Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
108
ümumiyyətlə, hərbi əməliyyatda iştirak etməyən şəxslərin
başına gətiriblər. Azərbaycan Respublikasına qarşı erməni
təcavüzünün faciəvi nəticələrindən biri də odur ki, Azərbay-
can torpaqlarının 20 faizini işğal etməkdən və vətəndaşlara
işgəncələr verməkdən əlavə, ermənilər ölkənin zəbt olunmuş
bölgələrində Azərbay canın milli-mənəvi irsini məhv edirlər.
Bir çox beynəlxalq təşkilatların müraciətinə baxmayaraq,
Ermənistan işğal olunmuş bölgələrdə Azərbaycanın mədəni
sərvətlərinin təhlükəsizliyi üçün heç bir konstruktiv addım
atmamışdır. İşğal zonalarında maddi mədəniyyət yadigar-
larlarının dağıdılması prosesi indi də davam edir. İşğalçılar
genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır,
kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana da-
şıyırdılar. Ermənistan tərəfindən zəbt olunmuş qədim Azər-
baycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayon-
larda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292
ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330
yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park,
monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunə-
si) tarix və mədəniyyət abidələri qalmışdır. Bunlarla yanaşı,
işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı
22 muzey, 4, 6 milyon kitab fondu olan 927 kitabxana, 808
klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və isti-
rahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min
ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20
ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi
və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40
kiçik həcmli attraksion işğal altında qalmışdı
1
.
Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz
tarix və mədəniyyət abidələrindən başqa Azərbaycana dəy-
1
http://files. preslib. az/projects/azerbaijan/gl8. pdf