Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

             
     Ekoloji təhlükəsizlik 
 
154 
qarşısını almaq üçün çox böyük əzmkarlıqla çalışırlar. Stansiyada 
yüksək  şüalanmaya  baxmayaraq  200-dən  çox  mütəxəssis  çalışır. 
Əgər  tezliklə    stansiyaya    gedən  elektrik  xətti  bərpa  edilməsə  və 
soyutma sisteminə su vuran nasosların  işi  bərpa edilməsə,  fəlakət 
qaçılmaz ola bilər. Təbii mühitin radioaktiv qazlardan çirklənməsi 
insan sağlamlığı üçün ən böyük təhlükə hesab edilir. 
Bəs  bu  radiaktiv  sızma  bizim  ölkə  üçün  təhlükə  mənbəyi 
hesab  edilə  bilərmi?  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 
apardığı monitorinq nəticələrinə görə görə bu qazların Azərbaycan 
ərazisinə  daxil  olma  ehtimalı  yoxdur,  Azərbaycanda  radiasiya 
təsiri  və  təhlükəsi  gözlənilmir.  Buna  səbəb  külək  yaradan  böyük 
cərəyanların  əks,  yəni  Amerika  qitəsi  istiqamətinə  əsməsidir 
(Şəkil  8.2.).  Fərqli  vəziyyətin  yaranacağı  təqdirdə  belə,  buludlar 
Tayqa  meşələri  və  okeanın  üzərindən  keçərkən  öz  radioaktivlik 
təhlükəsini  itirəcək.  Ölkə  ərazisində  radioaktivlik  təhlükəsizliyini 
təmin etmək məqsədilə müntəzəm olaraq monitorinqlər aparılır və 
məlumatlar  təhlil  olunaraq  alınmış  nəticələr  əsasında  hazırlanmış 
bülletenlər  aidiyyəti  dövlət  icra  orqanlarına  göndərilir.  Mart 
ayının  son  həftəsində  aparılan  müşahidələr  isə  gündəlik  təbii 
radiasiya fonunun  mövsümə uyğun olduğunu göstərir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.2.  Radioaktiv yayılma 
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
155 
Ölkəmiz üçün potensial təhlükə  mənbəyi kimi Ermənistan 
ərazisində  seysmik  zonada  yerləşən  və  texnoloji  baxımdan 
köhnəlmiş  Metsamor  Atom  Elektrik  Stansiyasını  göstərə  bilərik. 
Bununla  yanaşı  ölkəmizdə  radiasiya  təhlükəsizliyi  dedikdə  nüvə 
enerjisinə  malik  qonşu  ölkələrdən  Xəzər  dənizinə  axan  çaylar 
vasitəsilə  axıdılan  radiaktiv  tullantılar  nəzərdə  tutulur.  Digər 
faktorlar  isə  təbii  –  coğrafi  mühitdəki  torpaq  qatlarında  yaranan 
radiasiya  problemləri  və  dağ  –  mədən  sahəsindəki  tullantıların 
yaratdığı  təhlükələrlə  bağlıdır.  Odur  ki,  son  vaxtlar  bu  sahəyə 
diqqət 
daha 
da 
artırılaraq 
ölkəmizdə 
nüvə 
radiasiyası 
təhlükəsizliyinin  təmin  olunması  məqsədilə  əhalinin  daha  sıx 
yaşadığı  və  sənaye  potensialının  70%-i  yerləşən  Abşeron 
ərazisində  bir  sıra  layihələr  həyata  keçirilib.  Görülən  işlər 
nəticəsində  Suraxanı  və  Ramana  ərazisindəki  yod  zavodları 
ətrafında 
kömür 
qalıqlarının 
radiasiya 
təhlükəsi 
aradan 
qaldırılmaqdadır.  Neftçıxarma  müəssisələrində  də  bununla 
əlaqədar ciddi nəaliyyətlər əldə olunub. Bu istiqamətdə Ekologiya 
və  Təbii  Sərvətlər,  Fövqəladə  Hallar  nazirliklərinin  müvafiq 
qurumları  və  Radiasiya  Problemləri  İnstitutu  birgə  fəaliyyət 
göstərir.  Müvafiq  elm  mərkəzlərinin  texniki  bazası  da  yenilənib. 
Bu  məqsədlə  yeni  cihazlar  və  avadanlıqlar  alınıb.  Eyni  zamanda 
Atom  Enerjisi  üzrə  Beynəlxalq  Agentlik,  ABŞ-ın  energetika 
nazirliyinin  təhlükəsizlik  departamenti  və  NATO  ilə  birgə 
layihələrin icrasına başlanıb. 
Azərbaycan 
Milli 
Elmlər 
Akademiyası 
Geologiya 
İnstitutunda  ilk  dəfə  olaraq  1:1000000  miqyaslı  “Azərbaycanın 
təbii  radioaktivlik  Xəritə  -  modeli”  tərtib  olunub.  Burada  ölkə 
ərazisinin  radiaktivik  fonu  üç  kateqoriyaya  bölünüb.  Birinci 
kateqoriyalı  ərazilərdə  radiaktivlik  6  mikrorentgen/saatdan  aşağı, 
ikincidə  6-7  arası,  üçüncüdə  isə  7-dən  yuxarı  müəyyən  edilib 
(Şəkil 8.3).  
Geologiya 
İnstitutunun 
Geoloji 
mühitin 
qamma-
spektrometriyası 
şöbəsinin 
rəhbəri, 
geologiya-minerologiya 
elmləri doktoru, professor Çingiz Əliyevin sözlərinə görə, bu nəşr 
əsasən son 25 ildə ərazilərimizdə təbii radioaktivliyin paylanması 
üzrə aparılmış elmi tədqiqatların nəticəsidir. Lakin burada hətta 60 


             
     Ekoloji təhlükəsizlik 
 
156 
-  cı  illərin  elmi  materiallarından  da  istifadə  olunub.  Ümumrusiya 
Geoloji Elmi - Tədqiqat İnstitutundan xəritə-modelə rəsmi şəkildə 
müsbət  rəy  verilib  və  gələcək  elmi  tədqiqat  işlərində  bu  nəşrin 
böyük  rol  oynaya  biləcəyi  qeyd  edilib.  Xəritə  -  modeldən  aydın 
olur  ki,  Azərbaycanda  insan  həyatı  üçün  zərərli  ola  biləcək 
dərəcədə  təbii  radioaktivlik  yoxdur.  Lakin  Abşeronun  bəzi 
ərazilərində təbii yox, texnogen amillərdən yaranmış radioaktivlik 
var  və  onların  dərəcəsi  ilə  bağlı  mütəmadi  monitorinqlər 
aparılmalıdır.  
Qeyd  edək  ki,  Geologiya  İnstitutu  1:1000000  miqyasında 
“Qafqazın  geoloji  məlumatlar  sistemi  Atlası”nın  tərtibinə  dair 
beynəlxalq  layihədə  iştirak  edir.  Yaxın  vaxtlarda  “Azərbaycanın 
təbii radiaktivlik Xəritə - modeli” həmin layihəyə təqdim ediləcək.  
Bütün  bu  işlərlə  yanaşı  ölkədə  radiasiya  təhlükəsizliyinin 
təmin olunması üçün atılan ən vacib adımlardan biri 1997-ci il 30 
dekabr  tarixli  fərman  ilə  (N423-1Q)  imzalanan  “Əhalinin 
radiasiya  təhlükəsizliyi”  haqqında  qanundur.  Qanun  VI  fəsil,  28 
maddədən ibarətdir. Bu qanun radioaktiv şüa mənbələri sahəsində 
qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və 
sağlamlığın mühafizə edilməsinin hüquqi əsaslarını, eyni zamanda 
radiasiya  təhlükəsizliyinin  təmin  dilməsi  sahəsindəki  hüquqi 
tənzimləməni müəyyən edir.  
Qanunun 1-ci bölməsində radiasiya təhlükəsizliyinin təmin 
olunmasının  əsas  prinsipləri  (normallaşdırma,  əsaslandırma, 
optimallaşdırma)  şərh  edilmiş,  radiasiya  qəzası  zamanı  radiasiya 
təhlükəsizliyinin 
təmin 
olunmasında 
əsas 
şərtlər 
müəyyənləşdirilmişdir.  Bu  bölmədə  radiasiya  təhlükəsizliyinin 
təmin 
edilməsi 
üçün 
təşkilati-hüquqi, 
mühəndis-texniki, 
sanitariya-gigiyena, tibbi-profilaktik, təlimat      
və  təhsil  xarakterli  tədbirlər  kompleksinin  həyata  keçirilməsini 
nəzərdə tutulmuşdur.  
Qanunun 2-ci bölməsində radiasiya təhlükəsizliyinin təmin 
olunması  sahəsində  dövlət  və  özünüidarə  orqanlarının  səlahiyyət 
və vəzifələri müəyyənləşdirilmişdir. 
Qanunun  3-cü  bölməsində  radiasiya  təhlükəsizliyinin 
təmin  edilməsi  sahəsində  dövlət  idarəetməsi  və  nəzarətini  əhatə 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
157 
edir.  Burada  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində 
dövlət  proqramları  və  dövlət  normallaşdırılması,  ionlaşdırıcı  şüa 
mənbələrindən  istifadə  ilə  əlaqədar    fəaliyyətin    həyata  
keçirilməsi  
 
                                                               
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.3.   Azərbaycanın  təbii  radioaktivlik  Xəritə - modeli 
 
və  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  ictimai 
nəzarət 
təsbit 
olunmuşdur. 
3-cü 
bölmənin 
ən 
mühümməsələlərindən  biri  –  radiasiya  təhlükəsizliyinin  təmin 
edilməsi sahəsində ictimai nəzarət hüququnun təsbit edilməsidir. 
Qanunun  IV  fəsli  radiasiya  təhlükəsizliyinin  təmin 
edilməsinə  qoyulan  tələbləri  əhatə  edir.  Burada  əsas  məsələ 
Radiasiya  təhlükəsizliyi  şəraitinin  qiymətləndirilməsi,  qida 
məhsullarının  istehsalı  və  istifadəsi  zamanı,  eyni  zamanda  tibbi 


             
     Ekoloji təhlükəsizlik 
 
158 
rentgen – radioloji proseduralar keçirilən zaman əhalinin radiasiya 
təhlükəsizliyinin təmin edilməsidir. 
Qanunun  V  fəsli  –  “Radiasiya  qəzası  zamanı  radiasiya 
təhlükəsizliyinin  təmin  edilməsi”  adlanır.  Bu  fəsildə  əhalinin  və 
işçilərin  (personalın)  radiasiya  qəzasından  mühafizə  təbirləri 
baxılmışdır.  Qanunun  22-ci  maddəsində  göstərilir  ki,  radiasiya 
təhlükəsizliyinin təmin edilməsində tələbləri yerinə yetirməyən və 
ya  pozan  hüquqi  və  fiziki  şəxslər  Azərbaycan  Respublikası 
qanunvericiliyinə  uyğun  olaraq  inzibati,  mülki-hüquqi  və  cinayət 
məsuliyyətinə cəlb olunurlar. 
Qanunun  VI  fəslində  -  radiasiya  təhlükəsizliyinin  təmin 
edilməsi  sahəsində  əhalinin  və  ictimai  birliklərin  hüquq  və 
vəzifələri  müəyyənləşdirilmişdir.  Bununla  bağlı  24-cü  maddədə 
göstərilir  ki,  Əhali  və  ictimai  birliklər  ionlaşdırıcı  şüa 
mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və 
təşkilatlardan onların  səlahiyyətləri dairəsində radiasiya  şəraiti  və 
radiasiya  təhlükəsizliyinin  təmin  olunması  üçün  görülən  tədbirlər 
haqqında obyektiv məlumat almaq hüququna malikdirlər. 
 
 
 
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
159 
 
YEKUN 
 
Dünyada yaranmış ciddi ekoloji vəziyyətə ildən-ilə daha çox 
insan  diqqət  yetirməyə  başlayır.  Yəqin  ki,  indi  hər  bir  məktəbli 
ozon dəlikləri problemi və iqlimin qlobal istiləşməsi barədə biliyə 
malikdir.  Daha  çox  insan  təbiətə  qulluq  edir,  sərvətlərə  ehtiyacı 
olduğu bir şey kimi və onlara istehlakçı kimi baxmır. 
Əlbəttə 
insanlardan, 
onların 
mentalitetindən 
və 
dünyagörüşündən  çox  şey  asılıdır  –  yeni  nəsil  təbiətə  məhəbbət, 
qayğı və hörmətlə yanaşmalı, ondan səmərəli istifadəni, onun bizə 
verdiyini  öyrənməlidir.  Lakin,  ekoloji  təhlükəsizlik  tədbirlərinin 
təşkilatçısı  dövlət  olmalıdır  –  təbiətə  və  təbii  ehtiyatlara 
münasibətdə,  antropogen  təsirə  məruz  qalmış  zonalara,  həmçinin 
ətraf  mühitə  xeyli  dərəcədə  ziyan  verənlərə  sanksiyaların  tətbiq 
edilmə  tədbirləri 
və  aparılma  qaydaları 
qanunvericiliklə 
təsdiqlənməlidir. 
Başqalarından  və  dövlətdən  asılı  olmayaraq  özümüzü  və 
övladlarımızı  bizim  evimiz  olan  mühitə  qayğı  ilə  yanaşmağı 
öyrətməliyik. 


             
     Ekoloji təhlükəsizlik 
 
160 
İSTİFADƏ  OLUNAN  ƏDƏBİYYAT 
 
1. Mehdiyev  A.Ş.,  Əzizov  B.M.,  Mehdiyev  C.S.  Elektromaqnit 
şüalanmaları və ətraf mühit. Bakı-2009, 155 s. 
2. Mehdiyev 
A.Ş., 
Əhmədov 
Ş.Ə. 
Meteorologiya 
və 
iqlimşünaslığın əsasları. Bakı -2008, 340 s. 
3.  Ağayev  T.D.  Ətraf  mühit  texnikasına  giriş.  Sumqayıt  -  2005, 
133 s. 
4. Əhmədov  Ş.Ə.,Hüseynli  M.A.  Atmosferin  radiasiya  rejimi. 
Bakı – 2005, 160 s. 
5. Əhmədov  Ş.Ə.,  Ağayev  və  b.  Ümumi  ekologiya.  “Müəllim” 
Bakı-2005, 100 s. 
6. Əhmədov  Ş.Ə.,  Muradov  N.M.  Ekologiya.  Atmosferin 
çirklənməsi. Bakı-2008, 84 s. 
7. Əhmədov  Ş.Ə.  Məmmədova  Ş.İ.  Ekoloji  monitorinq.  Bakı-
2012, 120 s. 
7.  Мехтиев  А.Ш.,  Байрамов  А.А.  Экологический  анализ 
объектов окружающей среды. Баку-2005. 294 с. 
8.  Мехтиев  А.Ш.,  Гюль  А.К.  Техногенное  загрязение 
Каспийского моря. Элм. Баку-2006, 180 с. 
9.Агаев  Т.Д.  Воздействие глобального  изменения  климата  на 
жизнедеятельность  городскогого  населения  Апшеронского  
полуострова. 
Безопасность 
жизнедеятельности. 
журн. 
Москва. - 2010 - №6. - с.53-54. 
10.  Агаев  Т.Д.  Теплоэнергетические  объекты  и  загрязнения 
окружающей  среды.  Вестн.  Моск.  Госуд.  Областн.  Универ.. 
Естественные науки. Москва.- 2010.-№3.- с.105-108.          
11.    Большаков  А.М.,  Крутьков  В.Н.  Пуцило  Е.В.  Оценка  и 
управление рисками влияния окружающей среды на здоровье 
человека. М.:Эдиториал УРСС, 1999.-256 с. 
12.    Загрязнение  воздуха  в  жилых  и  общественных  зданиях 
/Пер.с англ. Р.А.Уадди, Р.А.Щефф-М.:Стройиздат,1987,154 с. 
13.  Последствия  ядерной  войны.  Физические  и  атмосферные  
эффекты. Мир-1988, 390 с. 
14. Экология, охрана природы и экологическая безопасность.  
/Отв. ред. В.И. Данилов-Данильян. –М. 1997.  


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
161 
 
MÜNDƏRİCAT 
 
GİRİŞ ......................................................................................3 
FƏSİL 1. EKOLOJİ TƏHLÜKƏSİZLİK HAQQINDA 
ÜMUMİ MƏLUMAT.............................................................6 
1.1. Ekoloji təhlükəsizlik anlayışının formalaşması.................6  
1.2. Ekoloji təhlükənin amilləri................................................7 
1.3. Ekoloji təhlükənin yaranma səbəbləri...............................8 
1.4. Ekoloji risk və onun əsas göstəriciləri.............................15 
1.5. Ekoloji təhlükəsizlik........................................................23 
1.6. Ekoloji təhlükəsizliyin təmin edilməsi............................26 
1.7. Ekoloji  təhlükəsiz  texnologiyaların  elmi  əsasları........29  
1.8. Ekoloji təhlükəsizliyin idarəetmə prinsipləri...................32 
FƏSİL 2. BİOSFERİN ÇİRKLƏNMƏDƏN MÜHAFİZƏSİ 
2.1. Təbii mühitin çirklənməsinin əsas növləri.......................36 
2.2. Atmosferin mühafizəsi.....................................................39 
2.3.Atmosferin  qazabənzər  çirkləndiricilərdən  təmizlənməsinin 
fiziki-kimyəvi metodları.........................................................51 
2.4. Hidrosferin mühafizəsi....................................................54 
2.5. Suyun təmizlənmə metodları...........................................62 
2.6. Litosferin mühafizəsi.......................................................72 
 
FƏSİL 3. BİOSFERDƏ İNSAN FƏALİYYƏTİNİN ROLU 
             3.1. İnsan və təbiətin qarşılıqlı əlaqəsinin tarixi.....................78 
             3.2. Təbiət və cəmiyyətin kotərəqqisi.....................................79 
             3.3. Ətraf mühitin ektremal amilləri.......................................83 
 
FƏSİL 4. TƏBİİ FƏLAKƏTLƏR: YARANMASI, 
NƏTİCƏLƏRİ PROQNOZLAŞDIRILMASI...................84 
4.1. Zəlzələlər.........................................................................85 
4.2. Vulkanların püskürməsi...................................................91 
4.3. Sel....................................................................................92 
4.4. Sürüşmələr.......................................................................93 
4.5. İldırım..............................................................................95 


             
     Ekoloji təhlükəsizlik 
 
162 
MÜNDƏRİCAT 
 
GİRİŞ ......................................................................................3 
FƏSİL 1. EKOLOJİ TƏHLÜKƏSİZLİK HAQQINDA 
ÜMUMİ MƏLUMAT.............................................................6 
1.9. Ekoloji təhlükəsizlik anlayışının formalaşması.................6  
1.10.  Ekoloji təhlükənin amilləri................................................7 
1.11.  Ekoloji təhlükənin yaranma səbəbləri...............................8 
1.12.  Ekoloji risk və onun əsas göstəriciləri.............................15 
1.13.  Ekoloji təhlükəsizlik........................................................23 
1.14.  Ekoloji təhlükəsizliyin təmin edilməsi............................26 
1.15.  Ekoloji  təhlükəsiz  texnologiyaların  elmi  əsasları........29  
1.16.  Ekoloji təhlükəsizliyin idarəetmə prinsipləri...................32 
FƏSİL 2. BİOSFERİN ÇİRKLƏNMƏDƏN MÜHAFİZƏSİ 
2.1. Təbii mühitin çirklənməsinin əsas növləri.......................36 
2.2. Atmosferin mühafizəsi.....................................................39 
2.3.Atmosferin  qazabənzər  çirkləndiricilərdən  təmizlənməsinin 
fiziki-kimyəvi metodları.........................................................51 
2.4. Hidrosferin mühafizəsi....................................................54 
2.5. Suyun təmizlənmə metodları...........................................62 
2.6. Litosferin mühafizəsi.......................................................72 
 
FƏSİL 3. BİOSFERDƏ İNSAN FƏALİYYƏTİNİN ROLU 
             3.1. İnsan və təbiətin qarşılıqlı əlaqəsinin tarixi.....................78 
             3.2. Təbiət və cəmiyyətin kotərəqqisi.....................................79 
             3.3. Ətraf mühitin ektremal amilləri.......................................83 
 
FƏSİL 4. TƏBİİ FƏLAKƏTLƏR: YARANMASI, 
NƏTİCƏLƏRİ PROQNOZLAŞDIRILMASI...................84 
4.1. Zəlzələlər.........................................................................85 
4.2. Vulkanların püskürməsi...................................................91 
4.3. Sel....................................................................................92 
4.4. Sürüşmələr.......................................................................93 
4.5. İldırım..............................................................................95 
4.6. Qasırğa.............................................................................98 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
163 
4.7. Boran...............................................................................99 
4.8. Burağan (tornado)............................................................99 
4.9. Güclü qar yağması, qar yığınları, buzlaşma, uçqunlar…101 
4.10. Subasma.........................................................................102 
 
FƏSİL 5. MÜHARİBƏ ZAMANI FÖVQƏLADƏ VƏZİYYƏT 
5.1. Nüvə partlayışı.................................................................107 
5.2. Ərazinin radioaktiv yoluxması.........................................112 
 
FƏSİL 6. METEOROLOJİ ŞƏRAİTİN İNSAN 
ORQANİZMİNƏ TƏSİRİ 
 
6.1.İstehsalat binalarında mikroiqlimin əsas parametrləri.......117 
6.2.İstehsalat 
sahələrində 
mikroiqlimin 
tələb 
olunan 
parametrlərinin yaradılması.....................................................124 
 
FƏSİL 7. QLOBAL  EKOLOJİ  TƏHLÜKƏ  MƏNBƏLƏRİ  
7.1.Qlobal istiləşmə və onun mümükün ssenariləri.................132 
7.2. Ozon qatının pozulması....................................................137 
 
FƏSİL 8. AZƏRBAYCAN RESPUBLİKASINDA EKOLOJİ  
TƏHLÜKƏLİ VƏZİYYƏT VƏ EKOLOJİ 
TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ 
8.1. Azərbaycanın ekoloji təhlükəsizliyi.................................143 
8.2. Radiasiya təhlükəsizliyi....................................................151 
 
YEKUN...................................................................................160 
 
ƏDƏBİYYAT..........................................................................161 
 
MÜNDƏRİCAT......................................................................162. 
 
 
 
 

Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə