Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə30/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
96
şəxslər düşmən tərəfin əhalisindən ibarət olur. Bu əməl si-
lahlı münaqişə kontekstində baş verir və birbaşa münaqişə 
ilə əlaqədar olur. 
24. hətta hücumla alınsa belə, şəhər və ya yaşayış mən-
tə qəsini qarət etmək
Cinayətkar  konkret  əmlakı  mənimsəyir.  Cinayətkar 
mül kiyyətçini  əmlakından  məhrum  edərək,  bu  əmlakdan 
şəx  si və ya xüsusi məqsədlər üçün istifadə etmək niyyətində 
olur. Mənimsənilmə mülkiyyətçinin razılığı olmadan həya-
ta keçirilir. Əməl silahlı münaqişə kontekstində baş verir və 
cinayətkar  silahlı  münaqişənin  mövcudluğunu  təmin  edən 
faktiki  şəraitdən  xəbərdar  olur. 
25. zəhərli və ya zəhərlənmiş silah tətbiq etmək
Cinayətkar döyüş zamanı BHH normaları ilə qadağan 
olunan zəhərlənmiş silah tətbiq edir və təbii ki, bu da dinc 
mülki əhalinin məhvinə şərait yaradır. Cinayətkar zəhərli və 
ya zəhərlənmiş silahdan istifadə etdiyini və baş verə biləcək 
nəticəni əvvəlcədən aydın dərk edir və bunun cinayət oldu-
ğunu bilir. 
26. boğucu, zəhərləyici və ya digər qazları və istənilən
analoji maddə, material və vasitələri tətbiq etmək
Cinayətkar  zəhərli  maddədən  və  ya  işlədilən  zaman 
zəhərli maddə ixrac edən silahdan istifadə edir. Belə zəhər-
li maddədən istifadə, adətən, bu maddənin toksiki xassələri 
vasitəsilə sağlamlığa ciddi xəsarət yetirilməsilə və ya ölüm-
lə nəticələnir. Əməl, silahlı münaqişə kontekstində baş verir 
və birbaşa münaqişə ilə əlaqədar olur və cinayətkar silahlı 
münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xə-
bərdar olur. 
27. sərt üzlüyü, yaxud kəsikləri olan örtüklü güllələr tip-
li asan parçalanan, yaxud insan bədənində yastılanan gül-
lələrdən istifadə etmək


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
97
Cinayətkar  konkret  məlum  güllələrdən  istifadə  edir. 
Belə  güllələrdən  atəş  açılan  zaman  onlar  insan  bədənində 
asanlıqla genişləndiyi və ya yastılandığı üçün onların isti-
fadəsi BHH normalarına görə qadağandır. Cinayətkar belə 
güllələrdən  atəş  açacağı  təqdirdə  ağrıdıcı  və  ya  yaralayıcı 
təsirin kəskinləşəcəyini əvvəlcədən bilir. Əməl silahlı mü-
naqişə kontekstində baş verir və birbaşa münaqişə ilə əlaqə-
dar olur. 
28. insan ləyaqətinin alçaldılması, o cümlədən, təhqire-
dici və alçaldıcı rəftar
Cinayətkar bir və ya daha çox şəxsi alçaldır, aşağılayır 
və ya digər formada onun şərəf və ləyaqətinə toxunur. Belə 
alçaltma, aşağılama və ya digər formada təhqir etmə şiddət-
liliyinə görə ümumilikdə şərəf və ləyaqətə toxunmaqla öz-
başınalıq kimi qəbul olunur. Bu əməl silahlı münaqişə kon-
tekstində baş verir və birbaşa münaqişə ilə əlaqədar olur və 
cinayətkar  silahlı  münaqişənin  mövcudluğunu  təmin  edən 
faktiki şəraitdən xəbərdar olur. 
29.  özündə  Cenevrə  Konvensiyalarının  kobud  surətdə
pozulmasını ifadə edən zorlama, seksual kölə kimi istifadə
etmə, fahişəliyə məcburetmə, Statutun 7-ci maddəsinin 2 (f)
bəndində müəyyən edildiyi kimi məcburi hamiləlik, məcburi
sterilizasiya və bütün digər növ seksual zorakılıqlar
Cinayətkar qurbanın bədəninin hər hansı hissəsinə cinsi 
orqan  vasitəsilə,  yaxud  qurbanın  anal  dəliyinə  və  ya  cinsi 
nahiyəsindəki girişə hər hansı predmet və ya başqa üsulla 
təcavüz  edir.  Təcavüz,  cinayətkarın  öz  səlahiyyətlərindən 
sui istifadə edərək hər hansl şəxsə qarşı təziq, psixoloji əzab 
vermə üsulu ilə  zor tətbiq etmə, yaxud zor tətbiq edəcəyi və 
buna məcbur edəcəyi ilə hədələmə formasında törədilir. Eyni 
zamanda  təcavüz həqiqi razılıq vermək iqtidarında olmayan 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
98
şəxsə  qarşı  törədilir.  Bu  əməl  beynəlxalq  silahlı  münaqişə 
kontekstində baş verir və birbaşa münaqişə ilə əlaqədar olur, 
cinayətkar  silahlı  münaqişənin  mövcudluğunu  təmin  edən 
faktiki şəraitdən və əməlin ictimai təhlükəliliyindən xəbər-
dar olur. 
30. cinsi istismar
Cinayətkar bir və ya daha çox şəxsin üzərində insan al-
veri, alqı-satqı, borc vermək və ya dəyişmək kimi sərəncam-
vermə, yaxud həmin şəxsləri buna oxşar surətdə azadlıqdan 
məhrumetməyə  məruz  qoyma  hüququna  əlavə  olunan  hər 
hansı və ya bütün hüquqları həyata keçirir. Cinayətkar belə 
şəxs və ya şəxsləri bir və ya daha artıq cinsi əlaqə xarak-
terli aktlara təhrik edir. Bu əməl mülki əhaliyə qarşı yönəl-
miş genişmiqyaslı və ya sistematik hücumun tərkib hissəsi 
olaraq həyata keçirilir. Cinayətkar bu əməlin mülki əhaliyə 
qarşı yönəlmiş genişmiqyaslı və ya sistematik hücumun tər-
kib hissəsi olduğunu bilir və ya tərkib hissəsi olmasına nail 
olmaq niyyəti güdür. 
31. mülki şəxslərdən və ya digər mühafizə altında olan şəxs-
lərdən  müəyyən  məntəqələrin,  rayonların,  yaxud  silahlı  qüv-
vələrin hərbi əməliyyatlardan müdafiəsi üçün istifadə etmək;
32.  Cenevrə  Konvensiyaları  ilə  müəyyən  olunmuş
fərqləndirici nişanlardan bey nəlxalq hüquqa uyğun olaraq
istifadə edən binalara, maddələrə, tibbi müəssi sələrə və nəq-
liyyat vasitələrinə, habelə tibbi heyətə qəsdən zərbə endir-
mək;
33. Cenevrə Konvensiyaları ilə müəyyən edilmiş qayda-
da kömək edilməsinə qəsdən maneə yaradılması da daxil ol-
maqla, müharibənin aparılması vasitəsi kimi, yaşayış üçün
zəruri olan predmetlərdən qəsdən məhrumetmə yolu ilə mül-
ki əhalini aclığa düçar edən hərəkətlər etmək;


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə