Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə13/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
45
e) “işgəncə”– həbsdə, yaxud ittihamçının nəzarəti altın-
da olan şəxsə qəsdən fiziki, yaxud psixi iztirab, yaxud güclü 
ağrı verməyi əhatə edir, lakin, yalnız qanuni sanksiya nəti-
cəsində  meydana  çıxan,  bu  sanksiyalardan  ayrılmaz  olan, 
yaxud  təsadüfən  meydana  gələn  iztirab  və  ağrılar  işgəncə 
hesab edilmir;
f) “beynəlxalq hüququn əsas normalarına zidd olaraq 
azadlıqdan məhrum etmə” – dövlət siyasəti və ya planı for-
masında  genişmiqyaslı  və  sistema tik  hücu mun  bir  hissəsi 
kimi, şəxslərin beynəlxalq hüququn əsas normalarına zidd 
azad lıq dan məhrum edilməsini ifadə edir. 
g)  “zorlama,  fahişəliyə  məcburetmə,  cinsi  zorakılıq, 
məcburi  hamiləlik,  məcburi  sterilizasiya”  –  zorlama  mil-
li, siyasi, etnik, irqi və ya dini səbəblərə görə mülki əhaliyə 
qarşı yönəlmiş genişmiqyaslı və sistematik hücumun tərkib 
hissəsi kimi baş verdiyi halda insanlıq əleyhinə cinayət he-
sab olunur, hər hansı əhalinin etnik tərkibinin dəyişdirilməsi, 
yaxud beynəlxalq hüququn digər ciddi pozuntularını törət-
mək  məqsədilə  məcburi  qaydada  hamilə  olmuş  hər  hansı 
qadının  qeyri-qanuni  azadlıqdan  məh rum  edilməsini  ifadə 
edir. Bu anlayış heç bir halda milli qanunvericiliyə zidd təf-
sir  olunmamalıdır;
h)  “təqib”–  hər  hansı  qrupa  və  birliyə  mənsubiyyət 
əlamətinə görə bey nəlxalq hüquqa zidd olaraq əsas hüquq-
lardan  qəsdən  və  ciddi  məhrumetməni  ifadə  edir. 
i) “aparteid cinayəti”– bir irqi qrupun digər irqi qrup, 
yaxud qruplar üzərində ağalığı və sistematik zülm rejiminin 
institutlaşdırılması kontekstində və bu cür rejimi saxlamaq 
məqsədilə törədilmiş qeyri-insani hərəkətləri ifadə edir; 
j)  “adamların  məcburi  yoxa  çıxarılması”–  adamları 
uzun  müd dət  ərzində  qanuni  müdafiədən  məhrum  etmək 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
46
məqsədilə  sonradan  bu  cür  azadlıqdan  məhrumetməni  eti-
raf  etməkdən,  ya xud  bu  adamların  taleyi  və  olduqları  yer 
haqqında  məlumat  ver məkdən  boyun  qaçırmaqla  dövlət, 
yaxud siyasi təşkilat tərə fin dən və ya onların icazəsi və yar-
dımı, ya da razılığı ilə həbs edil məsini, həbsdə saxlanmasını, 
yaxud  oğurlanmasını  ifadə  edir”
k) “əqli, psixi və ya fiziki ağrılara səbəb olan digər ox-
şar xarakterli qeyri-insani hərəkətlər”
Tövsifedici əlamət kimi göstərilir ki, bu əməllər hər han-
sı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücum 
çərçi vəsində törədilən əməllərdir. 
BCM-nin Hazırlıq Komissi ya sının hesabatına görə, in-
sanlıq əleyhinə cinayətlərin araşdırılması üçün subyektin ci-
nayəti törətdiyi məkan mövcud olmalıdır. Belə ki, vətəndaş-
lara qarşı genişmiqyaslı və sistematik hücum çərçivəsində 
törədilmiş əməlin konkret məkanı olmalı və onun haqqında 
məlumat olmalıdır. Eyni zamanda o da qeyd olunmalıdır ki, 
cinayəti törədən şəxs cina yə tin törədilməsinə dəstək verən 
dövlətin plan və ya siyasətinin xırda detallarından tam xə-
bərdar olmaya bilər. Təbii ki, cinayətkarın belə xırda detal-
lardan xəbərdar olmaması onun məsuliyyətdən yayınmasına 
səbəb ola bilməz. Odur ki:
Birincisi,  Statuta  görə  insanlıq  əleyhinə  cinayətin  tər-
kibini yaradan əməl əvvəlcədən planlaşdırılmalı və sistemli 
şəkildə həyata keçirilməlidir. Bu cür əməllərin yerinə yetiril-
məsi onların dəfələrlə törədilməsinə gətirib çıxara bilər. Bu 
tələb, ümumi plan və dövlət siyasəti çərçivəsində yerinə ye-
tirilmiş əməllərin təsadüfi hesab olunması fikrini alt-üst edir, 
yəni əvvəlcədən planlaşdırılmış hər hansı bir əməl təsadüfi 
sayıla bilməz. Qeyd olunmalıdır ki, Nürnberq prosesində bu 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
47
cür əməllər siyasi terror və “əksər hallarda təşkilati və siste-
matik” formada törədilmiş əməl kimi göstərilir
1

İkincisi, qeyri-insani əməl geniş miqyasda törədilməli-
dir, həmçinin bu əməlin törədilməsi şəxsin öz təşəbbüsü ilə 
həyata keçirilməlidir, yəni bir növ bu, şəxs tərəfindən arzu 
edilməlidir. Məhz bu tələb Nürnberq prosesində nəzərə alın-
mamışdı. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Sülh 
və  Bəşəriyyətin  təhlükə siz liyi  əleyhinə  cinayətlər  məcəl-
ləsi  layihəsinin  birinci  oxunuşunda  “kütləvi”  terminin dən 
istifadə olunmuşdu. Bu terminin istifadə olunmasında əsas 
məqsəd cinayətin qurbanlarını göstərmək idi. Lakin Layihə-
nin  yeni  redaktəsində  (1996-cı  il)  bu  söz  “genişmiqyaslı” 
termini ilə əvəz olundu ki, bu da çoxsaylı qurbanları ümumi 
şəkildə ifadə edir
2
. Bunun nəticəsi kimi qeyd olunmalıdır ki, 
göstərilmiş elementlərin baş vermiş hər hansı cinayət əmə-
lində mövcudluğu, onun insanlıq əleyhinə cinayət kimi töv-
sif olunmasını zəruri edir. 
İnsanlıq əleyhinə cinayətlərin 
tərkib elementləri
İnsanlıq əleyhinə cinayətlərin mahiy yətinə və tərkib le-
mentlərinə münasibət müxtəlifdir. Bir çox hallarda in sanlıq 
əleyhinə  cinayətlərlə  dövlətlərin  milli  cinayət  qanun ve ri-
ci li yində  nəzərdə  tutulan  əməllər  eyniləşdirilir  (məsələn, 
şəxsiyyət əley hinə cinayətlər). Şəxsiyyət əleyhinə cinayət-
lərin  obyek  tini  ayrı-ayrı  fərdlər  və  ya  bir  neçə  şəxs  təşkil 
etdiyi halda, insanlıq əleyhinə cinayətlərin obyek tini geniş 
1
Bassиounи  M.  Cherиf. 
İnternatиonal  Crиmes:  Jus  Cogens  and  Oblиgatиo 
Erga  Omnes  //  Law  &  Contemp.  Prob,  1996,  Vol.  25
2
Akhavan P. The Origin and Evolution of Crimes against Humanity. In: 
Human Rights and Criminal Justice for the Downtrodden, 2003


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə