Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə12/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
42
5-ci maddəsində öz əksini tapdı
1
. Keçmiş Yuqoslaviya ha-
disələri zamanı insanlıq əleyhinə cinayətlərin törədilməsin-
də təqsirli bilinən şəxslər həmin maddəyə görə (5-ci maddə) 
məsuliyyətə  cəlb  olundular. Yuxarıda  Nürnberq  Tribunalı-
nın fəaliyyətinin geniş təhlil olunmasına baxmayaraq, əlavə 
olaraq qeyd olunmalıdır ki, Nürnberqdə heç bir apellyasi-
ya sistemi mövcud deyildi. Qanunvericilikdə mövcud olan 
bu boşluğu aradan qaldırmaq məqsədilə YBCT apellyasiya 
hüququnu verməklə və beş hakimdən ibarət apellyasiya pa-
latasını ya müdafiə tərəfinin, ya da ittiham tərəfinin icra edə 
bildiyi faktla təmin etməklə insan hüquqları sahəsində daha 
bir tərəqqiyə imza atmışdır. 
Təhlükəsizlik Şurası, BMT Nizamnaməsinin 7-ci fəslinə 
əsasən, özünün 808 və 827 saylı qətnamələri ilə 1993-cü ildə 
yekdilliklə  ilk  həqiqi  beynəlxalq  cinayət  tribunalının  YB-
CT-nin əsasını qoydu. Nürnberq dörd qalib ölkənin təsis etdi-
yi tribunal olduğu halda YBCT Təhlükəsizlik Şurası yanında 
ikinci dərəcəli orqan idi və onunla bütün ölkələr əməkdaşlıq 
etməyə borclu idi, lakin aradakı fərq tezliklə görünməz oldu. 
Nürnberq  müttəhimləri  müttəfiq  ordularının  işğalı  altında 
qısa bir zamanda həbs olunmaqla onların əksəriyyəti on iki 
ay  ərzində  inkarolun maz  sənədli  sübutlarla  ittiham  edildi. 
Şiddətlə  davam  edən  müharibə  ocağından  xeyli  uzaqlarda 
olan YBCT  isə  həddən  artıq  ləng  olmaqla  əsəbləri  tarıma 
çəkirdi: ilk müttəhim Dusko Tadiç 1995-ci ilin aprelində öz 
məhkəməsinə gəlmədiyinə görə proses 1996-cı ilin mayına 
qədər gecikdirildi. Serblər Bosniya müsəlmanlarına qarşı in-
sanlıq əleyhinə cinayətlər törətdikləri zamanda, daha dəqiqi, 
1995-ci ilin iyulunda 7.000 srebrenitsalı müsəlman kişi və 
oğlan uşaqlarını qətlə yetirdiyi bir vaxtda hüquq müdafiə-
1
Akhavan P. Reconciling Crimes against Humanity with the Laws of War. 
In: Journal of international criminal justice, 2008, vol. 6


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
43
çiləri hələ ilkin istintaq hərəkətləri barədə mübahisə aparır-
dılar. Tadiçin ayrı-ayrılıqda on bir növ insanlıq əleyhinə ci-
nayətə görə ittiham edilməsi ilə bağlı qərar 1997-ci il mayın 
7-nə qədər verilmədi, apellyasiyası isə 1999-cu ilin aprelinə 
qədər başlanmadı. İyirmi il həbs cəzasına məhkum edilmiş 
Tadiç və onun ardınca müttəhimlər kürsüsünə çıxarılmış bir 
neçə başqa bosniya əsilli serb liderinin taleyi, onlara qarşı 
ittihamların irəli sürüldüyü illərdə Kosovoda törədilən vəh-
şiliklərin  qarşısını  ala  bilmədi.  Problemin  kökündə YBCT 
ilə əməkdaşlıq etməyə dair Srebrenitsa hadisələrindən sonra 
yazılmış  Deyton  Sülh  Sazişlərinə  daxil  edilmiş  öhdəliklər 
dururdu.  1996-cı  ilin  yayında  geniş  surətdə  sitat  gətirilən 
NATO sözçüsünün ismarıcı əsl siyasət oldu: “Karadziçi həbs 
etmək üçün bircə NATO əsgərinin belə qanının tökülməsinə 
lüzum yoxdur. ” NATO-nun 60 minlik icraçı qüvvələrinin 
vəzifəsi “öz vəzifələrini yerinə yetirdikləri müddətdə yaxa-
ladıqları və barələrində iddia qaldırılmış şəxsləri saxlamaq”-
dan ibarət idi. Deytondan bir neçə il sonra NATO koman-
dirləri belə qarşılaşmaları sıfıra endirə biləcəyini vurğuladı. 
Nəhayət, insanlıq əleyhinə cinayətlər özünün tam geniş 
və dəqiq ifadəsini BCM-nin Roma Statutunda tapdı.
1
 Məh-
kəmənin yurisdiksiyası yalnız fiziki şəxslərə şamil olunur, 
belə  ki,  dövlətlər  və  korporasiyalar  kimi  hüquqi  şəxslər 
üzərində yurisdiksiyası yoxdur. O cümlədən, Roma Statutu 
qüvvəyə minməmiş dən əvvəl törədilmiş hər hansı cinayətlə 
bağlı yurisdiksiya həyata ke çirə bilməz, buna görə də yal-
nız 1 iyul 2002-ci ilə qədər törədilmiş olduğu iddia olunan 
beynəlxalq cinayətlərə baxa bilər. Bu tarixdən sonra Statutu 
təsdiqləyən dövlət Məhkəmənin yurisdiksiyasına yalnız Sta-
tutun həmin dövlətdə qüvvəyə minəcəyi tarixdən başlayaraq 
1
Блищенко  И.П.,  Фисенко  И.В.  Международный  Уголовный  Суд.  /Пре-
дисловие  проф.  В.  П.  Лозбякова.  М.,  Закониправо,  ЮНИТИ,  1998


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
44
tabe olacaq. BCM-nin Statutuna qədər insanlıq əleyhinə ci-
nayətlərin tərkibini yaradan bir çox əməllər konkret adları 
ilə göstərilmirdi, onlar “digər qeyri-insani hərəkətlər” anla-
yışı ilə ifadə olunurdu. Məhz bu cinayətlərin hamılıqla qəbul 
edilən tərkibi ilk dəfə BCM-nin Statutunda verildi. Statuta 
görə, bəzən obyektiv cəhətdən bir-birindən xeyli fərqlənən 
tam bir sıra ayrı-ayrı əməllər “insanlıq əleyhinə cinayətlər” 
adı altında birləşdirilir. Statutunun 7-ci maddə sində deyilir:
“Bu Statutun məqsədlərinə görə, hər hansı mülki şəxsə 
qarşı qəsdən aşa ğıda göstərilmiş əməllərdən hər hansı biri-
nin genişmiqyaslı və sistematik formada baş verməsi insan-
lıq əleyhinə cinayətlər hesab olunur”:
a) “adamöldürmə”– dövlətin və ya təşkilatın hər hansı 
mülki şəxsə qarşı hücumun törədilməsinə yönəlmiş siyasəti-
nin həyata keçirilməsi və ya bu cür siyasətə kömək məqsədilə 
hər hansı mülki şəxsə tətbiq olunan əməllərin çoxlu sayda 
törədilməsi ilə əlaqədar davamlı davranışını bildirir;
b) “əhalini məhvetmə” – qəsdən əhalinin müəyyən his-
səsini məhv etməyə yönəlmiş həyat şəraitinin yaradılması, 
xüsusən ərzaq məhsulları və dərman əldə etməkdən məhrum 
etməni əhatə edir;
c) “kölə vəziyyətinə salma”– insanlara münasibətdə hər 
hansı səlahiyyətin və ya mülkiyyət hüququ ilə bağlı bütün 
səlahiyyətlərin həyata keçirilməsini, o cümlədən bu səlahiy-
yətlərin insan alveri, xüsusən, qadın və uşaq alveri zamanı 
həyata keçirilməsini əhatə edir;
d) “deportasiya, yaxud əhalinin yerinin məcburi dəyiş-
dirilməsi”–  köçürmə,  yaxud  digər  məcburi  tədbirlərin  ob-
yekti olan şəxslərin qanuni yaşadıqları ərazidən beynəlxalq 
hüquqla qəbul olunan əsaslar olmadan zorla köçürülməsini 
ifadə edir; 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə