Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə31/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   27   28   29   30   31   32   33   34   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
qaqauzlar və başqaları əvvəlcə öz aralarında Qloballaşmalı və sonra 
güclü,  qüdrətli  bir Qurum-Birlik  kimi  Dünya  Qloballaşma Axınına 
qoşulmalıdır.  Lakin  Dünya  Qloballaşmasına  qoşulmaq  üçün  Türk 
Xalqlarının  Milli  Birliyi  də  kifayət  deyil.  Çünki  Türk  Xalqlarının 
tarixi  düşmənləri  indi  də  ayıq-sayıq  dayanıb  fürsət  gözləyirlər  ki, 
XIX  əsrin  ortalarından  uydurulmuş  “pantürkizm”  və  “pantura- 
nizm”in  mürtəce,  qaraguruhçu  ideologiyasını,  hələ  də,  unutmayıb­
lar.  Əksinə, Qərb dünyası, xüsusilə, dünyanın böyük və güclü Döv­
lətləri  Türk  dünyasını  parçalamaq  və  zəiflətmək  məqsədilə  “pan­
türkizm”  və  “panturanizm”  kimi  mürtəce  ideologiyalarını  “üstü­
örtülü” halda indi də davam etdirməkdədirlər.
III. 
Müsəlman  Dünyasının  Milli  Dini  Birliyi.  Müasir 
Dünyada  son  onilliklərdə  Qərb  ölkələri  tərəfindən  irəli  sürülmüş 
xalqların  (əslində,  kiçik  və  zəif  dövlətlərin)  inteqrasiyası  və 
Qloballaşması  ideyalarının  mahiyyətini  və  məqsədini  dərindən  və 
ətraflı  şərh  etdikdə  məlum  olur  ki,  böyük  və  güclü  dövlətlər  öz 
çirkin  əməllərinə  nail  olmaq  üçün,  ilk  növbədə,  dini  ayn-seçkiliyi 
ön  plana  atıblar...  Bu  məqsədlə  də,  Qərb  dünyasının  ayn-ayn 
ölkələrində tez-tez müxtəlif qəzetlərin səhifələrində Müsəlmanların 
tarixi  lideri  olmuş Məhəmməd Peyğəmbərin  təhqiredici  karikatura­
larını  çap  edir,  müsəlmanların  müqəddəs  dini  kitabı  olan  “Qu- 
rani-Kərim”i  yandırırlar...  Məqsəd  aydındır:  Tarixən  sülhsevər 
xalqlar  olan  müsəlmanları  Xristian  dünyasına  qarşı  qoymaq  və 
beləliklə də müsəlmanları onlardan qat-qat güclü olan Xristian dün­
yasına qarşı  müharibəyə cəlb etməyə çalışırlar ki,  ilk olaraq, müha­
ribəyə  müsəlmanlar  başlasınlar...  Bunu  bəhanə  edərək,  Xristian 
dünyası özlərindən əhalisinin sayına (insan kapitalına görə), dünya­
dakı siyasi nüfuzuna, iqtisadi  inkişafına və hərbi-texniki gücünə gö­
124
A za rh a yca n şiin a sh ğ tn   ə sa sla n
rə özlərindən  qat-qat zəif olan  Müsəlman  dünyasım  parçalamaq  və 
zəiflətmək məqsədini güdürlər...
Heç  də  təsadüfi  deyil  ki,  son  20-30  ildə  Xristian  dünyasının 
mənafeyini  qoruyub  saxlayan  bütün  beynəlxalq  təşkilatlar  da  -  
BMT  da,  ATƏT  də,  ATƏT-in  Minsk  qrupu  da,  Avropa  Şurası  da, 
Avropa  Birliyi  də  bilavasitə  Müsəlman  dünyası  ilə  bağlı  olan  bey­
nəlxalq  problemlərin  hüquqi  baxımdan  ədalətlə  həll  edilməsində 
ikili standartlar tətbiq edirlər...  Bəlkə də, Müsəlman dünyasının əda­
lətlə həll oluna biləcək problemlərinin həllinə göz yumurlar... Onlar 
bu siyasətlərini bundan sonra da, beləcə, davam etdirəcəklər...?!
Məsələn:  Dünyanın  bütün  beynəlxalq  təşkilatlan  çox  yaxşı 
bilirlər ki,  sabiq  SSRİ  imperiyası  çökəndən sonra  Azərbaycanda və 
Tarixi  Azərbaycan  ərazilərində  keçmiş  “xalqlar  həbsxanası”  olan 
Çar Rusiyasının  varisi kimi  çıxış edən  Rusiya  Federasiyası  və onun 
yaratdığı  SSRİ  imperiyası  tərəfindən  Tarixi  Qərbi  Azərbaycan 
ərazisində  yaradılan  indiki  Ermənistan  dövləti  də  əvvəllərdən  çox 
ədalətsiz  olaraq  müəyyən  edilmiş  ərazisi  çərçivəsində  BMT-nin 
üzvlüyünə qəbul  edilmişlər və hər ikisi  müstəqil  dövlət kimi  tanın­
mışlar... Aradan az bir müddət keçməmiş  Ermənistan Azərbaycana 
qarşı  ərazi  iddiaları  ilə  qəflətən  müharibəyə  başlamış  və  ermənilər 
tarixi  havadarlarının  siyasi-iqtisadi  və  hərbi-texniki  yardımı  ilə 
Azərbaycanın  ərazisinin  20  % -ni  işğal  etdi  və  indi  də  işğal  altında 
saxlamaqdadır...
Azərbaycanın  işğal  olunmuş ərazilərindən  Ennənistan  ordusu­
nun  qeyd-şərhsiz  olaraq,  dərhal  çıxarılması  haqqında  BMT-nin 
Təhlükəsizlik  Şurası  822,  853,  874,  884  saylı  dörd  Qətnamə 
vermişdir.  Lakin,  hələ  də,  Azərbaycan  torpaqlarını  işğal  edən 
Ennənistan  həm  bu  Qətnamələri,  həm  də  bütün  beynəlxalq  hüquq 
və  Qanunlara  riayət  etmir...  Çünki  Beynəlxalq  təşkilatlar  da, 
dünyanın  aparıcı  dövlətləri  də “bir sehrçi” kimi  kənardan  baxırlar...
125


/V . 
C ə f ə r o v ,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
“Ədalətlə 
ədalətsizliyi” 
fərqləndirmək 
istəmirlər... 
S ə b ə b  
məlumdur...
Azərbaycan  türk  ölkəsidir,  müsəlman  ölkəsidir.  Ədaləti  tə lə b  
edir,  lakin  Beynəlxalq  təşkilatlar  ədalətsizliyi  gönnürlər...  Çünki... 
Ennənistan 
erməni  ölkəsidir. 
Ermənistan  xristian  ölkəsidir. 
Ennənistan  işğalçı  ölkədir,  ədalətsiz  ölkədir...  Lakin  Beynəlxalq 
təşkilatlar  bu  ədalətsizliyi  gönnür,  gönnək  də  istəmir.  Əksinə,  o n a  
şərait  yaradır,  erməniləri  “yazıq  xalq”  adlandınr.  ...Görünür, 
Beynəlxalq  təşkilatlar  da,  dünyanın  apancı  -   böyük  dövlətləri  d ə  
ennənilərin  “yersiz  gəldi,  yerli  qaç”  kimi  yersiz,  ədalətsiz  ərazi 
iddialarından,  terrorçuluq  əməllərindən,  tarixi  saxtakarlıqlanndan... 
bezikiblər.  Ona görə də, ədalətə və beynəlxalq insan hüquqlanna g ö z  
yumurlar...  Əsimdə,  onlar bilərəkdən,  öz torpaqlannı  işğaldan  azad  
etmək  uğrunda  döyüşə  hazır  olan  Azərbaycan  Ordusu  tərəfindən 
ennənilərin kütləvi halda həlak olunmasına şərait yaradırlar...
Başda  BMT olmaqla Azərbaycan-Ermənistan müharibəsinə  son 
qoymaq,  iki  ölkə  arasmda  daimi  sülh  yaratmaq  məqsədilə -   ABŞ, 
Rusiya  və  Fransa  dövlətlərinin  təmsilçilərindən  ibarət  yaratdığı 
“Minsk  qrupu”  isə  təxminən  20  ilə  yaxındır ki,  “Turist xobbisi”  ilə 
məşğul  olurlar.  Hələ  də,  Azərbaycanın  işğal  olunmuş  torpaqlarının 
sülh yolu  ilə  azad edilməsinin “işıq ucu” görünmür!..  Bəlkə də, “işıq 
ucu” yenidən qaranlıqlaşır...
Deməli,  Azərbaycan  dövləti  və  Azərbaycan  xalqı  öz  gücü  ilə 
işğal  olunmuş  torpaqlannı  özü  azad  etməlidir...  Bu,  Azərbaycan 
xalqmm beynəlxalq hüququdur.
Yuxanda  qeyd olunanları  yekunlaşdıraraq, belə qənaətə gəlmək 
olar  ki,  bütün  müsəlman  ölkələri  də  əvvəlcə  öz  aralannda 
Qloballaşmalı  və böyük bir qüvvə kimi  Dünya Qloballaşma Axımna 
qoşulmalıdır...
126
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
«Sağlıqda  xalqın  sevimlisi  və  öldükdən 
sonra  adı  tarixin  bəzəyi  olmaq  dünyada  ən 
böyiik səadətdir».
M.F. Axundzadə
AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİK 
TƏFƏKKÜRÜNÜN  FORMALAŞMASI
Hər  bir  xalqın  qədim  və  zəngin  tarixinə,  həmçinin,  etnik 
tarixinə dərindən nəzər saldıqda belə qənaətə gəlmək olur ki, hər bir 
xalqın  ən  böyük  əsəri  onun  müstəqil  dövlətidir.  Bu  mənada,  bu  və 
ya  digər  dərəcədə  müstəqil  dövləti  (və  milli  dövlətçilik  təfəkkürü) 
olmayan  xalq  özünü  -   yəni  yaradıcılıq  potensialını  tam  gücü  ilə, 
bilavasitə ifadə etmək  imkanlanna malik ola bilməz.  Bütün bunları 
nəzərə  aldıqda  Azərbaycanda  dövlətçiliyin  biri  digəri  ilə  genetik 
baxımdan dolayısı ilə əlaqəsinin aşağıdakı tarixi tipləri olmuşdur:
1.  Geneoloji  tipi  qeyri-müəyyən  dövlətçilik  tarixi.  Bu  mərhələ 
eramızdan  əvvəlki  V  minillikdən  III  minilliyə  qədər  olan  dövrü 
əhatə edir.
2. 
Qafqaz  dövlətçiliyi  tipi.  Bu  mərhələ  eramızdan  əvvəlki  111 
minillikdən  II  minilliyin sonu və I  minilliyin əvvəllərinə qədər olan 
dövrü əhatə edir.
3. 
İran  dövlətçiliyi  tipi.  Bu  mərhələ  eramızdan  əvvəlki  II 
minilliyin  sonu  və  I  minilliyin  əvvəlinə  qədərki  dövrü,  həmçinin, 
eramızın minilliyinin ortalarına qədər olan dövrü əhatə edir.
127


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə