N. C əfərov, M. Ç obanov, Q. P a şa yeva
quruculuğunun, həm də xarici siyasətin mühüm tərkib hissəsi kimi
qiymətləndirirdi.
Yuxanda qeyd olunanlardan belə qənaətə gəlmək olur ki,
Azərbaycançılıq
ideologiyası
xarici
ölkələrdə
yaşayan
soydaşlanmızla dövlət səviyyəsində müxtəlif sahələrdə əlaqələrin
gücləndirilməsi, həmçinin, onlann ölkəmizdə apanlan iqtisadi
inkişaf layihələrinin, həyata keçirilməsi işinə cəlb edilməsi, şübhə
siz ki, hamımızın ümumi Vətəni olan Azərbaycana bağlılığının,
əlaqələrinin daha da genişlənməsinə yeni imkanlar verəcəkdir...
Azərbaycan Dövlətinin əsas ideyası azərbaycançılıqdır və biz
azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq»
Ümummilli liderin bu müdrik kəlamında qeyd olunduğu kimi,
dünyanın bütün azərbaycanlıları bir-birilə Azərbaycançılıq ideolo
giyasının bütün incə telləri ilə (dili, mədəniyyəti, milli-mənəvi də
yərləri, adət-ənənələri və s.) yaxından əlaqə saxlamalı, bir-birinin
sevincinə, xoşbəxtliyinə və qəm-kədərinə ortaq olmalı, hamımızın
xoşbəxt gələcəyi naminə bir qurumda birləşməli və birgə mübarizə
aparmalıyıq. Bu baxımdan, Azərbaycan Respublikasının Dövlət
siyasətinin əsas atributu olan «azərbaycançılıq» Dünya azərbaycan
lılarının bu günün və gələcəyinin ideoloji proqramı kimi fasiləsiz
olaraq, daim gündəmdə olmalıdır.
Deməli, bizə-hamımıza (Dünya azərbaycanlılarının hamısına)
yuxanda qeyd olunan müdrik kəlamların keşiyində durmaq və on-
lan tarixilik və müasirlik baxımdan inkişaf etdirib gələcək nəsillərə
təqdim etmək qalır...
Odur ki, Dünya azərbaycanlılannm ictimai-sosial, mədəni fəal
lığını sistemləşdinnək üçün aşağıda qeyd olunanlar nəzərə alınma
lıdır:
172
A zərb a yca n şü n a slığ ın ə sa sla n
- Xaricdə yaşayan azərbaycanlılann azərbaycançılğın bütün
atributlanna yiyələnməsini təmin etmək;
- Xaricdə yaşayan azərbaycanlılann məskunlaşdıqları ölkə
lərin mədəniyyətinə və Dünya mədəniyyətinə-elminə və incəsənə
tinə verdiyi töhfələrin araşdınlması və
onun təbliği;
- Xaricdə yaşayan həmyerlilərimizin Azərbaycanla mənə
vi-mədəni əlaqələrinin fasiləsiz olaraq canlandınlması;
- Diaspor nümayəndələrinin mədəniyyət və elm sahəsindəki
nailiyyətlərinin araşdırılması və ölkəmizdə təbliğini daim gündəm
də saxlamalı;
Odur ki, diaspor quruculuğu, lobbiçiliyin təşkili ilə bilavasitə
bağlı olan bu problemlərin həllində ideoloji zəmin, məhz,
Azərbaycançılıq ideologiyası əsas olmalıdır.
TÜRKOLOGİYADA SİYASİLƏŞDİRMƏ
MEYLLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ
Qədim tarixə və zəngin mədəniyyətə malik olan türk xalqla
rının tarixinin tədqiqinə və araşdırılmasına müəyyən dövrlərdə elmi
prizmadan yox, siyasi maraqlar və mənafelər nöqteyi -nəzərdən
baxılmışdır. Başqa sözlə desək, tarixşünaslıq elmi, bir növ, siyasi
maraqlardan asılı vəziyyətə salınmışdır. XX əsrin əvvəllərindən
etibarən bu vəziyyət Sovet türkologiyasında özünü daha geniş
miqyasda büruzə verirdi...
Tarixdən məlum olduğu kimi, Azərbaycan türk dili-
nin-ümumxalq dilinin təşəkkülü dövrünün sonlarına doğru
Azərbaycanda (və həmhüdud bölgələrdə) yazılı dil olaraq,
Azərbaycan türk dili geniş miqyasda fəaliyyət göstərirdi.
ХШ
əsrdən başlayaraq, Nəsimidən Füzuliyə qədər Azərbaycan
173
N . C əfəro v, M . Ç o b a n o v, Q. P a şa yeva
ədəbiyyatının ən görkəmli nümayəndələri, həmçinin, etnik elm
adamları məhz bu dildə yazıb yaratmışlar... Hətta, rəsmi dövlət
sənədləri də bu dildə aparılmışdır... Ümumtürk, eləcə də,
Azərbaycan dili barədə aparılmış araşdırmalar (xüsusilə, XX əsrin
50-ci illərindən sonra) min ildən çox tarixi olan mükəmməl bir dil
təzahürünün mənzərəsini göz önündə canlandırır... Həmin dil orta
əsrlər türk bədii, elmi, ictimai-siyasi...təfəkkürünün əsas ifadə
forması olmuş, XVII-XVIII əsrlərdə isə milli (müasir) türk ədəbi
dillərinin təşəkkülünə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Beləcə də, ümumtürk ədəbi dili bölgələşir və ayrı-ayn türk ədəbi
dillərinə çevrilir. Lakin, türk ədəbi dillərinin təşəkkülü arasında
müəyyən fərqli cəhətlər olsa da, türk dillərinin hamısı get-gedə
sabitləşir və səlisləşir...
Burada yeri gəlmişkən ümumtürk mədəniyyətinin tarixinə qısa
nəzər salmaq yerinə düşərdi... Eramızın ikinci minilliyinin
əvvəllərində ümumtürk dilində yaradılmış Y.Balasaqulunun
“Kutadqu biliq”, Ə.Yüqənkinin “Atibət-ül-həqaiq”, Ə.Yasəvinin
“Divani-hikmət”; həmçinin, XVII-XVIII əsrlərdə aid olan...
Əbülqazi xanın “Şəcəreyi-tərakiməsi”, bir sıra rəsmi - işgüzar
sənədlərə və minlərlə yazılı mükəmməl əsərlərə nəzər salmaq
kifayətdir ki, Türkologiyanı müasir elmi səviyyəyə qaldırmaq
mümkün olsun...
Yuxanda qeyd olunanlara baxmayaraq, sabiq Sovet məka
nında - Türk Respublikalannda, eləcə də, Muxtar Respublikalarda
müəyyən cəhdlərə (türklərin cəhdlərinə) baxmayaraq, Ümumtürk
ədəbi dili son vaxtlara qədər tarixilik və müasirlik-linqvistik baxım
dan, hələ də, ətraflı araşdırılmamışdır. Bunun səbəbləri aşağı
dakılardır:
1. XX əsrin 20-ci illərindən etibarən Sovet (əslində Rusiya)
Türkologiyasında hər bir müasir türk dilinin (eləcə də, türk
xalqlannın) tarixini “milliləşdirmək” məqsədilə (siyasi mənafe
174
A zərb a yca n şü n a slığ ın əsasları
-maraq baxımdan) faktiki olaraq, ümumtürk konsepsiyasından
çıxarmaq (əslində, mənşə və ümumkökə malik olan) türk dillərini
və xalqlarını bir-birindən ayınnaq, parçalamaq və onlann genetik
qohumluğunu saxtalaşdırmaq idi, hər bir türk xalqı üçün “müstəqil”
genezis uydurmaq ənənələrinin mövcud olması idi.
2. Sabiq “Sovet türkologiyası”, ümumiyyətlə, Türklərin tarixini
canlı funksional bir proses kimi, geniş mənada, dünya mədəniyyəti
tarixinin üzvi tərkib hissəsi kimi deyil, əlaqəsiz hadisələr yığımı, bir
növ, “muzey materialı” kimi təqdim etmiş (10-12 minillik tarixə
malik olan Şumer-türk xalqlarının tarixini və onların dünya
mədəniyyəti
tarixində
intibahın
ilk
müəllifləri
olduqlarını
unutmuşlar...), linqvistik baxımdan, “tarixi qrammatika”
bölməsinin
araşdırılması ilə məhdudlaşdırılmış, hər yerdə (sabiq SSRİ
məkanında) və hər vaxt “Ədəbi dilini tarixi” bölməsini üstələmişdir.
Çünki “Ədəbi dilin tarixi” bölməsinin tədqiqi, əslində, xalqın
tarixini ədəbi və linqvistik materiallarla daha dəqiq və ətraflı şərh
etmək demək idi...
3. SSRİ məkanında ümumtürkoloji miqyasda işləməyə,
araşdırmalar aparmağa qadir olan elmi-pedaqoji kadrların yetişməsi
və təkmilləşməsi üçün (xüsusilə, Milli Türk Respublikalarında),
nəinki, şərait yaradılmış, əksinə, bu cür araşdınnalar Moskva
tərəfindən
ardıcıl
olaraq
məhdudlaşdırılmış
(pantürkizm
repressiyaları tətbiq edilirdi) və ciddi nəzarətə götürülürdü...
4.
“Lakin bu bir həqiqətdir ki, ümumtürk ədəbi dili
(türkilər)düzgün elmi metodologiya ilə (və hərtərəfli) öyrənilməsə,
müasir (milli) türk ədəbi dillərinin mənşəyi-kökü, tipologiyası barədə
az-çox elmi xarakterli bir söz demək çətindir” (Moskvanı da elə bu
xarakterli “elmi araşdırmalar” təmin edirdi)...
175