Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə10/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
36
hakimə üçün beynəlxalq ədalət mühakiməsini həyata keçirən 
və  habelə  beynəlxalq  hərbi  tribunalların  nizam namələrini 
özündə əks etdirən müqavilə imzaladılar. Uzaq Şərq üçün 
Beynəlxalq hərbi tribunal (Tokio Tribunalı) SSRİ, ABŞ, Bö-
yük Britaniya, Fransa, Çin, Avstraliya, Kanada, Yeni Zelan-
diya, Niderland, Hindistan və Filippin hökumətlərinin iştira-
kı ilə 1946-cı ildə imzalanmış müqavilə əsasında təsis olun-
du
1
. Tokio Tribunalı demək olar ki, Nürnberq Tribunalının 
eyni idi, başlıca fərq şəxslərə görə yurisdiksiyada idi (yapon 
militaristlərinin  cəzalandırılması).  Birmənalı  olaraq  qeyd 
edilməlidir  ki,  II  Dünya  müharibəsindən  sonra  yaradılmış 
hər iki tribunal beynəlxalq hüququn inkişafına əhəmiyyətli 
təsir göstərmişdir. Belə ki, müharibə cinayətləri və insanlıq 
əleyhinə cinayətlər törətmiş şəxslərin tarixdə ilk dəfə olaraq 
beynəlxalq məhkəmə orqanı tərəfindən mühakimə olunması 
və cəzalan dı rılması həm beynəlxalq hüququn inkişafına tə-
kan verdi, həm də fərdi beynəlxalq hüququn sub yekti səviy-
yəsinə qaldırdı. Bununla yanaşı o da qeyd  olunmalıdır ki, 
Nürnberq prosesi zamanı insanlıq əleyhinə cinayətlərlə di-
gər oxşar beynəlxalq cinayətlər arasında fərqli cəhətlər ayırd 
edilməmişdi. Belə ki, Tribunalın apardığı prosesləri özündə 
əks  etdirən  sənədlərdə  insanlıq  əleyhinə  cinayətlərə  oxşar 
olan digər beynəlxalq cinayətlər də (genosid, müharibə ci-
nayətləri)  insanlıq  əleyhinə  cinayətlər  kimi  göstərilmişdi
2

Halbuki, II Dünya müharibəsində baş vermiş bu cinayətlər 
daha çox müharibə cinayətlərinə uyğundur. Ona görə ki, bu-
1
Report of the International Commission of Inquiry on Darfur to the United 
Nations Secretary-General, Pursuant to Security Council Resolution 1564 
of 18 September 2004, Geneva, 25 January 2005
2
Нюрнбергский  процесс  над  главными  немецкими  военными  прес туп-
никами сборник материалов М., “Юридическая литература”, 1961, Т. V;
Нюренбергский процесс: Сборник материалов. В 8-и томах. Том I, М.:
Юри дическая  литература,  1987


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
37
rada söhbət Beynəlxalq huma nitar hüquq (BHH) normaları-
nın pozulmasından gedir, eyni zamanda baş vermiş cinayət 
əməlləri münaqişə tərəfi olan düşmən tərəfindən törədildiyi 
üçün bu, mü haribə cinayəti hesab olunmalıdır (məsələn, hər-
biçilər tərəfindən mülki əhalinin zorakılığa məruz qalması, 
onlara işgəncələrin verilməsi, hərbi əsirlərin öldü rül məsi). 
Daha sonra Nürnberq prosesində müəyyən olunmuşdu 
ki, 6 milyona yaxın yəhudi soyqırıma məruz qalaraq kütləvi 
şəkildə öldürülmüşdür. Burada cinayətin xüsusilə bir etnik 
qrup kimi yəhudilərə qarşı yönəldiyi və yəhudiləri tamamilə 
və ya qismən məhv etmək niyyətilə törədildiyi üçün bu, in-
sanlıq əleyhinə cinayətlər kimi deyil, genosid cinayəti kimi 
tövsif  olunmalıdır.  Yəni  yəhudilərin  bu  cür  qırğına  məruz 
qalması hər hansı planın və ya niyyətin olmasını təsdiq edir, 
təbii ki, bu, hansısa təsadüflə və ya sadəcə silahlı münaqişə-
nin baş verməsi ilə izah oluna bilməz. Bu əməllər, Nürnberq 
prosesi zamanı insanlıq əleyhinə cinayət kimi göstərilmişdir, 
səbəb isə həmin dövrdə genosid cinayətinin tərkib element-
lərinin müəyyən olunmaması idi. Genosid cinayətinin tərkibi 
“Genosid cinayətinin qarşısının alınması və onun cəzalandı-
rılması haqqında”1948-ci ildə qəbul olunmuş Konvensiya ilə 
müəyyən olundu ki, bu da sonradan yəhudilərə qarşı baş ver-
miş əməlin genosid kimi xarakterizə olunmasına kömək etdi. 
Qeyd etmək lazımdır ki, Nürnberq prosesi insan hüquq-
larının beynəlxalq səviyyədə inkişafına mühüm töhfə hesab 
edilir. Tribunal nizamnaməsində insanlıq əleyhinə cinayətlə-
rin tərifinin verilməsi və nizamnaməyə müva fiq olaraq belə 
cinayətlərin törədilməsinə əksər müttəhimlərin və cinayətin 
törədilməsinə şərait yaradanların məsuliyyətə cəlb olunması 
beynəlxalq hüququn inkişafı üçün çox əhəmiyyətli idi. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
38
Tribunalın yanaşmasına görə, insanlıq əleyhinə cinayət-
lər  törədən  şəxslərin  xeyrinə  yalnız  iki  halda  bəraətverici 
əsaslar ola bilər: ya bu şəxs törətdiyi əməlin qeyri-qanuni-
liyini dərk etmə mişdi, ya da onun özünü və ya ailəsini öl-
dürməklə hədə lə mişdilər. Ona görə də onun bu işə razılaş-
maqdan başqa əlacı qalmamış və bu əməli törətməyə məcbur 
olmuşdu. 
Nürnberqdə  mühakimə  olunan  nasist  liderlər  əmr  və 
göstərişləri  verən  yüksək  vəzifəlilər  idi. 
Nürnberq prosesinin böyük nailiyyəti dördüncü maddə 
idi. Burada insanlıq əleyhinə cinayət barbarlıq miqyasında 
törədilmiş cinayət kimi göstərilirdi. Bunun görünməmiş ci-
nayət olduğunu hətta bu əməllərin müəllifləri də konsentra-
siya  düşərgələrinə  aid  olan  kadrları  görərkən  dərk  etdilər: 
“nəslini kəsmə, kölə etmə, deportasiya və digər qeyri-insani 
əməllər... heç bir cinayətlə bağlı olmayan siyasi, irqi və ya dini 
mənsubiyyətə görə təqiblər” Nizam na mə dəki bu sözlərlə o 
dəhşətləri ifadə etmək mümkün deyil. Bu cinayətlər düşmən 
əsgərlərə qarşı yox, mülki alman əhalisinə-psev do-insanlar 
hesab edilən yəhudilərə, qaraçılara, homo seksuallara, fiziki 
imkanları  məhdud  olanlara  qarşı  yönəlmişdi.  Başqa  sözlə, 
bu  cinayətlərin  törədilməsinin  səbəbi  müharibədən  do-
ğan kəskin zərurət deyil, nasist liderlərin qatı və radikal 
irqçiliyi idi və bu da sülh və təhlükəsizlik üçün olduqca 
qorxulu idi. 
Beynəlxalq hüquqda ayrı-ayrı şəxslərin beynəlxalq ci-
nayətlərə görə məsuliyyət məsələləri bir dövlət üçün deyil, 
ümumilikdə bütün dövlətlər üçün maraqlı və əhəmiyyətlidir: 
bunlara dünyanın sadəcə hər hansı bir ərazisində müəyyən 
bir zamanda baş verən cinayətlər kimi baxmaq olmaz, çün-
ki onlar hər kəs üçün təhlükəli idi. Məhz belə həlledici sə-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə