Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
59 
həll  olunmuş  oksigenin  olmasıdır.  Əgər  oksigen  çatışmazlığı 
vardırsa,  onda  ali  orqanizmlər  məhv  olur.  Üzvi  birləşmələr 
oksidləşmə  əvəzinə  hidrogen-sulfid,  dəm  qazının,  metanın  və 
hidrogenin  anaerob  ayrılmasına  səbəb  olur,  nəticədə  su  hövzəsi 
təkrar çirklənir. 
Sanitar  normalarına  (SNİP)  əsasən  OBT  təbii  hövzələrin 
növündən  asılı  olaraq  3-6  mq/l  O
2
/l  H
2
O-nu  aşmamalıdır.  Axar 
sularda  OBT  200-dən  3000  mq/l  təşkil  edir,  buna  görə  də  su 
hövzələrinə  sənaye  axarlarını  buraxdıqda,  onlar  ya  təmizlənməli, 
ya da güclü dərəcədə su ilə qarışdırılmalıdır. 
Suyun  və  atmosferin  keyfiyyətinin  əsas  kriteriyası  YVHK-
dir.  Lakin  onlar  bütün  maddələr  üçün  təyin  olunmamışdır. 
YVHK-si  təyin  olunmamış  yeni  maddələrin  su  hövzələrinə 
axıdılması  bir  çox  ölkələrdə  qadağan  edilmişdir.  Bundan  başqa 
çox vaxt axar sular üçün YVHK-dan deyil, hövzələr üçün YVHK-
dan  istifadə  edilir.  Beləliklə,  təyin  edilmiş  YVHK-ya  nail  olmaq 
üçün  axar  suları  əlavə  su  ilə  həll  edilir  ki,  bundan  da  çox  vaxt 
istifadə  olunur.  Yerdə  axar  suların  təqribən  yarısı  su  hövzələrinə 
tökülməzdən  əvvəl  xüsusi  təmizlənmədən  keçirilir.  Onun 
zərərsizləşdirilməsi  yalnız    təmiz  su  ilə  qatışdırılmasından  və  su 
hövzələrinin  özünütəmizləməsindən  ibarətdir.  Məsələn,  polietilen 
və polistrolun istehsalının axar sularını 30 dəfə, sintetik kauçukun 
istehsalının axar sularını isə 185 dəfə təmizləmək lazımdır. 
Rusiyada  hər  il  21  km
3
  axar  sular  əmələ  gəlir,  onlardan  16 
km
3
  Volqa  və  onun  qollarına  axıdılır.  Cu,  Zn,  Cr-nın  tullantıları 
YVHK-ni  aşır.  Bu  səbəbdən  Volqa  və  Ural  hövzələrində  ətraf 
mühitin qorunması üzrə xüsusi qərar qəbul edilmişdir.  
Axar  suların  tullantıları,  həmçinin  müəssisələr  üçün 
axıdılmanın  yol  verilən  həddi  (AYVH)  ilə  də  tənzimlənir.  90-cı 
illərdə  dünyada  2000-3000  km
3
  şirin  su,  yəni  təqribən  dayanıqlı 
çay  axarlarının  30%-i  istifadə  edilmişdir.  Məhv  olmamaq  üçün 
bütün ölkələr suyu təmizləməlidirlər. Bundan  əlavə, istifadə üçün 
yararlı  olan  şirin  su  olduqca  qeyri-bərabər  paylanmışdır. 
Dünyanın  70%  əhalisinin  yaşadığı  Avropa  və  Asiyada  çay 
sularının 
dünya 
ehtiyatları 
olduqca 
azdır. 
Rusiyanın 
hidroehtiyatları zəngindir, lakin 80% çay axarları Şimal və Şərqin 


             
     Ekoloji təhlükəsizlik 
 
60 
az  əhalisi  olan  ərazilərin  payına  düşür.  Rusiyanın  Avropa 
hissəsində  yaşayan  80%  əhalinin  payına  cəmi  20%  su  ehtiyatları 
düşür. 
Beləliklə,  insanın  təsərrüfat  fəaliyyətinin  nəticəsində 
təbiətdəki su dövranı aşağıdakılara gətirib çıxarmışdır: 
 quru ərazinin su hövzələrində suyun miqdarı azalmışdır; 
 su sərfi artmışdır; 
 su hövzələrinin özünütəmizləmə qabiliyyəti tükənmişdir; 
 təbii sular deqradasiyaya uğramışdır. 
Vəziyyətdən  çıxış  –  qapalı  su  dövranı  sistemlərinin 
yaradılmasıdır.  Yuxarıda  göstərilən  amillərdən  əlavə  bu  iqtisadi 
amillərlə də bağlıdır. Əhəmiyyətli dərəcədə su ilə qatışdırılmadan 
sonra belə təmizləmə qurğularının dəyəri olduqca yüksəkdir. Əgər 
1  şərti  vahidi  (ş.v.)  90%  təmizləmə  üçün  qəbul  etsək,  onda  99% 
təmizləmə  isə  –  bu  daha  te-tez  tələb  olunur,  artıq  100  dəfə  baha 
olacaqdır,  yəni  100  ş.v.    təşkil  edəcəkdir.  Nəticədə  axar  suların 
lokal  təmizlənməsi,  bu  axar  növü  üçün  xarakterik  olan 
çirklənmədən  təmizlənməli  və  həmin  istehsalatda  ondan  təkrar 
istifadə  edilməsi  sanitar-gigiyena  orqanlarının  tələblərinə  uyğun 
olan təmizlənmədən əhəmiyyətli dərəcədə ucuz başa gələcəkdir. 
 
Qapalı  su  dövranı  sistemləri  üçün  sudan  istifadə  edilmənin 
dəfəlik kriteriyasından istifadə edilir: 
 
 
 
 
burada  Q
ist
  –  müəssisənin  istifadə  etdiyi  suyun  ümumi  həcmi 
(m
3
/saat,  m
3
/q  xammal  və  ya  məhsul);  Q
göt
  –  istifadə  üçün  təzə 
suyun götürülməsi. 
Sudan təkrar istifadə dəfəliyi nə qədər çoxdursa, bir o qədər 
su  təchizatı  sxemi  mükəmməldir.  1995-ci  ildə  ABŞ-da  dəfəliyin 
orta  qiyməti  7,5-ə  bərabər  idi.  Rusiyada  1995-ci  ildə  sudan 
istifadənin dəfəliyi istehsal sahələri üzrə aşağıdakı kimi olmuşdur: 
Neft-kimya                              – 7,00 
Qara və əlvan metallurgiya    – 5,25 
n= 
Q
ist 
Q
göt
  


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
61 
Yeyinti sənayesi                      – 3,00 
İstilik energetikası                  – 2,25 
Tikinti materialları istehsalı  – 1,60 
Yüngül sənaye                        – 1,30  
Rusiyada  bu  göstəricini  yaxın  illərdə  orta  hesabla 
müəssisələr  üçün  7,0-yə,  ABŞ-da  isə  27-yə  çatdırılması  nəzərdə 
tutulmuşdur. 
İqtisadi  cəhətdən  qapalı  su  təsərrüfatı  sistemlərinin 
yaradılması olduqca  mürəkkəb  məsələdir. Axar suların  mürəkkəb 
kimyəvi  tərkibi,  onların  tərkibindəki  birləşmələrin  müxtəlifliyi 
universal axarsız texnoloji sxemin yaradılmasını mümkünsüz edir. 
Yalnız axarsız sistemlərin yaradılmasının və layihələndirilməsinin 
ümumi prinsiplərindən danışmaq olar. 
Su dövranı sistemlərinin yaradılmasının əsas müddəaları: 
1.  Bütün texnoloji prosesin və əməliyyatlarda istifadə edilən 
suyun  keyfiyyətinə  olan  elmi  cəhətdən  əsaslandırılmış  tələblərin 
işlənilməsi. 
2.  Su  ilə  soyudulma  əvəzinə  hava  soyuducu  sistemlərinin 
maksimal  dərəcədə  tətbiqi.  Burada  əsas  rolu  vahid  güclü  böyük 
aqreqatların  tətbiq  edilməsinin  mümkünlüyü  oynaya  bilər.  Bu 
halda  yüksək  enerjili,  istilik  texnoloji  məqsədlər  üçün,  aşağı 
enerjili  isə – qızdırılma  məqsədləri üçün  istifadə  edilir.       Belə 
ki, 
məsələn, 
neftemalı 
müəssisələrində 
hava 
soyuducu 
qurğularının  tətbiqi  nəticəsində  suyun  sərfi  orta  hesabla  110-160 
m
3
/ildə azalmışdır (Omsk neftayırma zavodu və s.). 
3.  Sənaye 
sahələrində 
istehsalat 
komplekslərinin 
yerləşdirilməsi (ərazi – istehsalat kompleksləri adlandırılan – ƏİK 
adlandırılır)  texnoloji  proses  və  əməliyyatlarda  sudan  çoxdəfəli 
istifadə etmə imkanını yaradacaqdır. 
4.  Texnoloji  əməliyyatlarda  suyun  ardıcıl  olaraq  çoxdəfəli 
istifadəsi  az  həcmli  çirklənmiş  axar  suların  alınmasına  imkan 
yaradacaqdır. 
5.  Qazların 
suda 
həll 
olunan 
birləşmələrdən 
təmizlənməsində  sudan  istifadə  yalnız  qiymətli  komponentlərin 
qazdan  çıxarılması  və  sonradan  tullantılardan  istifadə  edilməsi 
zamanı məqsədə uyğundur. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə