Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə57/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
182
muş rezervasiya və gettolar yaratmaqla əhalini irqi 
prinsipə görə ayırmağa yönəldilmiş hər cür, o cüm-
lədən  qanunvericilik  xarakterli  tədbirlər,  müxtəlif 
irqi  qrup  üzvləri  arasında  qarışıq  nigahlar  bağlan-
masının  qadağan  olunması,  irqi  qrupa,  qruplara, 
yaxud onların ailə üzvlərinə məxsus torpaq mülkiy-
yətinin  ekspropriasiyası;
 irqi qrup, yaxud qrupların üzvlərinin əməyinin istis-
mar edilməsi, məsələn, onların məcburi əməyindən 
istifadə;
•  təşkilat  və  şəxslərin  aparteidə  qarşı  çıxdıqlarına 
görə əsas hüquq və azadlıqlardan məhrum edilmək-
lə  təqib  olunması
Sadalanan  əməllər  eynilə  “Aparteid  cinayətinin  qar-
şısının  alınması  və  cəzalan dırılması  haqqında”  1973-cü  il 
Konvensiya sında öz əksini tapmışdır. Demək olar ki, apar-
teid cinayətinin “statusu” da məhz bu Konvensiya ilə müəy-
yən olunur. Aparteid BCM-nin Statutunda insanlıq əleyhinə 
cinayət kimi göstərilmişdir. Statuta görə aparteid cinayəti bir 
irqi qrupun digər irqi qrup, yaxud qruplar üzərində ağalığı 
və sistematik zülm rejiminin institutlaşdırılması kontekstin-
də və bu cür rejimi saxlamaq məqsədilə törədilmiş, öz xarak-
terinə görə qeyri-insani hərəkətləri ifadə edir (maddə 7, h) 
bəndi). Tərifdən göründüyü kimi, aparteid insanlığa sığma-
yan elə bir əməldir ki, öz xarakterinə görə rejimin saxlanıl-
ması məqsədilə özündə sistematik zülmü ehtiva etməklə bir 
irqi qrupun digər irqi qrup və ya qruplar üzərində ağalığını 
əks etdirir. 
Müasir  dövrdə  aparteidin  qəbul  olunması  rasizmin  və 
irqi ayrı-seçkiliyin təbliğ olunması sahəsində mövcud olan 
qeyri-insani  əməldir. 
BMT-nin aparteidlə bağlı apardığı araşdırmalardan belə 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
183
məlum olmuşdur ki, aparteid siyasətinə görə məsuliyyət da-
şıyan şəxslərin qeyri-insani əməlləri ölkə vətəndaşlarının eti-
razına və bəzən də vətəndaş müharibəsinə səbəb olur ki, bu 
da beynəlxalq sülhün və təhlükəsizliyin pozulmasına şərait 
yaradır. Aparteid psixoloji təcavüzkar müharibədir ki, onun 
baş verməsi nəticəsində cəmiyyətin bütün mənəvi və əxlaqi 
dəyərləri məhv edilir. Təbii ki, insanların bu səviyyəyə qədər 
alçaldılması birbaşa silahlı qüvvələrlə aparılan açıq mühari-
bədən də təhlükəlidir ki, bunun nəticəsində insanlar geniş-
miqyaslı formada məhv olma təhlükəsi ilə üzləşir və bu da 
tək bir ölkə daxilində deyil, hətta başqa ölkələri də əhatə edə 
bilər. BMT-nin fəaliyyətinin ilk vaxtlarından irqi ayrı-seçki-
lik və onun təhlükəli forması hesab olunan aparteidlə məşğul 
olmağa başlamışdı. BMT-nin Baş Məclisi özünün çoxsaylı 
qətnamələrində bəyan etmişdir ki, aparteid siyasəti və təc-
rübəsi BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə tam 
ziddir və bu beynəlxalq cinayət məsuliyyəti yaradır. 
Aparteid insanlıq əleyhinə cinayət kimi aşağıdakı tərkib 
elementlərinə malikdir
1
:
•  cinayətkar bir və ya bir neçə şəxsə qarşı aparteid ci-
nayətinin tərkibini yaradan əməl törədir;
•  bu əməl BCM Statutunun 7-ci maddəsinin 1-ci bən-
dində göstərilən əməllə eynilik təşkil edir, yaxud öz 
xarakterinə və təhlükəlilik dərəcəsinə görə bu aktla-
rın hər birinə oxşardır;
•  bu cinayəti həyata keçirən şəxs törətdiyi əməlin han-
sı şəraitdə baş verdiyini dərk etməli və bilməlidir;
•  bir qrupun digər irqi qrup üzərində ağalıq etmək və 
sistematik zülm etmək rejimi dövlət planı və ya si-
1
Bassиounи M. Cherиf. Crиmes agaиnst Humanиty – Dordrecht/Boston/ Lon-
don: Martиnus Nиjhoff Publиshers, 1992


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
184
yasəti nəticəsində törədilməlidir;
•   cinayətkar bu əməli törətməklə rejimi qoruyub sax-
lamaq məqsədində olur;
•  əməl mülki əhaliyə qarşı genişmiqyaslı və sistema-
tik hücumun tərkib hissəsi kimi törədilməlidir;
 cinayətkar bilir ki, törətdiyi əməl genişmiqyaslı və 
sistematik  hücumun  tərkib  hissəsidir  və  eyni  za-
manda o, bu əməli törətməyi arzu edir. 
Aparteid cinayətinin qarşısının alınması və cəzalandırıl-
ması haqqında 1973-cü il Konvensiyanın 3-cü maddəsinin 
b) bən dində göstərilir ki, aparteid cinayətinin törə dilməsində 
bilavasitə iştirak edən, onu təşviq edən, yaxud onun törədil-
məsində əməkdaşlıq edən şəxslər, təşkilat və təsisat üzvləri, 
səbəbindən  asılı  olmayaraq,  bey nəlxalq  cinayət  məsuliy-
yətinə  cəlb  edil mə lidirlər.  Konvensi yanın  iştirakçısı  olan 
döv lətlər ilk növbədə, aparteid cinayətinin qarşısını almalı, 
eləcə də bu cinayətin və ona oxşar seqreqasiya siyasətinin, 
yaxud onun təzahürlərinin hər cür təşviq edil mə sinin qarşısı-
nı almaq və cinayətdə günahkar olan ları cəzalandırmaq üçün 
zəruri qa nun vericilik aktları və digər aktlar qəbul etməlidir-
lər. Bundan əlavə, hər bir dövlət, y xarıda sadalanan cinayət 
əməllərinin qarşısının alınmasında əməli işlər görməli və bu 
cinayətləri törədən şəxslərin axtarışını, həbsini və məhkəmə 
qaydasında təqibini tə min etməlidir. 
“Aparteid  cinayətinin  qarşısının  alınması  və  cəzalan-
dırılması haqqında” 1973-cü il Konven siyası nın iştirakçısı 
olan  dövlətlər  bəyan  edirlər  ki,  aparteid  insanlıq  əleyhinə 
cina yət dir və aparteid siyasəti və praktikasının və ona oxşar 
irqi seqreqasiya və ayrı-seçkilik siyasəti və praktikasının nə-
ticəsi olan insanlıqdan kənar hərəkətlər beynəlxalq hü ququn 
prinsiplərini, o cümlədən BMT Nizamnaməsinin məq səd və 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə