Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
39
bəbə görə bu cinayətlər almanlara qarşı yox, ümumiyyətlə
insanlıq əleyhinə idi. Təkcə bu presedentə görə Nürnberq
Tribunalının hökmü özünün suveren toxunulmazlığı dağıt-
maq potensialı ilə sivil bəşəriyyət naminə böyük hüquqi bir
addım idi.
Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsinin
c) bəndinə əsasən, insanlıq əleyhinə cinayətlər kimi müəy-
yən olunan əməllərin hər hansı biri Tribunalın yurisdiksiyası
daxilində istənilən bir cinayətin icrasında və ya bu cinayətlə
əlaqədar olaraq da törədilə bilərdi. Burada, istənilən cinayət
təqibi zamanı üzərində Tribunalın yurisdiksiyasına aid olan
digər cinayətlərlə, daha dəqiq desək, müharibə cinayətləri
ilə yaxud təcavüz cinayəti ilə bağlılığın sübuta yetirilməsi
vacib idi. Tribunal özü müharibə alovlanmamışdan əvvəl
Almaniya yəhudilərinin təqiblərə məruz qaldığına görə müt-
təhimlərə hökm çıxarmaqdan imtina edərək bu yanaşmanı
qəbul etdi. Müttəfiq ölkələr isə Nürnberqdən sonra, Tokio
məhkəməsində insanlıq əleyhinə cinayətlərə dair ittihamları-
nı silahlı müna qişələrlə açıq-aydın əlaqələndirməyə çalışdı-
lar. Buna əsasən, demək olar ki, belə əlaqəni sübuta yetirmək
tələbi, cinayətin tərkib hissəsi, Nürnberq Tribunalı Nizam-
naməsi və məhkəmə hökmü tərəfindən müəyyən edildiyi
zaman mövcud olmuşdur. Hərçənd, belə məhdudiyyət təşkil
etməyən Beynəlxalq Hüquq Komissiyası tərəfindən saziş-
lərin və cinayət məcəllələri layihələrinin ictimailəşdirilmə-
sindən on illərlə vaxt keçdikdən sonra cinayətin bu tərkib
hissəsi artıq ənənəvi beynəlxalq hüquq olaraq mövcud deyil-
di. RBCT və BCM-nin müddəaları belə süni əlaqələndirmə
tələblərini istisna edir və YBCT-nin Tadiçlə bağlı çıxarılan
qərarından sonra əminliklə söyləmək olar ki, cinayətin bir
elementi kimi bu tələb öz qüvvəsini itirmişdir. Buna görə də