|
Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
99
34. 15 yaşınadək olan uşaqları milli silahlı qüvvələrin
tərkibinə toplamaq və ya cəlb etmək, yaxud onlardan döyüş
əməliyyatlarında aktiv iştirak etmək üçün istifadə etmək;
c) qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr
zamanı 12 avqust 1949-cu il tarixli Cenevrə
Konvensiyalarının hər biri üçün eyni olan 3-cü
maddənin kobud şəkildə pozulması, o cümlədən
silahı yerə qoymuş hərbi qulluqçular və xəstələr,
yaralanma, həbsdə olma, yaxud hər hansı digər
səbəbdən sıradan çıxmış şəxslər də daxil olmaq-
la, hərbi əməliyyatlarda aktiv iştirak etməyən
şəxslərə qarşı törədilmiş aşağıdakı hərəkətlərdən
hər hansı biri:
35. həyatına və şəxsiyyətinə qəsd, o cümlədən hər hansı
formada qətlə yetirmə, şikəst etmə, qəddarcasına dav-
ranma və işgəncə vermə;
36. insan ləyaqətinin alçaldılması, o cümlədən təhqire-
dici və alçaldıcı rəftar;
37. girovgötürmə;
38. məcburiliyi tanınmış olan bütün məhkəmə qaran-
tiyalarına əməl olun ma sını təmin edən, məhkəmə tərə-
findən müəyyən edilmiş qaydada həyata keçirilən, ilkin
məhkəmə baxışı olmadan hökmlər çıxarmaq və onları
icra etmək;
d) Statutun 8-ci maddəsinin 2(c) bəndi qeyri-bey-
nəlxalq xarakterli silahlı münaqişələrə tətbiq
edilir və buna görə də nizamsızlıq, ayrı-ayrı və
təsadüfi zora kılıq aktları və digər analoji xarak-
terli daxili qaydaların pozulması və gərginliklə-
rin yaradılması hallarına tətbiq edilmir.
e) Beynəlxalq xarak terli silahlı münaqişələrə tətbiq
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
100
olunan qayda və adətlərin digər kobud pozuntu-
ları, o cümlədən:
39. Mülki əhaliyə zərbə endirmək, habelə hərbi əməliy-
yatlarda bilavasitə iştirak etməyən ayrı-ayrı mülki şəxs-
lərə qəsdən hücum etmək;
40. Cenevrə Konvensiyaları ilə müəyyən olunmuş
fərqləndirici nişanlar dan istifadə edən binalara, tib-
bi müəssisələrə və nəqliyyat vasitələrinə, ha belə tibbi
heyətə qəsdən zərbə endirmək;
41. Silahlı münaqişələrdə beynəlxalq hüquq üzrə mülki
şəxslər və mülki obyektlərin istifadə etdikləri müdafiəyə
malik olduqları müddətdə humanitar yardım göstərən,
yaxud BMT Nizamnaməsinə uyğun olaraq, sülhün qo-
runması missiyası ilə fəaliyyət göstərən heyətə, obyekt-
lərə, bölmələrə, yaxud nəqliyyat vasitələrinə qəsdən
zərbə endirmək;
42. Hərbi məqsədlər daşımayan dini, təhsil, incəsənət,
elm və yaxud xeyriyyəçilik məqsədləri üçün təyin olun-
muş binalara, tarixi abidələrə, xəstəxanalara və xəstələ-
rin və yaralıların cəmləşdikləri yerlərə qəsdən zərbələr
endirmək;
43. Hətta onlar hücumla alınmış olsa belə, şəhərləri və
yaşayış məntəqələrini qarət etmək;
44. O cümlədən, hər dörd Cenevrə Konvensiyasının
3-cü maddəsinin kobud surətdə pozulması ilə xarakte-
rizə olunan zorlama, seksual kölə kimi istifadə etmə, fa-
hişəliyə məcbur etmə, 7-ci maddənin 2-ci (1) bəndində
müəyyən edilmiş qaydada məcburi hamiləlik, məcburi
sterilizasiya və bütün digər növ seksual zorakılıqlar;
45. 15 yaşına çatmamış uşaqları silahlı qüvvələrin,
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
101
yaxud qrupların tərkibinə toplamaq və ya cəlb etmək,
yaxud onları döyüş əməliyyatlarında aktiv iştirak etmək
üçün istifadə etmək;
46. Mülki əhalinin təhlükəsizliyi və hərbi zərurətlə bağlı
tələb olmadığı halda, münaqişə ilə bağlı səbəblərə görə
onların köçürülməsi barədə qərar vermək;
47. Düşmən hərbi qulluqçusunu xəyanətkarcasına öl-
dürmək, yaxud yaralamaq;
48. Aman olmayacağı barədə bəyanat vermək;
49. Münaqişədə olan digər tərəfin, onun hakimiyyəti al-
tında olan şəxslərin fiziki şikəstliyinə səbəb olma, yaxud
onlar üzərində tibbi, diş müalicəsi, yaxud xəstəxana
müalicəsi zərurəti ilə əsaslandırılmayan və onun ma-
raqları ilə uyğun gəlməyən ölümə səbəb olan, yaxud bu
şəxsin və ya şəxslərin sağlamlığına ciddi təhlükə yara-
dan hər hansı növ tibbi və elmi eksperimentlərin keçi-
rilməsi.
50. Bu cür məhvetmə və ya zəbtetmənin hərbi zərurə-
tin qəti diqtəsindən irəli gəldiyi hallar istisna olmaqla,
düşmənin əmlakının məhv edilməsi və ya zəbt edilməsi.
f) 2 (e) bəndi qeyri-beynəlxalq xarakterli silahlı
münaqişələrə tətbiq edilir və buna görə də nizamsızlıq,
ayrı-ayrı və təsadüfi zorakılıq aktları və digər analoji
xarakterli daxili qaydaların pozulması və gərginliklə-
rin yaradılması hallarına tətbiq edilmir. O, bir iştirakçı
dövlətin ərazisində baş verən hərbi miinaqişələrə müna-
sibətdə, hakimiyyət orqanları ilə mütəşəkkil silahlı qrup-
lar arasında və ya bu cür qrupların öz aralarında uzun-
müddətli hərbi münaqişə getdiyi hallarda tətbiq edilir.
3. 2(s) və 2(d) bəndlərində heç bir şey hökumətin döv-
lətdə qanun və qaydanın bərpa edilməsi və qorunmasına
Dostları ilə paylaş: |
|
|