Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
93
edən zaman BHH normaları ilə qadağan edilmiş surətdə isti-
fadə edir və belə bir addımı atacağı təqdirdə cəzalanacağını
bilir. Bu əməl ölümlə və ya ciddi bədən xəsarəti ilə nəticələ-
nir və cinayətkar belə nəticəni əvvəlcədən görür.
16.
işğal etmiş dövlət tərəfindən düzgün və ya dolayı
surətdə öz mülki əhalisinin bir hissəsinin işğal edilmiş əra-
ziyə köçürülməsi, yaxud işğal olunmuş ərazinin əhalisinin bir
hissəsinin bu ərazinin sərhədləri daxilində və ya onun sər-
hədlərindən kənara deportasiya edilməsi və ya köçürülməsi.
Cinayətkar işğal etdiyi ərazilərə mənsub olduğu ölkənin
əhalisinin bir qismini bilavasitə və ya dolayısı ilə köçürür,
yaxud işğal olunmuş ərazinin əhalisinin bir qismini və ya
bütün əhalisini bu ərazi daxilində və ya bu ərazidən kənarda
hər hansı əraziyə köçürür və ya deportasiya edir. O, əməlin
silahlı münaqişə şəraitində baş verməsini və bunun cinayət
olmasını aydın dərk edir.
17. Hərbi məqsədlər daşımayan dini, təhsil, incəsənət,
elm və yaxud xey riyyəçilik məqsədləri üçün təyin olunmuş
binalara, tarixi abidələrə, xəstəxa nalara və ya xəstələrin və
yaralıların cəmləşdikləri yerlərə qəsdən zərbələr endirmək
Cinayətkar hücuma rəhbərlik edir, hücumun hədəfi
kimi hərbi məqsədlər üçün istifadə edilməyən, dini, elmi,
incəsənət, maarifləndirmə və ya xeyriyyə məqsədləri üçün
istifadə olunan binalar, tarixi abidələr, xəstəxanalar və xəstə
və yaralıların gətirildiyi digər yerlər seçilir. Cinayətkar hü-
cumun hədəfi olaraq hərbi məqsədlər üçün istifadə edil-
məyən, dini, elmi, incəsənət, maarifləndirmə və ya xeyriy-
yə məqsədləri üçün istifadə olunan binalar, tarixi abidələr,
xəstəxanalar və xəstə və yaralıların gətirildiyi digər yerləri
seçir. Cinayətkar törətdiyi əməlin BHH normalarına zidd ol-
duğunu və cinayət olduğunu bilir.
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
94
18.
düşmən tərəfin hakimiyyəti altına düşən şəxslərin
fiziki şikəstliyinə səbəb olan, yaxud xəstəxana müalicəsi zə-
rurəti ilə əsaslandırılmamış və maraqlarına uyğun gəlməyən
ölümə səbəb olan, yaxud bu şəxsin və ya şəxslərin sağlamlı-
ğına ciddi təhlükə yaradan, hər hansı tibbi və elmi eksperi-
mentlər aparmaq
Cinayətkar 1949-cu il Cenevrə Konvensiyalarının mü-
dafiəsi altında olan bir və ya daha çox şəxs üzərində elmi və
ya tibbi təcrübə aparır. Belə təcrübə belə şəxs və ya şəxslərin
fiziki və ya psixi sağlamlıq durumunun və ya cismani bütöv-
lüyünün ciddi təhlükə altına düşməsinə səbəb olmuşdur. Bu
əməl, qurbanların nə tibbi, stomatoloji və ya xəstəxana şəra-
itində müalicəsini əks etdirmir, nə də belə şəxs və ya şəxslə-
rin maraqları dairəsində həyata keçirilmir.
19.
düşmən tərəfə və ya orduya mənsub olan şəxsləri xə-
yanətkarlıqla öldürmə və ya yaralama
Cinayətkar bir və ya daha çox şəxsi onlara silahlı mü-
naqişədə tətbiq edilən BHH normalarına əsasən, müdafiə
təklif etmək səlahiyyətinin və ya öhdəliyinin verildiyinə
inandırır və ya bu yolla onların etibarını qazanır. Eyni za-
manda cinayətkar həmin etibara və ya inama xəyanət etmək
niyyətində olur və nəticə etibarilə belə şəxs və ya şəxsləri öl-
dürür və ya onlara xəsarət yetirir. Məlum olur ki, cinayətkar
həmin etibardan və ya inamdan belə şəxs və ya şəxsləri öl-
dürmək və ya onlara xəsarət yetirmək üçün istifadə etmişdir.
Cinayətkar baş verə biləcək nəticəni əvvəldən görür və bunu
hətta həyata keçirməyi arzu edir.
20.
Aman verilməyəcəyi barədə bəyanatlar vermək
Cinayətkar heç bir insanın sağ qalmayacağını bəyan edir
ya buna qərar verir. Cinayətkara silahlı birləşmələrə effektiv
komandanlıq etmək vəzifəsi həvalə edilir və bütün proses
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
95
silahlı münaqişə kontekstində baş verir. Cinayətkar silahlı
münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən
xəbərdar olur.
21.
Hərbi zərurətlə əlaqədar hallar istisna olmaqla düş-
mənin əmlakını dağıtma və ya ələ keçirmə
Cinayətkar düşmən tərəfə məxsus konkret əmlakı dağı-
dır və ya ələ keçirir. Hərbi zərurətlə bağlı olmayan əmlak
1949-cu il Cenevrə Konvesiyaları ilə mühafizə olunur və ci-
nayətkar bu əmlakın statusunu təmin edən faktiki şəraitdən
xəbərdar olur. Dağıdılma və ya ələ keçirilmə hərbi zərurət-
dən irəli gəlmir. Bu əməl silahlı münaqişə kontekstində baş
verir və birbaşa münaqişə ilə əlaqədardır.
22.
düşmən tərəfin vətəndaşlarının məhkəmədə hüquq
və iddialarının ləğv edilmiş, dayandırılmış, yaxud yolveril-
məz elan etmək;
Cinayətkar ədalət məhkəməsi vasitəsilə müəyyən hüquq
və azadlıqların həyata keçirilməsinin ləğv edilməsinə, da-
yandırılmasına və ya buna xitam verilməsinə gətirib çıxa-
rır. Ləğv olunma, dayandırılma və ya xitam olunma düşmən
tərəfin əhalisinə qarşı yönəlməlidir. Cinayətkarın belə ləğv
olunma, dayandırılma və ya xitam olunma kimi əməlləri
düşmən tərəfin əhalisinə qarşı yönəldilməsi niyyəti daşıma-
lıdır. Əməl silahlı münaqişə kontekstində baş verir və birba-
şa münaqişə ilə əlaqədar olur.
23.
müharibə başlanana qədər döyüşən tərəflərdə hərbi
xidmətdə olduğu halda belə, düşmən tərəfin vətəndaşlarını
öz ölkələrinə qarşı hərbi əməliyyatlarda iştirak etməyə məc-
bur etmək
Cinayətkar bir və ya daha çox şəxsi həmin şəxs və ya
şəxsləri mənsub olduqları ölkəyə qarşı aparılan hərbi əmə-
liyyatlarda, yaxud çıxış edən qüvvələrdə iştirak etməyə zor
yolu ilə və ya hədələməklə məcbur edir. Belə şəxs və ya