təbiət
;
insan (etnosfer)
; insan fəaliyətinin məhsulu
kimi
texnosfer
və
sosialsfer
;
informasiya sferi
– ümumi
informasiya fəzasıdır.
Bütün
bu
sistemlər
təhlükəsizliyin
obyektləri
və
subyektləridir, onlar qarşılıqlı əlaqədədir, bu həm müsbət, həm də
mənfi
ola
bilər.
Saxlanılması
bütün
digər
sistemlərin
təhlükəsizliyinə əsaslanan təhlükəsizliyin qlobal obyekti yerdəki
hər bir insan üçün biosferdir. Onun fəaliyyət göstərməsi və
saxlanılması Yerdəki bütün həyat formalarının varlığını, o
cümlədən insanın həyatını təmin edir. Buna baxmayaraq, insan
Ekoloji təhlükəsizlik
24
cəmiyyəti təhlükəsizliyin əsas obyekt və subyekti kimi insanı elan
edir.
İnsan isə ən qiymətli və ən zəif, lakin eyni zamanda həm özü,
həm də bütün ətraf üçün ən təhlükəli varlıqdır.
Təhlükəsizlik ayrı - ayrı şəxslərin, cəmiyyətin və təbii
mühitin həddən artıq təhlükələrdən mühafizəsinin vəziyyətidir.
Təhlükəsizlik, insanın fizioloji, sosial və mənəvi tələbatları ilə
yanaşı vacib təlabatdır. Təhlükəsizliyin əsas kriteriyası təhlükə
hissiyatı və ya indi və gələcəkdə zərər yetirə bilən sosial təbii
hadisələri müəyyən etmək qabiliyyətidir.
Ekoloji təhlükəsizliyin bəzi tərkib hissələrinin məzmunu
ilə tanış olaq:
Ekoloji təhlükəsizlik sistemi - biosfer ilə antropogen,
həmçinin təbii xarici qüvvələr arasında tarazlığın qorunub
saxlanılmasına yönəlmiş qanunvericilik, texniki, tibbi və bioloji
tədbirlərin toplusudur.
Ekoloji təhlükəsizliyin subyektləri – insan, cəmiyyət,
dövlət, biosfer.
Ekoloji
təhlükəsizliyin
obyektləri
–
təhlükəsizlik
subyektlərinin həyatı vacib maraqları: insan hüquqları, maddi və
mənəvi təlabat, dövlət və cəmiyyətin inkişafının əsası kimi təbii
ehtiyatlar və təbii mühit.
Sağlamlıq – sadəcə xəstəliklərin olmaması deyil, fiziki,
psixi və sosial rifahın tam olaması vəziyyətidir.
İnsan sağlamlığını və ətraf mühitin vəziyyətini xarakterizə
edən göstəricilərin təhlükəsizliyin ölçü vahidi kimi istifadə
edilməsi təklif olunur. İlk növbədə sağlamlığın əsas göstəricisi
orta ömür davamiyyətidir. Müxtəlif ölkələrdə ömrün uzunluğu
təkcə səhiyyənin inkişaf səviyyəsindən deyil, həm də cəmiyyətin
sosial – iqtisadi inkişaf səviyyəsindən və təbii mühitin
vəziyyətindən asılıdır.
Təhlükəsizliyin məqsədi təkcə əhalinin sağlamlığının
mühafizəsi deyil, həm də
ətraf mühitin qorunması olduğundan, onun vəziyyətini və
keyfiyyətini kəmiyyətcə qiymətləndirən göstəriciləri də müəyyən
etmək vacibdir. Belə göstəricilərə ekosistemin vəziyyətinin onun
sabitlik sərhəddinə yaxınlıq dərəcəsi aid edilir.
|