Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə14/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
48
əhali kütləsi, yəni dinc mülki əhali təşkil edir. Bununla ya-
naşı, hər hansı dövlət planı və ya siyasətinin olmadığı, me-
tod  və  resurslar  nəzərdə  tutul ma dığı  halda  şəxsiyyət  əley-
hinə cinayətlər törədilə bilər, insanlıq əleyhinə cinayətlərin 
törədilməsi üçün isə dövlət planı və siyasətinin olması, hər 
hansı  metodlar  və  resurslardan  istifadə  olunması  vacibdir. 
Deməli, belə bir nəticəyə gəlmək olar ki, dövlətlərin daxi-
li qanunveri ciliyində nəzərdə tutulan şəxsiyyət əleyhinə ci-
nayətlər heç bir halda insanlıq əleyhinə cinayətlər kimi qəbul 
oluna  bilməz. 
Sülh və Bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər 
məcəlləsi layihəsində göstərilir ki, insanlıq əleyhinə cinayət-
lər sülh və müharibə şəraitində baş verə bilər
1
. Sülh və mü-
haribə şəraitində insanlıq əleyhinə cinayətlər o zaman törə-
dilə bilər ki
2
:
•  hakimiyyət orqanında çalışan vəzifəli şəxs hakim möv-
qedə dayanaraq genişmiqyaslı və sistematik hücumun 
bir  hissəsi  kimi  mül ki  əhaliyə  qarşı  adamöldürmə, 
məhvetmə, işgəncə və digər qeyri-insani hərəkətlərin 
həyata keçirilməsini əmr edir, bütün bunların sonunda 
belə bir təsəvvür yaranır ki, guya həmin vəzifəli şəxsin 
baş vermiş cinayət əməlindən xəbəri yoxdur. Bir sözlə, 
o, cinayət əməlinin çox rahat formada həyata keçiril-
mə si nə  şərait  yaradır.  Məsələn,  keçmiş  Yuqoslaviya 
hadisələri za ma nı Bosniyanın daxili işlər naziri olmuş 
Miko Stanisik öz vəzifə səlahiyyətlərindən sui-istifadə 
edərək  insanlıq  əley hi nə  cina yət lərin  baş  verməsinə 
şərait  yaratmışdı.  Bu  səbəbdən  də  o, YBCT  Nizam-
1
www. wiki. lawguru. com/index. php/Crime_against_humanity;
Bassиounи  M.  Cherif.  A  Draft 
İnternatиonal  Crиmиnal  Code  and  Draft 
Statute  for  an 
İnternatиonal  Crиmиnal  Trиbunal  ,  1987
2
 
www. wiki. lawguru. com/index. php/Crime_against_humanity;
www. albd. org/convention/paper_kmsobhan. htm


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
49
naməsinin  18-ci  maddəsinə  əsasən  itti ham  olunaraq, 
Nizamna mənin  7-ci  maddəsinə  əsasən,  fərdi  cina yət 
məsuliyyətinə  cəlb  olunmuşdu.  İttiham  aktına  görə, 
o,  cina yə ti  birbaşa  törətməmiş,  cinayətin  törədilmə-
sinə və həyata keçiril məsinə şərait yaratmışdır. Belə 
ki,  Miko  Stanisik  vəzifə  səlahiyyətlərindən  istifadə 
edərək Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri ilə bir 
yerdə  1992-ci  ilin  aprel  ayından  1992-ci  il  dekabrın 
31-dək  insanlıq  əleyhinə  cinayətlərin  baş  verməsin-
də iştirak etmiş və bu cinayətlərin qarşısının alınması 
üçün heç bir tədbir görməmişdi. Miko Stanisik bilirdi 
ki, Daxili İşlər Nazirliyinin nəzdində xüsusi saxlama 
kameraları və işgəncə vermək üçün lazımi avadanlıq-
lar  var  və  bunlar  dustaqlara  qarşı  işgəncə  ver məkdə 
istifadə olunur. O, bunu bildiyi halda işgəncə verən-
ləri cəzalandırma mış və bu barədə hər hansı bir təd-
bir  görməmişdi.  Əksinə,  o,  Daxili  İşlər  Nazirliyinin 
rəhbəri olduğundan istifadə edərək polis qüvvələrinin 
insanlıq əleyhinə cina yət lərdə iştirakına rəhbərlik və 
nəzarət etmişdi. Onun rəhbərliyi altında serb qüv vələri 
Krajina  Muxtar Vilayətində  Bosniya  müsəlmanlarını 
və xorvatları təqibə məruz qoyaraq aşağıda göstərilən 
əməlləri törətmişlər: Bosniya müsəl man larına və Bos-
niya xorvatlarına hücum edərək öldürmə, həbs düşər-
gələrinin yeri nin dəyişdirilməsi nəticəsində insanların 
öldürülməsi,  şəhərlərə  və  kəndlərə  hü cum  zamanı 
insanlarla  amansız  davranma,  mülki  əhalini  depor-
tasiya etmə, cinsi zo rakılıqlar, özbaşına həbslər və s. 
Göstərilənlərlə yanaşı, 1 aprel 1992-ci ildən 31 dekabr 
1992-ci ilə qədər Mi ko Stanisik və onun tərəfdarları 
adamöldürmə, kütləvi qırğın, deportasiya, işgən cələr 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
50
və  digər  qeyri-insani  əməllər  törətmişdilər.  01  iyun 
1992-ci  ildə  isə Velagi  qəsəbəsində,  10  iyul  1992-ci 
ildə Biljani qəsəbəsində mülki əhaliyə hücum etmiş və 
bir çoxlarını öldürmüş, qalan hissəsini isə deportasiya 
etmişdilər;
•  cinayəti törədən şəxs əmri icra edir və mülki əhalinin 
müəyyən hissəsinə qarşı adamöldürmə, məhvetmə, iş-
gəncə və digər qeyri-insani hərəkətlərin siste matik şə-
kildə icra olunması siyasətinin həyata keçirilməsində 
iştirak edir; 
•  yuxarı hərbi və ya siyasi mövqedə olan şəxs bilərək-
dən mülki əhaliyə qarşı sistematik şəkildə adamöldür-
mə, məhvetmə, işgəncə, köləlik və digər qeyri-insani 
hərəkətlərin həyata keçirilməsini başqalarına əmr edir 
və yaxud özü bunu icra edir;
•  icraçı  hər  hansı  mənəvi  seçim  və  imkanı  olmayan 
əhalinin yerdə qalan hissəsinə qarşı sistematik və ya 
genişmiq yaslı formada baş verən adamöldürmə, məh-
vetmə, işgəncə və digər qeyri-insani hərəkətlərin nəti-
cələrini dərk edərək bilərək dən həyata keçirir. 
Göstərilən  elementləri  YBCT  özündə  ehtiva  edən  ci-
nayət hadi sə ləri ilə əlaqədar çoxlu sayda hökmlər çıxarmış-
dır. Onlardan biri kimi Milmor Sta kiç işini göstərmək olar
1

Stakiç Bosniya və Herseqo vinanın şimal-qər bində Prije dor 
bələdiyyəsi Milli Müdafiə Şurası fövqəladə hallar qərarga-
hının başçısı olub. Onun əsas vəzifəsi etnik təmizləmə və 
deportasiya si yasəti olub, yəni Bosniya müsəl manlarının və 
xorvatların məcburi köçürülməsi onun qarşısında qoyulmuş 
əsas məsələlərdən biri idi. Məhz bu əməllərinə görə Milmor 
Stakiç 23 mart 2001-ci ildə ittiham olunmuş və həmin tarix-
1
www. un. org/иcty/


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə