Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə15/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
51
dən mühakimə olunmaq üçün YBCT-yə verilmişdi. Tribunal 
öz Nizamnaməsinin müvafiq müddəalarına əsaslanaraq onu 
məsuliyyətə cəlb etmiş və aşa ğı dakıları müəyyən etmişdir
1
:
•  Milmor  Stakic  qeyri-serb  mülki  əhalisinin  təxminən 
20.000 nəfərinin depor ta siyasını planlaşdırıb və icra-
sına əmr verib;
•  o, işgəncələrin verilməsi üçün müəyyən yerlərin təşki-
li və hazırlanmasına göstəriş verib;
•  işgəncələrə məruz qalanlar onun göstərişinə əsasən si-
lahın qundağı ilə dəmir zəncirlərlə və kabellərlə vəhşi-
cəsinə döyülmüşlər;
•  adamöldürmə və məhvetmə cinayətləri Stakicin əməl-
lərində  insanlıq  əleyhinə  cinayətlərin  tərkib  hissəsi 
kimi tövsif olunub;
•  Stakiçin əsas planı Prijedorun serblərin nəzarəti altında 
olan hissəsində serbləri birləşdirmək, nəyin bahasına 
olursa-olsun serb qüvvələrini bu ərazidə yerləşdirmək 
idi. Təbii ki, bu planın həyata keçirilməsi genişmiq-
yaslı formada insan tələfatı ilə nəticələnmişdi;
•  o, təkcə Prijedor bələdiyyəsində 1500 nəfərin öldürül-
məsində təqsirli bilinirdi; bu insanlardan 120 nəfəri, 
5 avqust 1992-ci ildə Keraterm düşərgəsində öldürül-
müş, 200 nəfərə qədər insan isə 21 avqust 1992-ci ildə 
işgəncələr verilərək, öldürülmüşdür. 
Tribunal əməlin sistemli şəkildə çoxlu sayda insanlara 
qarşı baş verməsini sübuta yetirərək Milmor Stakici 31 iyul 
2003-cü ildə 40 il müddətinə azadlıqdan məhrumetmə cəza-
sına layiq görmüşdü. 
Sülh və Bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər 
məcəlləsi layihəsinə və BCM-nin Statutuna müvafiq olaraq 
1
www. un. org/иcty/


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
52
əməlin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün 
iki ümumi şərt tələb olunur:
•  əməl sistematik və genişmiqyaslı formada törədilmə-
lidir;
•  əməl hökumət və ya istənilən təşkilat, yaxud qrup tərə-
findən  həvəs lən dirilməli  və  ya  istiqamətləndirilməli-
dir
1

Bu iki şərt onu deməyə əsas verir ki, fərd təkbaşına in-
sanlıq əleyhinə cinayət törədə bilməz. 
“Genişmiqyaslı və sistemli” terminlərinin də iki aydın-
məqsədi vardır:
•  plan və ya siyasətin xarici təsirdən asılı olmadan geniş 
miqyasda həyata keçirilməsi;
•  bu siyasətin əsas elementlərini özündə əks etdirməklə 
xarici müdaxilənin təsiri formasında həyata keçiril-
məsi. 
Buradan  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  “genişmiq-
yaslı, yaxud sistematik əməl”yalnız təqibetmənin baş vermə 
qaydasını deyil, eyni zamanda işin icrasının bütün təbiətini 
səciyyələndirir və bu yolla əsas cinayəti əks etdirir. 
Genişmiqyaslı hərəkət dedikdə, törədilmiş hərəkətlərin 
miqyası və qurban ların sayı nəzərdə tutulur. 
Əvvəla, hücumun genişmiqyaslı və ya sistemli şəkildə 
törədilməklə insanlıq əleyhinə cinayət kimi xarakterizə olun-
ması üçün ilkin olaraq hücumun obyekti olan mülki əhali və 
ona qarşı istifadə olunan metod, resurs və hücumun nəticəsi 
aydınlaşdırılmalıdır. 
1
İnternatиonal Crиmes, peace and human rиghts: the role of the İnternatиonal 
Crиmиnal  Court  /Dиnah  Shelton,  edиtor  and  contrиbutor,  Transnatиonal 
Publиshers,  Ыnc.  Ardsley,  New-York,  2000;
Bassiouni M. Cherif. Crimes against Humanity: Historical  Evolution and  
Contemporary Application. Cambridge, Cambridge Univ. Press, 2011;
www. guidedones. com/metapage/women/crimewom10. htm


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
53
İkincisi, mülki əhaliyə qarşı yönəldilmiş hücumun nəti-
cəsi, qurbanların sayı, əməlin təbiəti, rəsmilərin, hakimiyyət 
orqanlarının iştirakı olmalıdır. 
Ümumiyyətlə, hücumun genişmiqyaslı olmasını müəy-
yən edən hallara aşağı da kılar daxildir
1
:
•  müəyyən  mülki  əhaliyə  qarşı  yönəldilmiş  siyasi 
məqsəd;
•  bu siyasətin həyata keçirilməsi üçün paralel institutla-
rın yaradılması;
•  yüksək səviyyəli siyasi və hərbi rəsmi dairələrin cəlb 
edilməsi;
•  güclü  maliyyə,  hərbi  və  digər  resurslardan  istifadə 
edilməsi  ilə  müəyyən  mülki  əhaliyə  qarşı  genişmiq-
yaslı  təkrar  edilmiş  eyni  formada  davamlı  əməl. 
Genişmiqyaslı  hərəkətləri  ifadə  edən  əlamətlər  Nürn-
berq  Tribunalı  Nizam na məsində  əks  olunmamışdı,  lakin 
törədilmiş qeyri-insani əməlləri insanlıq əley hinə cinayətlər 
kimi tövsif edərkən Tribunal qeyd etmişdi ki, terror siyasəti 
şüb həsiz geniş miqyasda həyata keçirilirdi
2
. Bundan fərqli 
olaraq oxşar cinayətlərin müntəzəm şəkildə bilərəkdən tək-
rarlanması sistemliliyi ifadə edir. Belə bir plan və ya siyasə-
tin həyata ke çi ril məsi qeyri-insani əməllərin mütəmadi və ya 
daim törədilməsi üçün zəmin ola bi lər. Bu tələb də Nürnberq 
Tribunalının Nizam na məsində nə zərdə tutulmamışdı, lakin 
Tribunal  öz  hökmündə  xüsusi  vurğulamışdı  ki,  tö rədilmiş 
qeyri-insani əməllər terror siyasətinin ayrılmaz hissəsidir və 
bir çox hal larda mütəşəkkil və sistematik xarakter daşıyır
3


Bassiouni  M.  Cherif.  Crimes  against  Humanity:  Historical  Evolution  and
Contemporary  Application  Oct  30,  2014
2
Нюрнбергский  процесс  над  главными  немецкими  военнами  преступ-
никами  сборник  материалов  М.:  Юридическая  литература,  1961,  VII
3
Нюренбергский процесс: Сборник материалов. В 8-и томах. Том I, М. :
Юридическая литература, 1987


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə