Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə11/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
39
bəbə görə bu cinayətlər almanlara qarşı yox, ümumiyyətlə 
insanlıq  əleyhinə  idi. Təkcə  bu  presedentə  görə  Nürnberq 
Tribunalının hökmü özünün suveren toxunulmazlığı dağıt-
maq potensialı ilə sivil bəşəriyyət naminə böyük hüquqi bir 
addım idi. 
Nürnberq  Tribunalı  Nizamnaməsinin  6-cı  maddəsinin 
c) bəndinə əsasən, insanlıq əleyhinə cinayətlər kimi müəy-
yən olunan əməllərin hər hansı biri Tribunalın yurisdiksiyası 
daxilində istənilən bir cinayətin icrasında və ya bu cinayətlə 
əlaqədar olaraq da törədilə bilərdi. Burada, istənilən cinayət 
təqibi zamanı üzərində Tribunalın yurisdiksiyasına aid olan 
digər  cinayətlərlə,  daha  dəqiq  desək,  müharibə  cinayətləri 
ilə yaxud təcavüz cinayəti ilə bağlılığın sübuta yetirilməsi 
vacib  idi.  Tribunal  özü  müharibə  alovlanmamışdan  əvvəl 
Almaniya yəhudilərinin təqiblərə məruz qaldığına görə müt-
təhimlərə hökm çıxarmaqdan imtina edərək bu yanaşmanı 
qəbul etdi. Müttəfiq ölkələr isə Nürnberqdən sonra, Tokio 
məhkəməsində insanlıq əleyhinə cinayətlərə dair ittihamları-
nı silahlı müna qişələrlə açıq-aydın əlaqələndirməyə çalışdı-
lar. Buna əsasən, demək olar ki, belə əlaqəni sübuta yetirmək 
tələbi, cinayətin tərkib hissəsi, Nürnberq Tribunalı Nizam-
naməsi  və  məhkəmə  hökmü  tərəfindən  müəyyən  edildiyi 
zaman mövcud olmuşdur. Hərçənd, belə məhdudiyyət təşkil 
etməyən  Beynəlxalq  Hüquq  Komissiyası  tərəfindən  saziş-
lərin və cinayət məcəllələri layihələrinin ictimailəşdirilmə-
sindən on illərlə vaxt keçdikdən sonra cinayətin bu tərkib 
hissəsi artıq ənənəvi beynəlxalq hüquq olaraq mövcud deyil-
di. RBCT və BCM-nin müddəaları belə süni əlaqələndirmə 
tələblərini istisna edir və YBCT-nin Tadiçlə bağlı çıxarılan 
qərarından sonra əminliklə söyləmək olar ki, cinayətin bir 
elementi kimi bu tələb öz qüvvəsini itirmişdir. Buna görə də 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
40
insanlıq əleyhinə cinayətlər heç bir beynəlxalq münaqişədən 
asılı olmayaraq sülh şəraitində də törədilə bilər.
II  Dünya  müharibəsindən  sonra  qəbul  olunmuş  digər 
beynəlxalq sənədlər Nürnberq Tribunalı Ni zam naməsindən 
fərqli  olaraq  insanlıq  əleyhinə  cinayətlərlə  bağlı  bir  çox 
məsələlərə aydın lıq gətirdi. Belə ki, 1946-cı il Birgə Nəzarət 
Şurasının (BNŞ) 10 nöm rəli Qanununda və Sülh və Bəşəriy-
yətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihəsin-
də (1954-cü il) insanlıq əley  hinə cinayətlərin tərkibi ilə bağlı 
müəyyən yeniliklər üzə çıxdı. 
Sülh və Bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər 
məcəlləsi layihəsində insanlıq əleyhinə cinayətlərlə bağlı fi-
ziki şəxslərin cinayət məsuliyyəti nəzərdə tutulmuş, mövcud 
normaya  görə  insanlıq  əleyhinə  cinayət  törətmiş  istənilən 
şəxs məsuliyyət daşıyır və mütləq cəzalandırılmalıdır. Bun-
dan başqa, Layihədə fərdlərin və dövlətin məsuliyyətinə fərq 
qoyulur. Belə ki, bu və ya digər şəxs insanlıq əleyhinə ci-
nayətləri yalnız fərd kimi deyil, həm də dövlət mənafeyi na-
minə dövlət adından törədə bilər. Bu baxımdan, fərdi cəza-
landıran zaman heç də dövlətin məsuliyyət məsələsi aradan 
qalxmır. Layihənin bir xüsusiyyəti də ondadır ki, o, ilk növ-
bədə beynəlxalq birliyin diqqətini sülh və insanlıq əleyhinə 
cinayət kimi tövsif edilən ağır cinayətlərə yönəldir. Layihəyə 
görə, sülh və insanlıq əleyhinə cinayətlərə insan cəmiyyə ti-
nin  əsaslarını  təhlükə  altına  alan  cinayətlər  aid  edilmişdir. 
Layihənin  18-ci  mad dəsində  də  bir  daha  təsdiq  olunur  ki, 
sistematik və ya geniş miqyasda törədilən, hö ku mət və ya 
istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilən və 
ya isti qamətləndirilən adamöldürmə, əhalini məhvetmə, iş-
gəncə, köləlik, deporta si ya və digər qeyri-insani əməllər, in-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
41
sanlıq əleyhinə cinayətlər hesab olunur. Layi hə nin 2-ci mad-
dəsinin 11-ci bəndinə əsasən
1
:
•  insanlıq əleyhinə cinayətlər istər sülh, istərsə də mü-
haribə şərai tində baş verə bilər;
•  insanlıq əleyhinə cinayətlər dövlətin öz mülki əhali-
sinə qarşı törədilə bilər;
•   başqa beynəlxalq sənədlərdə “təqibetmə”, əsasən, 
siyasi, dini, etnik və ya milli motivlərə görə olduğu 
halda, Layihə bura “mədəni” motivi də əlavə etdi, 
bu nunla da, insanlıq əleyhinə cinayətlərin bir növü 
kimi, təqibetmənin milli, dini, etnik, siyasi və mə-
dəni motivlərə görə törədilməsi müəyyənləşdi. La-
yihənin göstərilən müddəası ilə Nürnberq Tribunalı 
Nizamnaməsinin 6-cı maddəsinin c) bəndi arasında-
kı fərq aydın şəkildə özünü biruzə verir. 
 Əvvala, Nürnberq Tribunalı Nizamnaməsinə görə, in-
sanlıq əleyhinə cinayətlər sülh və ya müharibə şəraitində baş 
verir, Layihəyə görə isə bu cinayətin müharibə şəraitində baş 
verməsi zəruri deyildir. 
 İkincisi, Layihənin 2-ci maddəsinin 1-ci bəndində sülh 
və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlərin fərdi mə-
suliyyət  doğurması  məsələsi  önə  çəkilir.  İnsanlıq  əleyhinə 
cinayətlərin  mahiyyəti  və  tərkib  elementlərinin  izahı  üçün 
beynəlxalq cinayət tribunallarının fəaliyyətinə xüsusi diqqət 
yetirmək  və  müqayisəli  təhlilə  üstünlük  vermək  lazımdır. 
Beynəlxalq  hüququn  sonrakı  inkişaf  dövründə  (xüsusən, 
YBC və RBC ad hoc tribunallarının Nizamnamələrində və 
BCM-nin  Statutunda)  insanlıq  əleyhinə  cinayətlərin  tərkib 
elementləri daha da dəqiq ləş dirildi. İnsanlıq əleyhinə cinayət-
lər yenidən 1993-cü ildə yaradılmış YBCT Nizamnaməsi nin 
1
Bassиounи M. Cherif. 
İnternatиonal Crиmиnal Law: A Draft İnternatиonal 
Crиmиnal Code, 1980


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə