmə
meyllərini dəstəkləyən qüvvələri öz ətrafında birləşdirdilər, milli
mətbuat və milli teatrın yaranması üçün zəmin yaratdılar”...
Azərbaycan Prezidenti həmin “Müraciəf’də ədəbiyyatımızın
ikinci dövrdəki vəziyyətini təhlil edərək qeyd etmişdir ki, “yeni
dövrün ədəbiyyatının formalaşmasında Nəcəf bəy Vəzirovun,
Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin, Süleyman
Sani Axundovun, Üzeyir bəy Hacıbəyovun, Nəriman Nərimano
vun, Haşım bəy Vəzirovun, Cəlil Məmmədquluzadənin, Abbas
Səhhətin, Məhəmməd Hadinin, Abdulla Şaiqin, Əhməd Ağaoğ-
lunun, Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin, Əhməd Cavadın
və başqalarının əvəzsiz xidmətləri var idi”.
Burada yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki,
xalqımızın taleyüklü tarixində 70 illik Sovet dövrünün də
özünəməxsus yeri vardır. Odur ki, bəzi ziyalıların mütəxəssislərin
qeyd etdiyi kimi, “Sovet dövrünü Azərbaycan xalqının tarixindən
sıxışdırıb çıxarmağa çalışanlar səhv edirlər-xalqımız bu dövrü
bütün mürəkkəbliyi, uğurları, qüsurları ilə birlikdə yaşamışdır. Biz,
heç də, bəzilərinin düşündüyü kimi, milli müstəqillik dövrünə
150
A zərh aycan şiin aslığın ə sa sla n
birbaşa XX əsrin əvvəllərindən Azərbaycan Xalq Cümhuriyyəti
dövründən gəlməmişik. Sovet dövrü Azərbaycana minlərlə orta,
onlarla ali məktəb, teatrlar, muzeylər, sərgi salonları vermişdir.
Sovet dövründə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti böyük
sürətlə inkişaf etmişdir... Bununla belə, yüksəlişdə olan milli hisslər,
ideyalar boğulmuş, repressiya illərində Azərbaycanın 50 mindən
artıq övladı güllələnmiş, 100 mindən çox insanı Qazaxıstana, Sibirə
sürgün edilmişdir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mumtaz
kimi böyük ədəbiyyat, mədəniyyət xadimləri məhz həmin illərdə
sovet kommunist ideologiyasının qəzəbinə tuş gəlmişlər”.
Yuxanda qeyd olunanlardan belə qənaətə gəlmək olar ki,
“Müraciət” Azərbaycan tarixinin sovet dövrünə obyektiv metodla
yanaşmağın gözəl təcrübəsini göstərir. Ümumiyyətlə, düşünmək
olar ki, həmin təcrübə humanitar sahələr (ədəbiyyat, mədəniyyət)
üzrə mütəxəssislərin gələcək araşdırmaları üçün geniş perspektivli
metodoloji (ideoloji) əsas olacaqdır.
“Müraciəf’də qeyd edildiyi kimi, Azərbaycan xalqına, onun
milli mədəniyyətinə qarşı mərhələlərlə müxtəlif xarakterli qəsdləri
unutmamaqla (öyrənməklə - M.Ç.) yanaşı, etiraf etməliyik ki,
Azərbaycanda milli şüurun inkişafında sovet dövrü xüsusi mərhələ
təşkil edir. Məhz bu dövrdə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələri - Cəfər Cabbarlı, Səməd Vurğun, Mehdi Hüseyn,
Süleyman Rüstəm, Osman Sarıvəlli, Rəsul Rza, Məmməd Rahim,
Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal və
Əliağa Vahid kimi böyük söz ustadlarının, mütəfəkkirlərinin
yazıb-yaratdıqları həmin mərhələni xalqımızın tarixindən necə
çıxarmaq, bu böyük şəxsiyyətləri necə inkar etmək olar? Onlar
uzun illər “Sovet yazıçısı” adını fəxrlə daşısalar da, azərbaycançılıq
dünyagörüşünün formalaşmasında, demək olar ki, həlledici rol
151
Dostları ilə paylaş: |