Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
68 
Anaerob təmizləmə prosesləri 30-55C temperaturda xüsusi 
metantenklərdə  aparılır,  ayrılan  metan  (CH
4
)  metantenkin 
qızdırılması üçün istifadə edilə bilər. 
Məsələn, ABŞ-da heyvandarlıq kompleksinin axar sularının 
anaerob  təmizlənməsində  (500  baş  donuz),  anaerob  təmizlənmə 
aparıldıqdan  sonra  metanın  yandırılması  hesabına  kompleks 
özünü  nəinki  elektrik  enerjisi  ilə  təmin  edə  bilir,  hətta  yay 
mövsümündə  onu  sata  da  bilər.  Anaerob  təmizlənmədən  sonra 
axar  sular  xüsusi  birhüceyrəli  xlorella  növlü  yosunların 
yetişdirilməsində  istifadə  edilə  bilər  ki,  bunu  da  sonradan 
heyvanlar  üçün  yem  kimi  istifadə  etmək  olar.  Dövran  qapanmış 
olur. 
Tullantıların  məhv  edilməsinin  elə  üsullarını  axtarmaq 
lazımdır  ki,  onlar  faydalı  məhsulların  alınmasına  imkan  yaratsın, 
məsələn,  çörək-bulka  məmulatlarının  və  ya  etil  spirtinin  emalı 
üçün,  mayaların  alınmasını,  həmçinin  taxta  qırıntılarının  emalı 
zamanı  yaranan  tullantıların  faydalı  məhsula  çevrilməsini  təmin 
etsin. 
4. Suyun zərərsizləşdirilməsi. 
Suyu  içmək  və  digər  ehtiyaclar  üçün  hazırlanmasının 
sonuncu  mərhələsi  onun  zərərsizləşdirilməsidir,  yəni  xəstəlik 
yaradan  mikroorqanizmlərdən  təmizlənməsidir.  Yaxşı  məlumdur 
ki,  su  vasitəsilə  dəhşətli  xəstəliklərdən  olan  vəba,  qarın  yatalağı, 
infeksiyalı  hepatit  və  s.    yayıla  bilər.  Bir  çox  illərdir  ki,  suyun 
zərərsizləşdirilməsini 
onun 
xlorla 
emal 
edilməsi 
ilə 
təmizləyirdilər.  Lakin,  məlum  olmuşdur  ki,  polixlor  bifenilləri 
zərərlidirlər,  onları  əsasən  yağlarda  tapırdılar.  Onlar  oksidləşərək 
mütləq zəhərləri  – dioksinləri  yaradırlar. Donuzlar üçün öldürücü 
doza orqanizmdə onların çəkisinin 10 mkq/kq-dır. Donuzlar sınaq 
obyektləridir,  lakin    bu  dozanı  tədricən  də  yığmaq  olar.  Alimlər 
belə nəticəyə    gəldilər ki, xlorlama zərərli ola bilər. 80-ci illərdə 
bir  çox  ölkələrdə  ftorlamağa  keçdilər,  lakin  məlum  oldu  ki,  o  da 
zərərlidir.  Buna  görə  də  Rusiyada  və  bütün  dünyada  suyun 
ozonlaşdırılmasına üstünlük verirlər. 
Bioloji  təmizləmə  axar  suların  duzlaşmasının  qarşısını  ala 
bilmir. Məlumdur ki, içməli keyfiyyətli suda  1000 mq/l-dən artıq 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
69 
duz olmamalıdır, onlardan: xloridlər – 350 mq/l,    sulfatlar – 500 
mq/l.  Texniki  məqsədlər  üçün  şirin  suyu  axar  və  təbii  sulardan 
duzların çıxarılması metodu ilə alırlar. 
5. Suyun təmizlənməsinin xüsusi metodları. 
Təbii və axar sulardan duzların çıxarılmasının bir çox xüsusi 
metodları mövcuddur. 
a) Distillə  edilmə  (buxarlandırma)  –  yaxşı  mənimsənilmiş 
və geniş tətbiq edilən metoddur. Buxarlandırma qurğularının gücü 
sutkada  15-30  min  m
3
  təşkil  edir.  Ən  iri  buxarlandırma  qurğusu 
atom  enerjisi  müəssisələrində  yerləşdirilir.  Burada  dəniz  suyu 
təmizlənməlidir,  məsələn,  Şevçenko  şəhərində  (sürətli  neytron 
reaktoru).  Bu  üsulun  əsas  çatışmaz  cəhəti  böyük  enerji  sərfidir  – 
0,02 Qkal/ton. Geotəmizləyici qurğuların gücü  böyük deyil (< 20 
m
3
/san), təmizləmənin qiyməti isə çox böyükdür. 
b) Dondurma.  Duzlu  suyun  tədricən  dondurulmasında  ilk 
növbədə  praktiki  olaraq,  duzsuz  buz  kristalları  ayırırlar.  Distillə 
edilmə  ilə  müqayisədə  dondurma  enerji,  texnoloji,  konstruktiv 
cəhətdən üstünlüklərə malikdir. 
c) Membran  metodu. Bu elektrodializ və  hipepfiltirasiya  və 
ya 
əks 
osmosdur. 
Elektrodializ 
məhlulların 
demenirallaşdırmasının 
və 
konsentirləşdirməsinin 
müasir 
metodudur.  Sabit  cərəyan  sahəsində  təbii  və  ya  sintetik 
materialdan  hazırlanmış  ionselektiv  membrandan  dissosiasiya 
edilmiş duzların ionlarının istiqamətlənmiş ötürülməsinə əsaslanır. 
Elektrodializin  sxemi  şəkil  2.6-da  təsvir  olunmuşdur.  Xaricdə  bu 
metod  dəniz  suyunun  duzsuzlaşdırılması  üçün  geniş  tətbiq  edilir. 
Məsələn,  Liviyadakı  qurğu  20  min  m
3
/san,          ABŞ-da  400  min 
m
3
/san-dır. 
Əks  osmos  metodu  –  su  məhlullarının  yarıburaxan 
membrandan osmotik təzyiqdən yüksək təzyiqlərdə                (6-8 
MPA-a qədər) filtrləşdirilməsidir. 
Proses  kiçik  enerji  sərfi  ilə  xarakterizə  olunur.  Rusiyada 
alçaq  güclü  qurğular  işləyir,  lakin  böyük  güclərlə        hesablanmış 
işləmələr  və  layihələr  mövcuddur.  Bu  metodların  əsas  çətinliyi  – 
yarıburaxan membranların və təzyiqlərin yaradılmasındadır. 


             
     Ekoloji təhlükəsizlik 
 
70 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.6. Elektrodializ sxemi. 
 
ç) İon mübadiləsi. Metod bütün dünyada geniş tətbiq olunur. 
Hazırki  vaxta  qədər    bu  metod  həddən  artıq  yüksək  və  kritik 
təzyiqli  qazanlara  malik  olan  AES  və  İES-lər    üçün 
duzsuzlaşdırılmış suyun alınmasında istifadə edilir. Bundan başqa 
ion  mübadilə  metodu  qiymətli  komponentlərin  (məsələn,  ağır 
metalların)  axar  sulardan  konsentirləşdirilməsi  və  çıxarılması 
müəssisələrində su dövranlarında da istifadə edilir. 
İon  mübadiləsinin  ümumi  qəbul  edilmiş  əsas  texnoloji 
çatışmazlığı  –  ion  mübadilə  filtrlərinin  regenerasiyasından  sonra 
duz məhlullarının artıqlığıdır. Öz ehtiyacları üçün suyun sərfi (20-
60%  məhsuldarlıqdan)  çox  böyükdür.  İonitlərlə  zəhərlənmədən 
qorunmaq  üçün  üzvi  maddələrin  çıxarılması  tələb  olunur.  Buna 
görə  də  ion  mübadiləsini  böyük  ehtimalla  axar  suların 
duzsuzlaşdırılması  metodu adlandırmaq olar, bu daha çox  yüksək 
dərəcəli təmizliyə malik suyun alınmasının texnoloji üsuludur. 
Bu  metod  praktikada  suyun  yumşaldılmasında,  yəni  onun 
duzların daimi bərkliyindən azad olunmasında istifadə edilir. 
6. Qalıq üzvi maddələrin çıxarılması. 
Biokimyəvi 
təmizlənmədən 
sonra 
mikroorqanizmlər 
tərəfindən  pis  mənimsənilən  üzvi  maddələr  qalır.  Onların 
( Na
2
SO
4
 + NaCl ) 
Duzsuzlaşdırılmış su 
İlkin məhlul 
K
A
T
O
D
 (
-)
 
K
A
T
İO
N
İT
 
A
N
İO
N
İT
 
A
N
O
D
 (
+



Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə