Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə19/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
63
cinayətlər üzrə universal yurisdiksiya beynəlxalq hüququn 
tərkib hissəsidir. YBCT-nin Yuxarı Palatası qeyd etmişdir ki, 
beynəlxalq adət hüqu quna görə, hər hansı bir dövlət insan-
lıq əleyhinə cinayət üzrə universal yuris diksiya həyata ke-
çirə bilər. Təbii ki, bu, dövlətlər tərəfindən təqdirəlayiq hal 
kimi qiymətləndirilmiş və onlar tərəfindən universal yuris-
diksiya prinsipi qəbul olun muşdur. Məntiqi baxımdan belə 
bir qənaətə gəlmək olar ki, universal yuris dik siya prinsipi, 
əsasən, bey nəl xalq sülhə və təhlükəsizliyə qəsd edən bey-
nəlxalq cinayətlərə şa mil olunduğundan dövlətlər hər zaman 
beynəlxalq sabitliyin qo run  ması naminə buna dəstək vermə-
lidirlər. 
Maraq doğuran məsələlərdən biri, insanlıq əleyhinə ci-
nayətlərə  görə  müddətin  keçməsi  və  məsuliyyət  məsələlə-
rinin  müəyyən  olunmasıdır.  Məlumdur  ki,  bütün  ölkələrin 
ci nayət qanunvericiliyinə görə cinayətin törədildiyi gündən 
he sab lanan müddət keçmişdirsə, onu törətmiş şəxs cinayət 
məsuliy yətinə cəlb edilə bilməz. İttiham hökmü də müəy-
yən  müddətə  icra  edilməmişsə  icrası  dayandırılır.  Müasir 
beynəlxalq hüquq norması isə bunun əksi olan bir prinsiplə 
çıxış edir. Belə ki, insanlıq əleyhinə cinayətlər və müharibə 
cinayətlərinə onların törədildiyi vaxtdan asılı olmayaraq heç 
bir müddətin keçməsi tətbiq edilmir. II Dünya müharibəsin-
dən sonra bir sıra dövlətlər tərəfindən adi norma kimi tət-
biq edilmiş bu norma, sülh əleyhinə cinayətlərə və insanlıq 
əleyhinə cinayətlərə müddətin keçməsinin şamil edilməməsi 
haqqında 1968-ci il tarixli Konvensiya ilə müqavilə qayda-
sında  müəyyənləşdiril mişdir
1
.  Göründüyü  kimi,  dövlətlər 
müharibə  cinayətləri  və  insanlıq  əleyhinə  cinayətləri  bey-

Права  человека.  Сборник  международных  договоров.  Том  1  (часть
вторая),  Универсальные  договоры,  ООН,  Нъю-Йорк  и  Женева,  2002


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
64
nəlxalq birlik üçün son dərəcə təhlükəli hesab etdiyinə görə 
həmin cinayətlərdə təqsirli bilinən şəxslərin cinayət məsu-
liyyətinə  cəlb  edilməsində  və  cəzalandırılmasında  müddə-
tin  keçməsinin  tətbiq  olunmamasını  vacib  hesab  etmişdir. 
Bunu onunla izah etmək olar ki, əvvala, Konvensiyada belə 
cinayətlərə görə məh kəmə təqibinə və cəzalandırmaya dair 
heç bir beynəlxalq hüquqi aktda müddətin keç məsi barədə 
göstəriş yoxdur, ikincisi, bu cina yət lərin təhlükəliliyi, ağır-
lığı nə zərə alınır, üçüncüsü, dövlətin da xilində törədilən adi 
cinayətlər barəsində müddətin keçməsinə dair hüquq norma-
larının müharibə cinayətlərinə və insanlıq əley hinə cinayət-
lərə şamil edilməsi belə cinayətlər üçün məsuliyyət daşıyan 
şəxslərin  məh kə mə  təqibinə  və  cəzalandırıl masına  mane 
olur. Xüsusilə, qeyd olunmalıdır ki, Konven siyanın müddəa-
ları hər hansı müharibə cinayətlərinin və insanlıq əleyhinə 
cinayət lərin təkcə icraçılarına deyil, onun ideya və planlarını 
hazırlayanlara, başqa şəxslərin belə cinayətlərin törədilmə-
sinə bilavasitə təhrik edən və ya törədilməsinə cəhddə iştirak 
edən  dövlət  hakimiyyəti  orqanlarının  nümayəndələrinə  də 
şamil olunur. Məlumdur ki, belə cinayətlər dövlət siyasəti 
və ya hərəkəti formasında planlaşdırılır və həyata keçirilir. 
Nəhayət,  yuxarıda  göstərilən  prinsip  BCM  tərəfindən 
qəbul edildi və hətta inkişaf etdirildi. Belə ki, BCM-nin Sta-
tutuna  qədər  yalnız  mü haribə  cinayətləri  və  insanlıq  əley-
hinə cina yət lərə görə müddətin keçməsinin tətbiq olunma-
ması şamil edilirdi. Sta tutun qəbulundan sonra bu cinayətlə-
rin dairəsi bir qədər ge niş lənmiş və bura genosid və təcavüz 
cinayətləri də aid edil mişdi. Ümumilikdə isə Statut tərəfin-
dən  müharibə  cinayətlərinə,  insanlıq  əley hinə  cinayətlərə, 
genosid və təcavüz cinayətlərinə görə müddətin keç məsinin 
tətbiq olunmaması prinsipi bəyan edildi. Bu da təbii ki, döv-
lətlər  tərəfindən  qeyd-şərtsiz  qəbul  edildi.  Məsələn, Azər-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
65
baycan  Respublikasının  Cinayət  Məcəlləsi  həm  müharibə 
cina yəti və insanlıq əleyhinə cinayətlərə görə müddətin keç-
mə sinin tətbiq edilməməsi haqqında 1968-ci il Konvensiya-
sının,  həm  də  BCM-nin  Statutunun  tələblərini  yetərincə 
nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət 
Məcəlləsinin 75.5-ci maddəsində göstərilir ki, bu məcəllənin 
xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə  tutulmuş 
sülh və insanlıq əleyhinə cinayətlər terrorçuluq, terrorçuluğu 
maliyyələşdirmə və müharibə cina yətləri törətmiş şəxslərə 
bu maddənin müddəaları tətbiq olunmur. 
İnsanlıq  əleyhinə  cinayətlərə  görə  məsuliyyət  məsələ-
sində hökmü veriləcək müttəhimin qeyri-insani ideologiya 
haqqında məlumatlılığı və bunu həyata keçirmək arzusunun 
olduğu sübut edilməlidir. Bu halda onun törətdiyi əməlin adi 
cinayət  əməlindən  fərqini  və  mahiyyətini  düzgün  qiymət-
ləndirmək  mümkündür.  Beynəlxalq  cinayət  tribunallarının 
hökmlərindən alınmış nəticələr də bunları təsdiq etmiş olur. 
Məsələn, YBCT-nin Tadiçlə bağlı işində Tribunal müəyyən 
etdi ki, Tadiç öncədən irqçilik barədə məlumatlı olmuşdur. 
Onun qatı millətçilik siyasəti sübut olunmuş və bunlar Tadi-
çin məsuliyyətə cəlb olunması üçün dəlil kimi qiymətləndi-
rilmişdir. Tadiçin məsuliyyəti üçün ortada başqa sübutlar da 
var idi. Tadiç Omarska düşərgəsində hər hansı vəzifəyə təyin 
edilmə mişdi, o əsirlərə işgəncə vermək üçün hərdənbir düşər-
gəyə girişinə icazə verilən yerli qatil idi. O, yaşadığı kənddə 
dinc müsəlman əhalisini evdən bayıra səsləyərək qadınları, 
uşaqları və qocaları zorla oğlan və kişilərdən ayırıb müxtəlif 
düşərgəyə çatdırmaqla etnik təmizləmə aparmaqda müəyyən 
qruplarla əlbir idi. Bu əməllər, Tadiçin rəğbət bəslədiyi və 
özünü fərd olaraq həsr etmiş olduğu irqi ayrı-seçkilik siyasi 
kursunun həyata keçirilməsində dinc sakinlərə qarşı geniş-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə