Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə35/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   31   32   33   34   35   36   37   38   ...   83

N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
- “Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir”.
-  “Türkiyə  ilə  Azərbaycan  arasında  indiyədək  yaranmış 
əlaqələr yeni mərhələyə keçir”.
- “...Xalqlarımız bir kökdəndir...  Hətta, son dövrdə ayn düşmə­
yimiz də bu birliyimizi  əlimizdən almamışdır.  İndi biz bu birliyi da­
vam etdirmək üçün bütün imkanlara malikik...”
- “Biz bir millət, iki dövlətik....”
-  “Azərbaycanla  Türkiyə  arasındakı  sədlər,  sərhədlər, qadağa­
lar, yasaqlar götürülmüşdür”
Azərbaycan  və  Türkiyə  əlaqələrinin  Naxçıvan  mərhələsi.
XX əsrin 90-cı illərinin əvvəllərində, hələ, Naxçıvanda Ali Məclisin 
sədri  vəzifəsində  çalışarkən  Heydər  Əliyev  Türkiyə  prezidenti 
Süleyman  Dəmirəllə,  Türkiyənin  yuxan  vəzifəli  ictimai-siyasi  və 
dövlət xadimləri  ilə  tez-tez görüşmüş,  çox  sıx  əlaqələr saxlamışdır. 
Bu  əlaqələr  üzərində  aparılan  müşahidələr  göstərir  ki,  Azərbaycan 
Prezidentinin  ən  çox  qiymətləndirdiyi,  hətta,  özünə  qardaş  hesab 
etdiyi türk dövlət başçılarından,  dünya  ictimai-siyasi xadimlərindən 
biri  (və  bəlkə  də,  birincisi)  Süleyman  Dəmirəl  olmuşdur.  Heydər 
Əliyevin  Türkiyə  prezidenti  Süleyman  Dəmirələ  müraciətlə dediyi 
sözlər bu mülahizəni sübut edir:
-  “Türkiyə  Cümhuriyyətinin  beynəlxalq  aləmdə  xarici 
siyasətini  apannaqda,  onu  beynəlxalq  təşkilatlarda  təmsil  etməkdə, 
Türkiyə  Cümhuriyyətinin  ilbəil  Dünya  birliyində  layiqli  yer 
tutmasında  sizin  (S.  Dəmirəlin)  böyük  xidmətləriniz  var  və  buna 
görə də, siz təkcə Türkiyədə yox, yalnız türk dünyasında yox, bütün 
dünyada məşhur bir siyasi-ictimai xadimsiniz, dövlət xadimisiniz”.
-  “  Azərbaycan  xalqının  sizə  xüsusi  hörmət  və  məhəbbəti 
vardır.  Çünki  xalqımız  sizi  çox  yaxşı  tanıyır,  siyasi  fəaliyyətinizi, 
dövlət fəaliyyətinizi həmişə izləyir...”
140
A zərb a yca n şü ııa slığ ın   ə sa sla n
Türkiyənin 
sabiq 
prezidenti 
Süleyman 
Dəmirəl 
Ümummilli  lider  Heydər  Əliyev  haqqında.  Türkiyənin  böyük 
dövlət xadimi  Süleyman  Dəmirəl “Azərbaycan prezidenti, qardaşım 
Heydər Əliyev” (2003) adlı  məqaləsində Azərbaycan xalqının milli 
liderinin  tarixi  xidmətlərini  dünyanın  böyük  dövlət  adamlarının  öz 
xalqları  qarşısındakı  tarixi  xidmətləri  ilə  müqayisə  edib  göstərir ki, 
Çörçilin  1940-cı  ildə,  Ruzveltin  1942-  ci  ildə,  Adenaurun  1946-cı 
ildə,  De  Qolun  1958-ci  ildə  gördükləri  işləri  Heydər  Əliyev 
1993-cü ildə gördü.
-  Heydər  Əliyevin  “intəhasız  təcrübəsi,  qətiyyəti,  əzmi, 
uzaqgörənliyi,  sülh sevəri iyi,  Azərbaycana  və  Azərbaycan  xalqına 
olan  sonsuz  məhəbbəti,  türk  tarixinə,  mədəniyyətinə  və  türklüyə 
bağlılığı, vətənpərvərliyi hər cür tərifdən yüksəkdə dayanır”.
Dünya  türklərinin  Mənəvi  Vətəni.  Tarixdən  məlum  olduğu 
kimi,  XIX  əsrin  ortalarından  etibarən  dünya  türkləri,  əsasən,  iki 
qütbdə yaşamalı  oldu.  Birinci  Qütbdə müstəqil  Osmanlı  imperiyası 
fəaliyyət  göstərirdi...  İkinci  Qütbdə  yaşayan  türklər,  o  cümlədən, 
Azərbaycan  türklərinin  25  %-dən  çoxu  (Şimali  Azərbaycan  ərazisi 
144 min kn.km), bütövlükdə, Qafqaz,  Krım, Volqaboyu, Uralətrafı, 
Türküstan,  Sibir,Yakutustan,  Xakasıstan  və  s.  “xalqlar həbsxanası” 
adlanan  Çar  Rusiyasının,  sonralar  isə,  onun  varisi  kimi  çıxış  edən 
Sovet  Rusiyasının  və  onun  yaratdığı  sabiq  SSRİ  imperiyasının 
müstəmləkəsi  altında  yaşayırdılar.  Həmçinin,  Şərqi  Avropa  və 
Balkan  türkləri  Avropa  ölkələrinin,  Kərkük  türkləri  İraqın,  əfşarlar 
Əfqanıstanın,  sarı  uyğurlar  Çinin,  Cənubi  Azərbaycan  türkləri 
(Tarixi  Azərbaycanın  356  min  kv.  km  ərazisi  və  əhalisinin  75%-ə 
qədəri  azərbaycanlılar)  isə  İran  Şahlığının  müstəmləkəsi  altında 
yaşamağa  məcbur  edilmişlər.  Həmin  ölkələrdə,  demək  olar  ki, 
türklərə qarşı  fasiləsiz repressiyalar tətbiq edilirdi...
141


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
Yuxanda  qeyd  olunduğu  kimi,  yalnız  Türkiyə  türklərinin 
müstəqil  dövlət  qurumlan  -   Dövlətçilik  ənənələri  davam  etməkdə 
idi...  Odur  ki,  müstəmləkəçiliyin  ağır əzablarına  dözməyən türklər 
doğma  tarixi  vətənlərindən  qaçıb  Türkiyədə  məskunlaşırdılar. 
Beləcə  də,  XX  əsrin  20-ci  illərindən  etibarən  Türkiyə  Dünya 
türklərinin  Mənəvi  Vətəninə  çevrilmişdir.  Elə  həmin  dövrdən  də 
Azərbaycan  türkləri  ümidlərini  Türkiyəyə  bağlamışlar.  Bunun 
birinci  səbəbi  cəza  orqanlarının  təqibindən  canlarını  qurtarmaq 
üçün  qaçan  yüzlərlə-minlərlə  türk  mücahidi  XX  əsrin  20-40-cı 
illərində  məhz  Türkiyədə  məskunlaşmışlar.  Onlardan  -   xalqın 
avanqard  dəstəsini  təşkil  edən  ziyalılardan  Əli  bəy  Hüseynzadə, 
Məmməd  Əmin  Rəsulzadə,  Əhməd  bəy  Ağaoğlu,  Zəki  Vəlidi 
Toğan, Yusif Akanra oğlu,  İsa Yusif Alptəkin, Əhməd Cəfəroğlu... 
kimi  böyük  simaların  adlarını  qeyd  etmək  olar...  Onlar  elmi, 
ictimai-siyasi,  publisistik,  mədəni-ədəbi  fəaliyyətlərinin  sonuna 
kimi  Ümumtürklüyü  müdafiə  etmiş,  qoruyub  saxlamış  və  onu 
Türkiyəçilik 
səviyyəsinə 
(yəni, 
Türkiyə 
çərçivəsində 
məhdudlaşdınlmasına  imkan  verməmişlər)  enməyə  qoymamışlar. 
Onlar  böyük  ideallar  uğrunda  gərgin  mücadilələr  vennişlər... 
Beləliklə  də,  Türkiyə  faktiki  olaraq  yarım  əsrdən  çox  ümumən 
türklərin  Mənəvi Vətəni  olmuşdur...  İndi də,  bu proses, zəif də olsa, 
davam etməkdədir...
Heydər  Əliyevin 
təbirincə,  bütün •  Türk  dünyasından 
Türkiyəyə  yollar  uzandığı  kimi  Türkiyədən  də  bütün  türk  dünyası 
görünürdü... və bu gün də görünməkdədir...
Azərbaycanın  indiki  prezidenti  İlham  Əliyev  də  Azərbaycan 
Respublikasının  Dünya  azərbaycanlılarının  Mənəvi  Vətəni  və 
Dövləti olduğunu bəyan etmişdir...
142
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
Dünya  türklərinin  yenidən  qütbləşməsi.  Nəhayət,  XX  əsrin 
sonuncu  onilliyinin  əvvəllərində  70  il  Dünyaya  meydan  oxuyan 
sabiq  SSRİ  İmperiyası  ölkədə  baş  verən  milli  azadlıq  və 
ictimai-siyasi hadisələrlə əlaqədar olaraq, bir dəfəlik çökdü və onun 
ərazisində  15 yeni  müstəqil dövlət yarandı.  Həmin dövlətlərdən 6-sı 
Türk-müsəlman  xalqlarının  payına  düşdü.  Onlardan  Azərbaycan, 
Qazaxıstan,  Özbəkistan,  Türkmənistan,  Qırğızıstan  və  Tacikistan 
özlərinin  yeni  milli-ideoloji  məzmun  kəsb  etmiş  yeni  Müstəqil 
dövlətlərini  yaratdılar.  Beləliklə  də,  Türk  dünyasındakı  keçmiş 
qütbləşmə  yeni  məzmun  kəsb  etdi.  Bu  qütbləşmənin  birinci 
tərəfində  başda  Türkiyə  olmaqla  Azərbaycan,  Qazaxıstan, 
Özbəkistan,  Türkmənistan,  Qırğızıstan  və  Kipr  dövlətləri  dayandı. 
Onu  da  qeyd  edək  ki,  bu  dövlətlər  arasında  yaranan  birlik  və 
dostluq  əlaqələri,  artıq,  böyük  bir  gücə,  qüvvəyə  çevrilmiş, 
Beynəlxalq  təşkilatlarda  öz  səsini  ucaltmağa,  istər  milli,  istərsə  də 
Beynəlxalq  miqyaslı  təkliflər  vennəyinə,  bir-birinin  mənafelərini 
müdafiə  etmək  iqtidarına  malik  olmuşlar.  Artıq,  Türk  dövlətləri 
ictimai-siyasi,  sosioloji  və  hüquqi  baxımdan  inkişaf  etdiyi  kimi, 
iqtisadi,  mədəni  və  mənəvi  cəhətdən  də  inkişaf  etmiş,  dünya 
ölkələri  ilə hər cür əlaqələr və münasibətlər yaratmışlar...
Türk  dünyasının  qütbləşməsinin  ikinci  tərəfində  isə,  hələ  də, 
Rusiya  Federasiyasının  tabeliyində  müstəmləkə  halında  yaşayan 
Qafqaz  türkləri  (qaraçaylar,  balkarlar,  karaimlər,  kumıklar,  avarlar, 
kalmıklar),  Volqaboyunda  (tatarlar,  başqırlar,  çuvaşlar),  Ural 
ətrafında  (tatarlar)  Sibir  və  Altay  (türklər,  xakaslar,  yaqutlar, 
uyğurlar,  toflar,  çulımlar),  Ukraynada  (Krım  tatarları),  Moldovada 
(qaqauzlar),  Əfqanıstanda  (əfşarlar),  İraqda  (Kərkük  türkləri), 
Çində  (sarı  uyğurlar),  Balkanlarda  yaşayan  türklər,  hələ  də,  öz 
azadlıqlarını  əldə  edə bilməmişlər.  Həmçinin,  Tarixi  Azərbaycanın
143


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə