Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə16/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
54
 Sistemlilik özündə bir neçə əlamətləri ehtiva edir
1
:
•  hər hansı siyasi məqsəd və planı özündə əks etdirmək-
lə müəy yən icmanın, toplumun məhvinə, təqibinə və 
yaxud zəiflədilməsinə yönəldilmiş konkret hərəkət və 
ya ideologiyanın olması;
•  bir  qrup  mülki  şəxslərə  qarşı  genişmiqyaslı  cinayət 
əməlinin törədilməsi, təkrar edilməsi və yaxud bir-bi-
rinə  bağlı  qeyri-insani  hərəkətlərin  davamlılığı;
•  əhəmiyyətli ictimai və yaxud xüsusi resursların hazır-
lanması və yaxud onlardan hərbi və ya başqa məqsəd-
lər üçün istifadə olunması;
•  planın  hazırlanmasında,  təşkilində  və  həyata  keçiril-
məsində yüksək səviyyəli siyasi və yaxud hərbi rəsmi 
dairələrin cəlb edilməsi
İnsanlıq əleyhinə cinayətlər genişmiqyaslı və sistemli-
liyi özündə əks etdir məklə, əsasən, üç formanı özündə bir-
ləşdirir
2
:
Birinci formaya görə insanlıq əleyhinə cinayətlər döv-
lət siyasəti nəticəsində müəy yən insan qrupları əleyhinə ge-
nişmiqyaslı təqibolunma baş verdiyi zaman bey nəlxalq ci-
nayətlər kateqoriyasına aid olur. 
İkinci  forma  birinciyə  əlavə  olaraq,  qeyri-dövlət  sub-
yektlərinin idarəçilik qa biliyyətini özündə cəmləşdirir və ha-
belə dövlət ərazisi və əhalisi üzərində nə zarəti gerçəkləşdirir, 
eyni zamanda “dövlət siyasətinin” analoqu olan bir siyasəti 
həyata keçirir. 
Üçüncü forma ikincinin daha genişlənmiş forması ola-
raq, istər dövlət sub yektlərinin, istərsə də qeyri-dövlət sub-
1
Bassiouni M. Cherif. Crimes against Humanity: Historical Evolution and 
Contemporary Application. Cambridge, Cambridge Univ. Press, 2011
2
Bassиounи  M.  Cherиf.  Crиmes  agaиnst  Humanиty.  -  Dordrecht/Boston/ 
London:  Martиnus  Nиjhoff  Publиshers,  1992


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
55
yektlərinin mülki əhaliyə qarşı yönəlmiş plan və siyasətinin 
genişmiqyaslı və sistemli olmasını tələb edir. 
Beləliklə,  istər  dövlət  idarəçiliyində  çalışan  vəzifəli 
şəxslərin həyata keçirdiyi dövlət siyasətinin, istərsə də döv-
lət  idarəçiliyində  iştirak  etməyən,  lakin  dövlət  siyasətinin 
analoqu olan bir siyasətin həyata keçirilməsi üçün aşağıdakı 
xarakterik  cəhətlər  mövcuddur:
•  cəmiyyətdə  mövcud  olan  müəyyən  bir  qrup  şəxsin 
təqib  olunması,  onlara  qarşı  yönəldilmiş  ayrı-seçki-
lik halları ilə xarakterizə olunan təqibetmə motivi ilə 
əsaslandırılmış  hərəkətlər;
•  insanlıq əleyhinə cinayətlərin tərkibini yaradan əməl-
lərin hər hansı dövlətin qanunları ilə cinayət sayılması;
•  xidməti vəzifəsini yerinə yetirərkən vəzifəli şəxs tərə-
findən inasnlıq əleyhinə cinayətin törədilməsi, yaxud 
bu cinayətin törədilməsinə başqalarını təh riketmə və 
bütün hallarda dövlətin qanunları arxasında gizlənərək 
cinayətlərin baş verməsinə şərait yaratma və bu kimi 
hallara göz yumma;
•  baş vermiş insanlıq əleyhinə cinayətlərin silahlı mü-
naqişələrlə  hər  hansı  bağlılığının  olub-olmamasının 
müəyyən  edilməsi.
İnsanlıq  əleyhinə  cinayətlər  Nürnberq  Tribunalı  Ni-
zamnaməsinin  6-cı  mad dəsində  göstərilmiş  elementlərlə 
bərabər,  özündə  dövlət  fəaliyyəti  və  ya  siyasəti  formasın-
da dinc mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik 
təqibolunmanı əks etdirir. İnsanlıq əleyhinə cinayətlərə aid 
olan əməllər sırasında 1990-cı il yanvar ayının 20-də Bakıda 
baş verən qanlı cinayət hadisəsini də misal göstərmək olar.  
Bu əməl yuxarıda göstərilən elementləri özündə əks etdir-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
56
məklə insanlıq əleyhinə cinayətin tərkibini yaradır. 1990-cı 
il yanvarın 19-20-də Bakı şəhərində baş vermiş hadisələrin 
ilkin təhqiqi haqqında Azərbaycan SSR Ali Soveti istintaq 
komissiyası  11  fevral  1990-cı  il  bəyanatında  göstərilir  ki, 
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərin-
də dinc əhalinin kütləvi qırğınına səbəb olan, amansızlığına 
görə dəhşətli cinayət hadisəsi baş vermişdir. Bu, Azərbay-
canın  bütün  çoxmillətli  xalqını  dərindən  sarsıtmışdır.  İtti-
faq hakimiyyət orqanları ölkənin qanunlarını və beynəlxalq 
hüquq  normalarını  nəzərə  almadan,  Azərbaycan  SSR-nin 
suveren hüquqlarına məhəl qoymadan, SSRİ-nin yaradılma-
sı  haqqında  müqavilənin  şərtlərini,  SSRİ  Konstitusiyasını 
və Azərbaycan SSR Konstitusiyasını kobudca sına pozaraq, 
Respublikanın  ali  dövlət  hakimiyyəti  orqanlarının  razılığı 
olmadan  və  fövqəladə  vəziyyəti  tənzimləyən  qanunverici-
lik aktı olmadan Azərbaycan Sovet Sosialist Respublikasına 
qeyri-qanuni surətdə qoşunlar yeritmiş və onun paytaxtı Bakı 
şəhərində fövqəladə vəziyyət elan etmişlər. Şəhər sakinləri 
fövqəladə vəziyyət tətbiq ediləcəyi haqqında xəbərdar edil-
məmiş, yalnız bu hadisədən 7 saat sonra hərbi komendantın 
elanı verilmişdir. Əməliyyatda SSRİ-nin quru, hərbi dəniz, 
hərbi hava və hərbi desant qoşunlarının iri hissələri, həmçi-
nin SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər 
Nazirliyinin xüsusi təyinatlı qoşunları iştirak etmişlər. Qeyd 
olunan hərbi hissələrin və birləşmələrin şəhərə yeridilməsi 
hərbi qulluqçuların humanizmə zidd, qəddar hərəkətləri ilə 
müşayiət edilmişdir. Gözə dəyənlərin hamısı həyatdan məh-
rum edilmişdir, yaşayış evləri və tibb müəssisələri atəşə tu-
tulmuş, təcili yardım maşınları, yoldan keçib gedən və yol 
kənarında dayanan maşınlar tanklar tərəfindən əzilmiş, ya-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə