Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə17/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
57
ralılar qətlə yetirilmiş, yerlərdə təcili yardım göstərən tibb 
işçiləri  gülləbaran  edilmişlər
1

İlkin məlumata görə bu günə qədər dinc əhalinin 168 
nəfəri ölmüş, 715 nəfəri yaralanmış və bədən xəsarəti almış-
dır, 400 nəfərdən çox adamın taleyi barədə məlumat yox-
dur. Onların arasında qadınlar, qocalar və uşaqlar, azərbay-
canlılar, ruslar, tatarlar və yəhudilər vardır. Çoxlarını ölüm 
mənzillərdə, küçə qapılarında, avtobuslarda və iş yerlərində 
haqlamışdır. Hərbi qulluqçulardan 28 nəfəri ölmüş, 80 nəfə-
ri yaralanmışdır ki, onların çoxu komandanlığın razılaşdırıl-
mamış hərəkətləri nəticəsində öz yoldaşları tərəfindən hücu-
ma məruz qalmışdır. 
1990-cı il yanvarın 20-də və sonrakı günlərdə Sovet Or-
dusu tərəfindən dinc mülki əhaliyə qarşı törədilmiş əməllərin 
insanlıq əleyhinə cinayətlər kimi tövsif edilməsi və bütün təq-
sirkar şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsi-
nin müvafiq müddəaları əsasında məsuliyyətə cəlb olunması 
üçün kifayət qədər əsaslar var. İlk növbədə qeyd olunmalı-
dır ki, Bakıda dinc əhaliyə qarşı yönəlmiş cinayət hadisəsi 
dövlət planı və ya siyasətinin tərkib hissəsi idi, bu təsadüf 
ola  bilməzdi,  ikincisi,  bu  siyasət  dinc  mülki  əhaliyə  qarşı 
yönəlmişdir (dinc mülki əhali tabe olduğu hökumətin, siyasi 
rəhbərliyin ona qarşı silah işlədəcəyini, qırğına məruz qoya-
cağını heç ağlına gətirmirdi),  üçüncüsü, bu cinayət hadisəsi 
genişmiqyaslı hücumun tərkib hissəsi olaraq baş vermişdir. 
Yuxarıda göstərilənlərə əsaslanaraq qeyd olunmalıdır ki, 
Sovet Ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı törədil-
1
//files. preslib. az/projects/aggression/m3_az. pdf;
az. wikisource. org/wiki/1990-c%C4%B1_il_yanvar%C4%B1n_20-
d%C9%99_Bak%C4%B1da_t%C3%B6r%C9%99dilmi%C5%9F_
faci%C9%99li_hadis%C9%99l%C9%99r_haqq%C4%B1nda_
Az%C9%99rbaycan_Respublikas%C4%B1_
Milli_M%C9%99clisinin_q%C9%99rar%C4%B1_(1994)


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
58
miş  əməl  insanlıq  əleyhinə  cinayətlər  kimi  tövsif  edilməli 
və bütün təqsirli şəxslər Azərbaycan Respublikası Cinayət 
Məcəlləsinin müvafiq müddəa ları əsasında məsuliyyətə cəlb 
olunmalıdır.  “Mülki  və  Siyasi  hüquqlar  haqqında”  Bey-
nəlxalq Paktın 15-ci maddəsinin 2-ci bəndində də göstərilir 
ki, hazırkı mad dənin heç bir müddəası, törədildiyi anda bey-
nəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsip-
lərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkətə 
və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və 
cəzalandırıl masına  əngəl  törətmir.  Eyni  zamanda  “İnsan 
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avro-
pa Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndində göstərilir 
ki, bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas 
hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər 
hansı  hərəkət  və  ya  hərəkətsizlik  törətməyə  görə  istənilən 
şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane 
olmur. Bunlardan başqa ölkəmizdə, “Beynəlxalq cinayətlə-
rə görə ağırlaşdırıcı hallar üzrə cinayət hüquq normalarının 
geriyə şamil olunması haqqında” 2006-cı il Konstitusiya Qa-
nunu qəbul olunmuşdur. Bu Konstitusiya Qanunu da cinayət 
hüquq normalarının geriyə şamil olunmasına kifayər qədər 
əsas yaradır. Bütün hallarda 20 yanvar hadisələrinə görə təq-
sirli bilinən şəxslərin Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsinə  görə  məsuliy yətə  cəlb  olunması  üçün  kifayət 
qədər əsaslar var (Bunula yanaşı, Azərbaycan Respub li kası 
CM-nin 12. 3-cü maddəsində göstərilir ki, sülh və insanlıq 
əleyhinə cinayətləri… Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqa vilələr dən irəli gələn digər cinayət-
ləri  törətmiş  Azərbaycan  Respublikası  vətən daşları,  əcnə-
bilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədil-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
59
məsi yerindən asılı olmayaraq bu Məcəllə əsasında cinayət 
məsuliyyətinə cəlb edilir və cəzalandırılır). 
İnsanlıq əleyhinə cinayətlərin planlaşdırılması və həyata 
keçirilməsi bütün hallarda beynəlxalq sülhə və təhlükəsiz-
liyə qəsd edir. Dövlətin cinayət siyasətini planlaşdırması və 
həyata keçirməsi beynəlxalq sülh və təhlükəsizliyi birbaşa və 
ya dolayı yolla qorxu altına alır, beynəlxalq səviyyədə sülhə 
və təhlükəsizliyə qəsd olunur. Baş vermiş cinayət əməli təbii 
ki,  dövlət  siyasəti  və  ya  planı  formasında  həyata  keçirilir, 
yəni bu əməl birmənalı şəkildə dövlət dəstəyi ilə törədilir, 
lakin planın dövlətə aid olduğu açıq formada bilinmir, məxfi 
saxlanılır. 
İnsanlıq əleyhinə cinayətlərin planlaşdırılması və həyata 
keçirilməsi nəticəsində aşağıdakı məsələlər ortaya çıxır:
•  hər hansı dövlətin beynəlxalq müqavilələrdən irəli 
gələn öhdəliklərə riayət etməməsi beynəlxalq birli-
yin maraqlarına ziddir və bu məsuliyyətə səbəb olur; 
•  beynəlxalq  birlik  tərəfindən  tanınmayan  hər  hansı 
dövlət hakimiyyətinin plan laşdırdığı sülh və bəşə-
riyyət  əleyhinə  cinayətlərin,  yaxud  insanlıq  əley-
hinə cina yətlərin törədilməsi təkcə bir dövlətin de-
yil, müxtəlif dövlətlərin ərazisini və və tən daşlarını 
əhatə  edir,  yəni  cinayətin  qurbanı  həm  də  başqa 
dövlətlərin  vətən daş ları  olur;
•  belə  bir  siyasətin  həyata  keçirilməsi  nəticəsində 
bey nəlxalq  səviyyədə  mü dafiə  olunan  maraqlara 
qəsd olunduğundan beynəlxalq cinayət məsuliyyəti 
yaranır, bu da öz növbəsində “dövlət fəaliyyəti və 
ya siyasəti”nin görünə bilməyən tərəfidir. “Dövlət 
fəaliyyəti və ya siyasəti” dedikdə dövlət hakimiyyə-
ti və resurslarının ya ha mısından, ya da bir hissəsin-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə