Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə22/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
72
dövlət ha kimiy yətinin müharibə şəraitindən istifadə edərək, 
öz  əhalisinə  və  ya  ərazisində  olan  başqa  millətlərə  qarşı 
adamöl dür mə, məhv etmə, işgəncə, deportasiya, zorlama və 
digər tö rət diyi qeyri-insani hərəkətlər insanlıq əleyhinə ci-
nayətlər kimi tövsif olunur. 
 Dördüncü Cenevrə Konvensiyasının 147-ci maddəsin-
də göstərilir ki, hazırkı müqaviləyə əsasən, müharibə şərai-
tində qəsdən adamöldürmə, əzabverici və qəddar rəftar, bi-
oloji eksperimentlər insanlara qarşı yönəlmiş qeyri-hüquqi 
əməl hesab olunur. 
Keçmiş  Yuqoslaviyada  baş  verən  hadisələr  içərisin-
də  həm  insanlıq  əleyhinə  cinayətlərin,  həm  də  müharibə 
cinayətlərinin tərkibini yaradan əməllər kifayət qədər idi. 
YBCT-nin İviça Rayiçlə bağlı çıxardığı hökmü belə əməl-
lərdən biri hesab etmək olar
1
. İviça Rayiç Xorvatiya Müda-
fiə Şurasının komandiri idi. O, Xorvatiya Müdafiə Şurası-
nın bir neçə bölmələrinə cavabdeh idi. 23 oktyabr 1993-cü 
ildə  İviça  Rayiç  Mərkəzi  Bosniyanın Vares  şəhərində  bir 
neçə rəsmi bosniyalı xorvatın həbs edilməsi tapşırığını alır. 
Həmin gün Xorvatiya Müdafiə Şurasının qoşunları Rayiçin 
komandanlığı ilə şəhərdə axtarış apararaq 250 müsəlman ki-
şisini həbs etmişdi. Həbs zamanı Müdafiə Şurasının əsgər-
ləri evlərə daxil olaraq insanları fiziki və mənəvi əzablara 
məruz qoyur, onları təhqir edir və işgəncələr verirdilər. Eyni 
zamanda, tutulmuş adamları Vares şəhərinin ən pis şəraitdə 
olan məktəb binalarına yığaraq işgəncələr vermişdilər. Bun-
dan sonra 23 oktyabr 1993-cü ildə Rayiçin komandanlığı al-
tında olan bölmələr Stupni-Do kəndinə hücum edərək kəndi 
nəzarət altına almış və əsgərlər buranı da Vares şəhəri kimi 
lavиa and Rwanda /Cohn R. W. D. Cones, Transnatиonal Publиshers, Ыnc. 
Ardsley,  New-York,  2000
1
 www. un. org/иcty/


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
73
qarət etmiş və müsəlman qadınlarını zorlamışdılar. Burada 
ən azı 37 qadın və kişini öldürmüş dülər. Hücum nəticəsin-
də kənd tamamilə dağıdılmışdı. Törətdiyi cinayət əməllərini 
pərdələmək üçün 27 dekabr 1993-cü ildə İviça Rayiçin adı 
Müdafiə Şurası tərəfindən dəyişdirilərək Viktor Andriç ad-
landırılmış və qanuniləşdirilmiş sənədlə komandir vəzifəsinə 
təyin olunmuşdu. Guya bu əməlləri əvvəlcədən Rayiç adlı 
şəxs  yox, Viktor  adlı  şəxs  törətmişdi.  Lakin  göstərilənlərə 
baxmayaraq, İviça Rayiçin əməlləri aşkarlanmış və YBCT 
Nizam na məsinin  7-ci  maddəsinin  1-ci  və  3-cü  bəndlərinə 
müvafiq olaraq məsuliyyətə cəlb olunmuşdu. Eyni zaman-
da o, 1949-cu il Cenevrə Konven siyalarında nəzərdə tutu-
lan beş ciddi pozuntuya yol verərək adamöldürmə, işgəncə, 
zorlama, mülki şəxslərə qarşı zorakılıq hərəkətləri, əmlakın 
qeyri-qanuni  müsadirə  olunması,  hərbi  zərurət  olmadan 
çoxlu dağıntılar törətmə cinayətlərinə rəhbərlik etmişdir. Bu 
məqsədlə də Tribunal onu məsuliyyətə cəlb etmiş və 26 okt-
yabr 2005-ci ildə dörd əsasa görə mühakimə etmişdi:
1)  Cenevrə  Konvensiyalarının  2-ci  maddəsinə  görə 
adamöl dürmə  cinayətinin  törədilməsi;
2) YBCT Nizamnaməsinin 2-ci maddəsi ilə və eyni za-
manda Cenevrə Konvensiyaları ilə qadağan olunan ağır po-
zuntuların, qeyri-insani hərəkətlərin və zorlamanın baş ver-
məsi;
3) Tribunal Nizamnaməsinin 2-ci maddəsinə görə əmla-
kın qeyri-qanuni mü sadirə edilməsi;
4) Tribunal Nizamnaməsinin 2-ci maddəsinə və Cenevrə 
Konvensi ya la rına görə hərbi zərurət olmadan şəhər və kənd-
lərin geniş miqyaslı dağıdılması. 
Göstərilən  əməllər YBCT  tərəfindən  sübuta  yetirilmiş 
və İviça Rayiç 8 may 2006-cı ildə 12 il müddətinə azadlıq-
dan məhrum edilmişdir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
74
YBCT  və  milli  məhkəmələr  BHH-nun  ciddi  pozuntu-
larını törədən şəxslərin mühakimə olun ma sının paralel yu-
risdiksiyasını  nəzərdə  tutur  (YBCT  Nizamnaməsinin  9-cu 
maddəsi). Bu o deməkdir ki, təkcə cinayətin törədildiyi əra-
zinin milli məhkəmə ləri deyil, hər hansı dövlətin milli məh-
kəməsi də BHH normalarını pozmuş şəxsi mühakimə etmək 
səlahiyyətinə malikdir. Təbii ki, bunun da keçmiş Yuqosla-
viya  hadisələri  za manı  cinayət  törətmiş  şəxslərin  axtarılıb 
tutulmasında  mühüm  rolu  olmuşdur.  Belə  ki, Yuqoslaviya 
ərazisində müharibə cina yəti törətmiş şəxslərin bir çoxu Av-
ropa məhkəmələri tərəfindən mühakimə olunmuşdur. 
1994-cü  ilin  noyabr  ayında  Kopenhagendə  məhkəmə 
R.Sariçi  xüsusi  yaradılmış  düşərgələrdə  əsirlərə  ölümlə 
nəticələnən işgəncələr verməkdə təqsirli hesab edərək 8 il 
müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdir. 1997-
ci ildə Münhen məhkəməsi N.Cayiçi Bosniyada müharibə 
zamanı müsəlmanları kütləvi surətdə öldürməkdə iştirakçı-
lıqda təqsirli hesab edərək 5 il müddətinə azadlıqdan məhru-
metmə cəzasına məhkum etmişdir. Eyni qaydada Zalsburqda 
(Avstriya) bosniyalı serb D.Şvetkoviçin mühakimə edilməsi 
üçün məhkəmə prosesi keçirilmişdir
1
. Bu faktlardan da gö-
rünür ki, insanlıq əleyhinə cinayətlərlə müharibə cinayət ləri 
arasındakı oxşarlıq onların hər ikisinin genişmiqyaslı forma-
da dinc mülki əhaliyə qarşı törədilməsidir, fərqli cəhətləri isə 
onların tərkib element ləridir. 
“Müharibə cinayətləri” termini ümumi anlayış olub si-
lahlı  münaqişə  zamanı  tətbiq  olunan  BHH  normalarının 
pozulmasını  bildirir
2
.  Bəzən  müharibə  cinayətlə rinin  yal-
1
 www. albd. org/convention/paper_kmsobhan. htm
2
Wade  Mansell  and  Karen  Openshaw:  İnternational  Law  (a  critical  intro-
duction).  Oxford  and  Portland  Oregon  2013


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə