Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə24/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
78
Bosniya  münaqişəsinin  erkən  mərhələlərində  qeyri-adi  hal 
olan kütləvi cinsi zorakılıqlar təkrarlanmayıb. 
Müharibə ci na yətləri geniş bir hüquqi kateqoriya olub, 
həm beynəlxalq xa rakterli, həm də qeyri-beynəlxalq xarak-
terli silahlı münaqişələr dövründə BHH-nun ciddi pozuntu-
larını əhatə edir. Bu pozuntuların hər bi ri özlüyündə konkret 
cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti doğurur
1

Ona  görə  də  müharibə  cinayətləri  haqqında  tam  təsəvvür 
əldə etmək üçün bu kateqoriyaya daxil olan bütün cinayət 
tərkiblərini göstərmək lazım gəlir. 
BHH  müharibəni  qadağan  etmir,  silahlı  münaqişənin 
mövcudluğunu  təsdiq  edir,  sadəcə  mühari bənin  metod  və 
vasitələrini  qadağan  edir.  Tarixən,  müharibə  qaydalarının 
norma  halına  salınması  iki  istiqamətdə  aparılmışdır. 
Birinci istiqamətə əsası Cenevrədə qoyulan 1949-cu ilin 
dörd Cenevrə Konvensiyasına əsaslanan Cenevrə qanunve-
riciliyi  (Cenevrə  Konvensiyaları)  və  ona  əlavə  olunan  iki 
1977-ci il Protokolu aiddir. 
İkinci istiqamətə isə əsası Haaqada qoyulmuş 1899-cu 
və 1907-ci illərdə imzalanmış bir sıra konvensiyalardan gö-
türməklə Haaqa qanunvericiliyi adlanır. Bir sıra hallarda bu 
sazişlərin imzalanması müharibənin gedişində əksər aspekt-
ləri ətraflı şəkildə birgə tənzimləyir. Cenevrə qanunvericiliyi 
silahlı münaqişədə xüsusilə müdafiəsiz olanları, döyüşdə iş-
tirak etməyənləri və hərbi əsirlər kimi müxtəlif sinif insanla-
rı mühafizə etmək üçün hüquqi rejimlərin qarşılıqlı əlaqəsini 
təşkil edir. Haaqa qanunvericiliyi isə əksinə, müharibə apa-
rılmasının metod və vasitələrini tənzimləyir. 
1949-cu  il  Cenevrə  Konvensiyasının  təşviq  edilməsi 
indiki dövrdə fərqli olmaqla universal ratifikasiyanın qəbu-
1
İndividual  Criminal  Responsibility  in  International  Law  By  Elies  Van
Sliedregt  Oxford  Monographs  in  İnternational  Law.


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
79
lu üçün ilk çoxtərəfli konvensiyalar hesab olunur, bu mər-
hələyə qədər isə müharibə cinayətlərinə görə fərdi cinayət 
məsuliyyətinə cəlb edil mə yalnız ənənəvi beynəlxalq hüquq-
da  və  milli  qanun ve ri cilik  çərçivəsində  nəzərdə  tutulurdu. 
Cenevrə Konvensiyaları ilk də fə müharibə qanunlarının bəzi 
“ağır pozuntuları”nı fərdi ci na yət məsuliyyətinə səbəb olan 
müharibə cinayəti kimi müəyyən etdi
1

Münaqişələrin  təsnifatında  diqqətçəkən  məsələlərdən 
biri dövlətin silahlı qüvvələrinin daxildə qiyamçılarla və ya 
üsyankar  qruplaşmalarla  vuruşmasıdır  (daxili  silahlı  mü-
naqişə). Təbii ki, müşahidələr zamanı bu qeyri-beynəlxalq 
silahlı  münaqişə  kimi  görünə  bilər,  amma  dərindən  təhlil 
olunarsa  bura  kənar  dövlətlərin  müdaxiləsini  açıq  şəkil-
də  görmək  mümükündür.  Keçmiş  Yuqoslavi ya dakı  vəziy-
yət belə münaqişəyə bir misaldır. Burada silahlı mü na qişə 
Yuqoslaviyanın  tərkibindəki  etnik  qrupların  bir-birlərinə 
qarşı silaha sarılmaları ilə, klassik vətəndaş müharibəsi kimi 
başladı. Nəticə etibarilə, İttifaqa daxil olan respublikalar, o 
cüm lədən Bosniya və Herseqovina öz müstəqilliklərini elan 
etdilər.  Bosniyada  yaşayan  serblər  Yuqoslaviya  İttifaqının 
tərkibində qalmağa, xorvatlar isə yeni yaranmış Xorvatiya 
Respublikasına qatılmağa tərəfdar çıxmaqla Bosniya haki-
miyyəti uğrunda mübarizəyə başladılar. Serblər Belqraddan, 
xorvatlar isə Zaqrebdən böyük miqdarda maliyyə, təchizat 
və strateji dəstək alırdılar. YBCT müəyyən etmişdir ki, xü-
susilə iki dövlət bir-birinə qarşı qoyulmuş və müharibə baş 
vermişdir və bu Cenevrə Konvensiyalarının müddəaları ilə 
tənzimlənən  beynəlxalq  silahlı  münaqişə  hesab  olunur. 
Dünyada baş verən münaqişələr, zorakılıq əməlləri və 
hətta hərbi əməliyyatlar BHH tətbiqini, bununla da müha-
1
The 1949 Geneva Conventions: A Commentary (Oxford Commentaries on 
International Law) 1st Edition 
by Andrew Clapham


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
80
ribə cinayətləri ilə bağlı qadağaları zəruri etmir. Cenevrə 
Konvensiyalarının  tətbiqi  sahələrinə  bu  konvensiyaların 
özündə az da olsa aydınlıq gətirilir. Belə ki, yalnız 2-ci 
maddədə konvensiyaların müddəalarının böyük qisminin 
“Yüksək səviyyədə Müqavilə bağlamış iki və ya daha çox 
Tərəflərdən birində müharibə vəziyyətinin elan olunma-
dığı halda belə bu, tərəflər arasında meydana gələ bilən 
müharibə  və  ya  istənilən  digər  silahlı  münaqişənin  elan 
edildiyi  bütün  hallar”a  şamil  olunduğu  qeyd  edilir.  Hə-
min Konvensi ya ların 3-cü ümumi maddəsində silahlı mü-
naqişələri “Yüksək səviyyədə Müqavilə bağlamış Tərəf-
lərdən birinin ərazisində baş verməklə beynəlxalq xarak-
terli olmayan” münaqişə kimi müəyyən edən kiçik rejim 
meydana gəlmiş və başqa bir tərif verilməmişdir. Yalnız 
2-ci Protokolda 3-cü ümumi maddə daha təkmilləşmiş və 
genişlənmiş formada öz əksini tapır. Buradan aydın olur 
ki, 3-cü maddənin müddəaları “silahlı münaqişə olmadı-
ğına görə iğtişaşlara, ayrıca götürülmüş və təsadüfi zora-
kılıq əməlləri və buna oxşar digər aktlar kimi ölkədaxili 
çaxnaşma və gərginliyə” tətbiq edilmir. 
BHH-nun harada və nə zaman tətbiq edilməsini müəy-
yənləşdir mək  iki  xüsusi  beynəlxalq  tribunalın  müəyyən 
edəcəyi məsələlərdən biri idi. Həm keçmiş Yuqoslaviyada, 
həm də Ruandada Prokuror ayrı-ayrı fərdləri döyüş əmə-
liyyatlarının  fəal  şəkildə  getdiyi  ərazidən  kifayət  qədər 
kənarda törədilmiş vəhşiliklərə görə müharibə cinayətlə-
rinə görə ittiham edirdi. İttihamları qüvvədə saxlayarkən 
YBCT silahlı münaqişələr zamanı BHH-nun tətbiqinə olu-
nan qadağaların ərazi cəhətdən miqyasına toxuna raq aşa-
ğıdakıları müəyyən etdi:


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə