Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
114
görüntülər mövcuddur, burada hər hansı formada cinayətkar
axtarmağa ehtiyac da yoxdu. Bundan başqa, Azərbaycanın
işğal olunmuş ərazilərində mülki əhaliyə məxsus mülkiy-
yətin dağıdılması, talan edilməsi ilə bağlı vətəndaşlar tərə-
findən İnsan hüquqları üzrə Avropa məhkəməsinə müraciət
olunmuşdur. Nəticə olaraq, 2015-ci il iyunun 16-da İnsan
hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası “Çı-
raqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə
qərar çıxardı
1
. 10 illik mübarizədən sonra Məhkəmə göz-
lənilən qərarı verdi. İlk dəfədir ki, Avropa Məhkəməsi rəs-
mi qərarı ilə Azərbaycanın ərazisinin, Laçının işğalı faktını
tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan
Hüquqları Konvensiyasının müxtəlif maddələri, xüsusilə
mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqla-
rının pozulduğunu qeyd edib. Bu qərarın çox böyük hüquqi
və siyasi əhəmiyyəti var. Belə ki, Məhkəmə bu qərarla Azər-
baycanın ərazisinin bir hissəsinin Ermənistan tərəfindən
işğalını və işğal olunmuş ərazilərdə müharibə cinayətləri
törətməsini rəsmən təsdiqləmiş oldu. Şübhəsiz ki, bu qərar
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin si-
yasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmlən-
dirilməsinə xidmət edəcək.
Göründüyü kimi, müharibə cinayətləri, insanlıq əley-
hinə cinayətlər və genosid cinayətlərini bir-birindən fərqlən-
dirən xüsusiyyətlərə aid kifayət qədər missallar çəkmək
olar. Bunları insanlıq əleyhinə cinayətlərin və müharibə ci-
nayətlərinin nümunəsində gördük, indi isə genosid cinayə-
ti ilə bağlı YBCT-nin təcrübəsinə diqqət yetirmək maraq-
lı olardı. YBCT tərəfindən mühakimə olunan Bosniya və
1
http://www. lawreform. az/upload/CASE%20OF%20CHIRAGOV%20
AND%20OTHERS%20v. %20Armenia-az. pdf