Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin


 Ekoloji risk və onun əsas göstəriciləri



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə20/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   188
ekoloji tehlukesizlik

 
1.4. Ekoloji risk və onun əsas göstəriciləri
 
İnsan hər gün düşünülmüş və düşünülməmiş formada kiçik 
və  böyük  həcmli  risklərlə  üzləşirlər.  Həyatda  insan  üçün  risk 
anadan olduğu gündən ömrünün sonuna qədər mövcuddur. 


             
     Ekoloji təhlükəsizlik 
 
16 
 
Riskin əsasında isbata ehtiyacı olmayan potensial fəaliyyət 
mövcuddur. İnsan həyatının təcrübəsi bizə imkan verir təsdiq edək 
ki, onun fəaliyyəti potensial təhlükədir.  
Risk  haqqında  nəzəriyyə  XX  əsrin  sonunda  geniş  şəkildə 
inkişaf  etməyə  və  tətbiq  olunmağa  başlamışdır.  Bu  nəzəriyənin 
inkişafında  riyaziyyat,  statistika,  huquqi  və  iqtisadi  elmlər  və 
sonralar  dəqiq  elmlər  sayılan  ehtimal  nəzəriyyəsi,  oyunlar 
nəzəriyyəsi,  fəlakət  kimi  fənnlərin  rolu  olmuşdur.  Son  on  illərin 
göstərdiyi  faciəli  halların  artımı,  istehsalatda  tətbiq  olunan  yeni 
texnologiyaların  tətbiqində  insanların  buraxdığı  səhvlərlə  təsdiq 
olunur. 
Risk – bu uğursuzluğun gözlənilə bilən ölçüsü, fəaliyyətdə 
məğlubiyyət,  insan  sağlamlığında  arzu  olunmayan  fəsadların 
başvermə  təhlükəsidir  və  nəticə  etibarilə  maddi  ziyan  verə  bilər. 
Risk  üçün  xarakterik  hallar:  gözlənilməməzlik,  qəflətən  təhlükəli 
vəziyyətin  baş  verməsidir  ki,  bu  da  tez  və  qəti  tədbirlərin 
görülməsi ilə aradan qaldırılır. 
Bizi  maraqlandıran  insan  və  ətraf  mühitin  təhlükəsizliyi 
problemidir.  Ümumi  qəbul  edilmiş  qaydaya  əsasən  kəmiyyət 
baxımından insan həyatında baş verən təhlükələri müəyyən etmək 
üçün bölgü şkalasından istifadə edirlər. 
Bölgü  şkalası  ilə  çox  komponentli  vektorlarla  yarana 
biləcək  təhlükəni,  təhlükənin  səviyyəsini  və  yaranma  ehtimalını 
təyin  etmək  mümkündür.  Qeyd  etmək  lazımdır  ki,  vektorlar 
fəzada vaxta görə qeyri – bərabər bölünürlər. 
İtgi  məhfumu  dedikdə,  faktiki  və  mümkün  ola  bilən 
iqtisadi  uğursuzluq,  eyni  zamanda  ətraf  mühitin  korlanması  ilə 
insan səhhətinin pisləşməsi başa düşülür. 
Məqbul  riski  dedikdə  insanın  təbiətlə  qarşılıqlı  əlaqəsi 
zamanı  ekologiyaya  antropogen  təzyiq  başa  düşülür.  Son 
zamanlar  bu  hal  dəfələrlə  güclənib  və  elmi  –  texniki  tərəqqinin 
inkişafı  ilə  bağlı  yeni keyfiyyətli  formalar alıb ki,  insanın ekoloji 
təhlükəsizliyi  problemini  indiki  zamanda  qlobal  problemlərdən 
birinə  çevirib.  Təbii  fəlakətləri,  biosferin  dağılmasını  və 
çirklənməsini  şərtləndirən  qəzalar  nəticəsində  əmələ  gələn 


                                                   

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə