TV.
C əfərov, M . Ç obanov, Q. P a şa yeva
Heydər Əliyev və Azərbaycan Diasporçuluğu. Azərbaycan
müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Azərbaycan Diasporu aşağıda qeyd olunan prinsiplər
əsasında yenidən formalaşmış və dünyada tanınmışdır:
- Dünya azərbaycanlıları Müstəqil Azərbaycan Respublikasına
özlərinin Ata yurdu kimi baxmalı, onun inkişafı, beynəlxalq
mövqeyinin
möhkəmlənməsi
üçün
əllərindən
gələni
əsirgəməməlidir:
- Azərbaycanlılar yaşadıqlan ölkənin ictimai həyatında fəal
iştirak etməli, tarixən mənsub olduqlan milli-mənəvi dəyərləri
qoruyub saxlamaqla yanaşı, həmin ölkənin qayda-qanunlan
çərçivəsində öz istədikləri kimi yaşamalıdırlar;
- Azərbaycanlılar dünyanın harasında yaşamalarından asılı
olmayaraq, Azərbaycançılıq ideologiyası ətrafında birləşməli, milli
mütəşəkkilik göstərməlidirlər:
- Azərbaycanlılar ümumbəşəri dəyərlərə yiyələnməli, müasir
dünya birliyində, inkişaf etmiş xalqlar arasında özünəməxsus yerini
tutmalıdır;
- Azərbaycan dövləti Dünya azərbaycanlılarının birliyi,
Azərbaycan Diasporunun formalaşması, xarici ölkələrdə yaşayan
azərbaycanlılarla əlaqələrin genişlənməsi üçün öz xidmətini
göstərməlidir.
Ümummilli lider Heydər Əliyev, hələ, 1991-ci ildə Naxçıvan
MR Ali Məclisində 31 Dekabnn Dünya Azərbaycanlılannın
Həmrəyliyi Günü kimi hər il qeyd olunması təşəbbüsünü qaldırdı.
Naxçıvan MR Ali Məclisinin bu qəranndan sonra Azərbaycan
Respublikası Ali Sovetinin Milli Şurası bu barədə Qərar qəbul
etdi...
168
A zərb a yca n şü n a slığ ın əsasları
27 dekabr 1997-ci ildə Dünya Azərbaycanlılannın Həmrəyliyi
Gününə həsr olunan toplantıda Azərbaycan prezidenti Heydər
Əliyev demişdir: “Bugünkü Müstəqil Azərbaycan Respublikası
bütün Dünya azərbaycanlılarının 1 Qurultayının keçirilməsini təşkil
etdi və bıı bütün Dünya Azərbaycanlılan üçün örnəkdir”.
Həmçinin, Azərbaycan Prezidenti Heydər Əliyev 9-10 noyabr
2001- ci ildə Bakıda Dünya Azərbaycanlılarının 1 Qurultayının
keçirilməsini
təşkil
etdi.
Bu
möhtəşəm Qurultay Dünya
azərbaycanlılarının Azərbaycançılıq ideologiyası ətrafında daha sıx
birləşməsi yolunda ilk addım idi... Bu Qurultaydan az sonra 5 iyul
2002- ci ildə Prezident Heydər Əliyevin Fərmanı ilə Xarici
ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi
yaradıldı. Həmçinin, 27 dekabr 2002-ci ildə isə, Azərbaycan
Respublikasının Milli Məclisi “Xaricdə yaşayan azərbaycanlılarla
bağlı Dövlət Siyasəti haqqında” Qanun qəbul etdi.
Onu da qeyd edək ki, yuxanda qeyd olunan tədbirlər
nəticəsində Azərbaycan Diasporu ilə iş öz qaydasına düşdü. Heydər
Əliyevin Milli Diasporun yaradılması sahəsindəki uğuıian yeni
Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Məhz, onun təşəbbüsü ilə 16 mart 2006-ci ildə Bakıda Dünya
Azərbaycanlılarının 11 Qurultayı keçirildi. Bu Qurultay Azərbaycan
Diasporunun təşkilatlanması prosesində növbəti mərhələ oldu...
Məhz bu növbəti mərhələdə Azərbaycan -Almaniya
Cəmiyyətləri Federasiyası (1996), Ukrayna Azərbaycanlıları
Konqresi, Ümumdünya Azərbaycanlılar Konqresi (5 mart 2001),
Türkiyə - Azərbaycan Dəməkləri Federasiyası (2004) və s.
Azərbaycan Diaspor hərəkatının güclənməsi və onun davamı idi.
Azərbaycan
Diasporunun
təşkilatlanma
problemləri
aşağıdakılardır:
169
N. C əfərov, M . Ç obanov, Q. P a şa yeva
- Azərbaycanlıların məskunlaşdıqları bütün xarici ölkələrdə
və şəhərlərdə onların qurumlarının yaradılması;
- Mövcud qurumların ölkə, yaxud bölgə (bir neçə qonşu ölkə)
miqyasında Konqres, yaxud Federasiyalarda birləşdirilməsi;
- Müxtəlif ölkələrdə məskunlaşmış Şimali və Cənubi
Azərbaycan
mühacirət
təşkilatlarının
mədəni,
sosial-siyasi
maraqlarının birləşdirilməsi, vahid fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi;
Müxtəlif
ölkələrdəki
Türk
Diasporu,
eləcə
də,
azərbaycanlılarla etnik-mədəni, siyasi maraqlan uyğun olan digər
Diasporlarla əməkdaşlıq münasibətlərinin yaradılması;
- Azərbaycan Respublikasının müvafiq dövlət qurumlan ilə
Azərbaycan Diaspor təşkilatları arasında əlaqələrin çevikliyini
təmin edən tədbirlərin ardıcıl olaraq davam etdirilməsi;
Hal-hazırda 55 milyonluq Azərbaycan xalqının beşdən dördü
öz tarixi vətənində, beşdən biri isə doğma Vətənlərindən kənarda
yaşayır. Şübhəsiz ki, bu da Diasporun təşkilatlanma hərəkatı üçün
geniş imkanlar verir. Bizə isə, yalnız bu imkanlardan bəhrələnmək
qalır...
170
Л zərb a yca n şü n a slığ ın əsasları
«Bizim hamımızı - azərbaycanlıları birləşdirən
Milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, Mil
li-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir;
ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz,
mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələ
rimizdir».
Heydər Əliyev
«XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA
BAĞLI DÖVLƏT SİYASƏTİ HAQQINDA QANUN» VƏ
AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI
«Azərbaycançılıq» ideologiyasının nailiyyətlərindən və müasir
dövrdəki rolundan danışarkən, ilk növbədə, xaricdə yaşayan
azərbaycanlıların diaspor halında təşkilatlanması və onlara qayğı
göstərilməsi nəzərdə tutulur. Bu mənada, «Milli dövlətçilik ideyası,
dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan
Respublikası harada yaşamasından
asılı
olmayaraq, bütün
azərbaycanlıların milli sərvəti, bütün azərbaycanlıların Mənəvi
Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarların-
dandır. Bu konseptual ideya özlüyündə əhəmiyyətli olmaqla
bərabər, xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin
inkişafı, onların müxtəlif maraqlaıının hüquqi müstəvidə təminatı
üçün də fəlsəfi əsas yaradır». Onu da qeyd edək ki, Ümummilli
lider Heydər Əliyev dövlət idarəçiliyinə və xarici siyasətin bütün
istiqamətlərinə,
xüsusi
ilə,
Azərbaycan
diasporunun
təşkilatlanmasına xüsusi diqqət yetirirdi. O, bu sahəni həm dövlət
171
Dostları ilə paylaş: |