Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
111
prinsip və normalardan ibarətdir. Bu prinsip və normalara
Ermənistan tərəfi heç zaman riayət etməmişdir. Azərbaycan
isə beynəlxalq səviyyədə yürütdüyü ardıcıl siyasət nəticəsin-
də artıq Ermənistanın təcavüzkar olduğu bütün dünyaya mə-
lum olmuşdur. Müxtəlif səviyyəli görüşlərdə, zirvə toplantı-
larında, konfranslarda bu məsələ diqqət mərkəzində saxla-
nılmış və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı
dəfələrlə beynəlxalq sənədlərdə öz təsdiqini tapmışdır. Bu
sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqları-
nın işğal edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın
və məcburi köçkün kimi yaşadığı bildirilir. Onların bəzisin-
də təcavüzkar tərəf, adı ilə göstərilsə də, təəssüf ki, bu müna-
sibət hələ beynəlxalq birliyin rəsmi ortaq mövqeyi deyildir.
Hər halda uğurlar var və bu uğurlar münaqişənin həllində
beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyini
ön plana çəkmək üçün yaxşı zəmin yaratmışdır.
Azərbaycan Respublikası üzv olduğu beynəlxalq qu-
rumlarda Dağlıq Qarabağ probleminin həllinə dair dəfələr-
lə məsələ qaldırmasına, müxtəlif dəlillər təqdim etməsinə,
Ermənis tanın təcavüzkar olduğunu sübuta yetirən faktlar
göstərməsinə baxmayaraq, hələ də beynəlxalq birlik işğalçı-
nı cəzalandırmaq üçün konkret addımlar atmır. Bu amil ikili
standartların mövcud olduğuna ən tutarlı sübutdur. Bütün
bunlar bir daha göstərir ki, ayrı-ayrı dövrlərdə Ermənista-
nın Azərbaycana qarşı təcavüzkar siyasətinə dair beynəlxalq
təşkilatlar müxtəlif sənədlər, qətna mələr, bəyanatlar qəbul
etsələr də, hələ də dövlət işğalçı mövqeyindən geri çəkilmir.
Bu, beynəlxalq birliyin təcavüzkarı layiq olduğu formada
cəzalandırmaq istəməməsinin nəticəsi kimi qiymətləndirilə
bilər. Təcavüzkar isə cəzasız qaldığından daha böyük iddia-
larla çıxış etməkdə davam edir.