Ekoloji təhlükəsizlik
68
Anaerob təmizləmə prosesləri 30-55C temperaturda xüsusi
metantenklərdə aparılır, ayrılan metan (CH
4
) metantenkin
qızdırılması üçün istifadə edilə bilər.
Məsələn, ABŞ-da heyvandarlıq kompleksinin axar sularının
anaerob təmizlənməsində (500 baş donuz), anaerob təmizlənmə
aparıldıqdan sonra metanın yandırılması hesabına kompleks
özünü nəinki elektrik enerjisi ilə təmin edə bilir, hətta yay
mövsümündə onu sata da bilər. Anaerob təmizlənmədən sonra
axar sular xüsusi birhüceyrəli xlorella növlü yosunların
yetişdirilməsində istifadə edilə bilər ki, bunu da sonradan
heyvanlar üçün yem kimi istifadə etmək olar. Dövran qapanmış
olur.
Tullantıların məhv edilməsinin elə üsullarını axtarmaq
lazımdır ki, onlar faydalı məhsulların alınmasına imkan yaratsın,
məsələn, çörək-bulka məmulatlarının və ya etil spirtinin emalı
üçün, mayaların alınmasını, həmçinin taxta qırıntılarının emalı
zamanı yaranan tullantıların faydalı məhsula çevrilməsini təmin
etsin.
4. Suyun zərərsizləşdirilməsi.
Suyu içmək və digər ehtiyaclar üçün hazırlanmasının
sonuncu mərhələsi onun zərərsizləşdirilməsidir, yəni xəstəlik
yaradan mikroorqanizmlərdən təmizlənməsidir. Yaxşı məlumdur
ki, su vasitəsilə dəhşətli xəstəliklərdən olan vəba, qarın yatalağı,
infeksiyalı hepatit və s. yayıla bilər. Bir çox illərdir ki, suyun
zərərsizləşdirilməsini
onun
xlorla
emal
edilməsi
ilə
təmizləyirdilər. Lakin, məlum olmuşdur ki, polixlor bifenilləri
zərərlidirlər, onları əsasən yağlarda tapırdılar. Onlar oksidləşərək
mütləq zəhərləri – dioksinləri yaradırlar. Donuzlar üçün öldürücü
doza orqanizmdə onların çəkisinin 10 mkq/kq-dır. Donuzlar sınaq
obyektləridir, lakin bu dozanı tədricən də yığmaq olar. Alimlər
belə nəticəyə gəldilər ki, xlorlama zərərli ola bilər. 80-ci illərdə
bir çox ölkələrdə ftorlamağa keçdilər, lakin məlum oldu ki, o da
zərərlidir. Buna görə də Rusiyada və bütün dünyada suyun
ozonlaşdırılmasına üstünlük verirlər.
Bioloji təmizləmə axar suların duzlaşmasının qarşısını ala
bilmir. Məlumdur ki, içməli keyfiyyətli suda 1000 mq/l-dən artıq
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
69
duz olmamalıdır, onlardan: xloridlər – 350 mq/l, sulfatlar – 500
mq/l. Texniki məqsədlər üçün şirin suyu axar və təbii sulardan
duzların çıxarılması metodu ilə alırlar.
5. Suyun təmizlənməsinin xüsusi metodları.
Təbii və axar sulardan duzların çıxarılmasının bir çox xüsusi
metodları mövcuddur.
a) Distillə edilmə (buxarlandırma) – yaxşı mənimsənilmiş
və geniş tətbiq edilən metoddur. Buxarlandırma qurğularının gücü
sutkada 15-30 min m
3
təşkil edir. Ən iri buxarlandırma qurğusu
atom enerjisi müəssisələrində yerləşdirilir. Burada dəniz suyu
təmizlənməlidir, məsələn, Şevçenko şəhərində (sürətli neytron
reaktoru). Bu üsulun əsas çatışmaz cəhəti böyük enerji sərfidir –
0,02 Qkal/ton. Geotəmizləyici qurğuların gücü böyük deyil (< 20
m
3
/san), təmizləmənin qiyməti isə çox böyükdür.
b) Dondurma. Duzlu suyun tədricən dondurulmasında ilk
növbədə praktiki olaraq, duzsuz buz kristalları ayırırlar. Distillə
edilmə ilə müqayisədə dondurma enerji, texnoloji, konstruktiv
cəhətdən üstünlüklərə malikdir.
c) Membran metodu. Bu elektrodializ və hipepfiltirasiya və
ya
əks
osmosdur.
Elektrodializ
məhlulların
demenirallaşdırmasının
və
konsentirləşdirməsinin
müasir
metodudur. Sabit cərəyan sahəsində təbii və ya sintetik
materialdan hazırlanmış ionselektiv membrandan dissosiasiya
edilmiş duzların ionlarının istiqamətlənmiş ötürülməsinə əsaslanır.
Elektrodializin sxemi şəkil 2.6-da təsvir olunmuşdur. Xaricdə bu
metod dəniz suyunun duzsuzlaşdırılması üçün geniş tətbiq edilir.
Məsələn, Liviyadakı qurğu 20 min m
3
/san, ABŞ-da 400 min
m
3
/san-dır.
Əks osmos metodu – su məhlullarının yarıburaxan
membrandan osmotik təzyiqdən yüksək təzyiqlərdə (6-8
MPA-a qədər) filtrləşdirilməsidir.
Proses kiçik enerji sərfi ilə xarakterizə olunur. Rusiyada
alçaq güclü qurğular işləyir, lakin böyük güclərlə hesablanmış
işləmələr və layihələr mövcuddur. Bu metodların əsas çətinliyi –
yarıburaxan membranların və təzyiqlərin yaradılmasındadır.
Ekoloji təhlükəsizlik
70
Şəkil 2.6. Elektrodializ sxemi.
ç) İon mübadiləsi. Metod bütün dünyada geniş tətbiq olunur.
Hazırki vaxta qədər bu metod həddən artıq yüksək və kritik
təzyiqli qazanlara malik olan AES və İES-lər üçün
duzsuzlaşdırılmış suyun alınmasında istifadə edilir. Bundan başqa
ion mübadilə metodu qiymətli komponentlərin (məsələn, ağır
metalların) axar sulardan konsentirləşdirilməsi və çıxarılması
müəssisələrində su dövranlarında da istifadə edilir.
İon mübadiləsinin ümumi qəbul edilmiş əsas texnoloji
çatışmazlığı – ion mübadilə filtrlərinin regenerasiyasından sonra
duz məhlullarının artıqlığıdır. Öz ehtiyacları üçün suyun sərfi (20-
60% məhsuldarlıqdan) çox böyükdür. İonitlərlə zəhərlənmədən
qorunmaq üçün üzvi maddələrin çıxarılması tələb olunur. Buna
görə də ion mübadiləsini böyük ehtimalla axar suların
duzsuzlaşdırılması metodu adlandırmaq olar, bu daha çox yüksək
dərəcəli təmizliyə malik suyun alınmasının texnoloji üsuludur.
Bu metod praktikada suyun yumşaldılmasında, yəni onun
duzların daimi bərkliyindən azad olunmasında istifadə edilir.
6. Qalıq üzvi maddələrin çıxarılması.
Biokimyəvi
təmizlənmədən
sonra
mikroorqanizmlər
tərəfindən pis mənimsənilən üzvi maddələr qalır. Onların
( Na
2
SO
4
+ NaCl )
Duzsuzlaşdırılmış su
İlkin məhlul
K
A
T
O
D
(
-)
K
A
T
İO
N
İT
A
N
İO
N
İT
A
N
O
D
(
+
)
Dostları ilə paylaş: |