Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə9/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
33
və I Dünya mühari bə sinin dəhşətli əməllərinə istinad etmiş-
di. Lakin I Dünya müharibəsindəki hərbi cina yət karların cə-
zalandırılması  üçün  aparılan  mübarizə  tamamilə  boşa  çıx-
mışdı. Assam ble yanın təqdim etdiyi təklif və tövsiyyələrdə 
göstərilirdi  ki,  tək  mü haribənin  gündəlik  qanunlarının  po-
zulmasına deyil, həmçinin müharibə zamanı daxili qanun-
ve riciliklə  cəzalandı rıl mamış  cinayətkarın  törətmiş  olduğu 
digər ağır cinayətlərə də diqqət yetirilməlidir. 
BLA-nın təkliflərindən sonra 1945-ci ildə BMT yanında 
Müharibə cinayətləri üzrə Komissiya insanlıq əleyhinə ci-
nayətlərə görə cəzaların labüdlüyünü önə çəkdi
1
. Komissi-
yanın sənədlərində qeyd olunurdu ki, beynəlxalq hüquqda 
nəinki  müharibə  zamanı,  həmçinin  dinc  şəraitdə  də  törə-
dilmiş insanlıq əleyhinə cinayətlərə görə ayrı-ayrı fərdlərə 
sanksiya verilə bilər. Bundan başqa, Komissiya təklif edirdi 
ki, Antanta tərəfindən vuruşan hərbiçilərə qarşı, torpaqları 
zəbt  olunmuş  ölkələrin  mülki  əhalisinə  qarşı  cinayət  törə-
dənlər  cəzalandırılsın.  Doğrudur,  bu  sənədlərdə  insanlıq 
əleyhinə cinayətlərin tərkibini yaradan əməllər göstərilirdi, 
sadəcə,  onlar  insanlıq  əleyhinə  cinayətlər  adlanmırdı.  İlk 
dəfə “insanlıq əleyhinə cinayətlər” anlayışı Nürnberq Bey-
nəlxalq  hərbi  Tribunalı  Nizam na məsinin  6-cı  maddəsində 
öz əksini tapmış və onun tərkibini yaradan əməllər kon kret 
göstərilmişdi. Nizamnaməyə görə Tribunalın yurisdiksiyası-
na aşağıdakı beynəlxalq cinayətlər aid edilmişdi
2
:

sülh  əleyhinə  cinayətlər  –  təcavüzkar  müharibənin 
və ya beynəlxalq mü qavilə, saziş və etimadnamələ-
ri pozmaqla müha ribə nin planlaşdırılması, hazır lan-
ması, başlanması və ya yuxarıda sadalanan fəaliyyə-
1
www. en. wikipedia. org/wiki/Crime_against_humanity
2
Bassиounи  M.  Cherиf. 
İnternatиonal  Crиmes:  Jus  Cogens  and  Oblиgatиo 
Erga  Omnes  //  Law  &  Contemp.  Prob,  1996, 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
34
tin  hər  hansı  birinin  hə yata  keçirilməsinə  yönəlmiş 
ümumi planda və qəsdlərdə iştirak etmək;

müharibə cinayətləri – müharibə qanun və ya adətlə-
rini pozmaq, bu po zuntularla işğal olunmuş ərazinin 
mülki əhalisini öldürmək, işgəncə vermək, qula çe-
virmək və ya başqa məqsədlə aparmaq, hərbi əsirlər 
və  ya  dənizdə  olan  şəxsləri  öldürmək  və  ya  onlara 
işgəncələr vermək, girovları öldürmək, ictimai və ya 
şəxsi əmlakı talamaq, şəhər və kəndləri mənasız da-
ğıtmaq,  hərbi  zərurətlə  əlaqədar  olmayan  talançılıq 
və başqa cinayətlər;

insanlıq əleyhinə cinayətlər – müharibəyə qədər və 
ya  müharibə  zamanı  adamöldürmə,  işgəncə  vermə, 
kölə  vəziyyətinə  salma,  deportasiya  və  digər  qey-
ri-insani hərəkətlər və ya siyasi, irqi və ya dini motiv-
lərə əsasən, mülki əhalini təqibetmə
Tribunal  Nizamnaməsinə  əsasən,  insanlıq  əleyhinə  ci-
nayət törətdiyinə görə vəzifəsindən və rəsmi mövqeyindən 
asılı olmayaraq, heç kəs toxunulmazlıq hüququndan yararla-
na bilməz. Müttəhimin hökumət və ya rəisin əmrinə əsasən 
fəaliyyət gös tər məsi də məsuliyyətdən azad edən hal kimi 
nəzərdə  tutulmur.  Burada  əsas  məqsəd  ümu milikdə  insan-
lığı inkar edən və ona düşmən kəsilən faşizmin öncüllərini 
mühakimə etmək idi. Bu dövrdə insanlarla qəddar davran-
ma, insan ləyaqətinin təhqir olunması və alçaldılması, mülki 
əhalinin  deportasiyası  və  işgəncələrə  məruz  qalması  qey-
ri-insani  hərəkətlərin  göstəricisi  idi.  Tribunalın  araşdırdığı 
işlərdən də məlum olur ki, əksər avropalı yəhudilər faşizmin 
nəzarətində olmuş və demək olar ki, onlar bir insan kimi öz 
hüquqlarından  məhrum  olunmuşdular.  Milyonlarla Avropa 
əhalisi məcburi əməyə cəlb edilərək Almaniyaya aparılmış-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
35
dı. Əhalini müti vəziyyətdə saxlamaq üçün satqınçılığa, küt-
ləvi qırğınların təşkilinə geniş meydan verilmişdi. Fransada 
Oradur, Çexoslavakiyada Liditse, Belorusiya da Xatın kənd-
lərinin əhalisi tamamilə məhv edilmişdi
1

1942-ci il yanvarın 20-də Avropada bütün yəhudilərin 
məhv edilməsi planı təsdiq edilmişdi
2
. Bunun üçün iri ölüm 
düşərgələri təşkil olunmuşdu. Bu düşərgədə onlar qaz kame-
ralarına salınıb boğulur və yandırılırdı. Altı milyona yaxın 
yəhudi bu siyasətin qurbanı olmuşdu. 
SSRİ Xarici İşlər Nazirliyinin 25 noyabr 1941-ci il və 
27 aprel 1942-ci il tarixli notalarında, sonra isə 14 oktyabr 
1942-ci il tarixli “Avropanın işğal edilmiş öl kə lərində faşiz-
min və onlarla əlbir olanların törətdikləri cinayət əməl lə rinə 
görə məsu liyyəti haqqında Sovet hökumətinin müraciəti”n-
də hərbi cina yət kar ların cəzalandırılması məqsədilə xüsusi 
beynəlxalq  tribunalın  yaradılması  fikirləri  öz  əksini  tap-
mışdı. Burada əhalinin məhv edilməsi, kütləvi eda mı və ya 
məhv edilməsində təqsirli olan alman zabit və əsgərlərinin 
dairəsi müəy yən ləşdirilmişdi. Nürnberq Tribunalı məhz bu 
şəxslərin cəza lan dırılması məqsədilə yaradılmışdı. Tribunal 
12 nəfəri ölüm cəzasına, 7 nəfəri azad lıqdan məhrumetmə 
cəzasına məhkum etmiş, 3 nəfərə isə bəraət vermişdi. 
II Dünya müharibəsi təşkilatçılarının və hərbi cinayət-
karların  cəzalandırıl ma sı  ideyası  təkcə  Nürnberq  Tribuna-
lının  Nizamnaməsi  ilə  məhdudlaşmadı,  əksinə,  bu  bir  çox 
beynəlxalq hüquqi sənədlərdə daha da genişləndi. 1945-ci 
ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa Almaniyanın və 
onun müttəfiqlərinin əsas hərbi cinayətkarları üzərində mü-
1
Нюрнбергский  процесс  над  главными  немецкими  военнами  прес туп-
никами сборник материалов М., “Юридическая литература”, 1961, Т. V
2
Нюрнбергский  процесс  над  главными  немецкими  военными  преступ-
никами сборник материалов М.: Юридическая литература, 1961, Т. VII


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə