Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
133 
inkişaf  etmiş  ölkələrdə  isə  bundan  10  dəfədən  artıq  karbon  qazı 
atmosferə  ixrac  olunur.  ABŞ  atmosferə  ildə  1mlrd.200mln.t 
karbon qazı ixrac edir ki, bu da Dünya göstəricisinin 20%-ni təşkil 
edir.  Bu  isə,  çəki  etibarilə  təbii  mənbələr  tərəfindən  atmosferə 
ixrac  olunan  və  bitkilər  tərəfindən  fotosintez  prosesində 
“bağlanılan” karbonun  2%-ə qədərini təşkil edir. Lakin, bu əlavə 
2% karbon əhəmiyyətli dərəcədə təsir göstərir və planetin bitkiləri 
tərəfindən  “bağlanıla”  bilmir.  Məlumdur  ki,  normal  şəraitdə 
karbon  qazının  qatılığı  artdıqda  bitkilərin  fəallığı  artır  və 
avtomatik  olaraq  CO
2
-nin  qatılığı  başlanğıc  tarazlıq  vəziyyətinə 
gətirilir.  Lakin,  bu  gün  fotosintez  prosesinin  məhsuldarlığı  ilə  
atmosferdə 
karbon 
qazının 
qatılığı 
arasındakı 
tarazlıq 
pozulmuşdur. Bu isə qlobal istiləşmənin əsas səbəblərindən biridir. 
Belə  ki,  istixana  effekti  yaradan  digər  qazların  da  (qazşəkilli 
karbohidrogenlərin),  xüsusilə  də  metanın  atmosferdə  miqdarının 
artmasına  baxmayaraq  qlobal  istiləşmənin  təhlükəli  inkişafı  80% 
karbon  qazı  ilə  bağlıdır.  Atmosferdə  karbon  qazının  miqdarının 
artmasının  digər  səbəbi  isə  bataqlıqların  qurudulmasıdır. 
Bataqlıqların  su  canlıları  karbonu  dövrandan  çıxararaq  bərpa 
olunmuş  şəkildə  üzvi  maddəyə  daxil  olmuş  karbonu  müxtəlif  
növlü  bataqlıqlarda    “basdırmaqla”  havada  karbonun  miqdarının 
azalmasını  təmin  edir.  Bataqlıqların  qurudulması,  torpaq  və 
sututarlatın  turşuluğunun  yüksəlməsi  nəticəsində  karbonun 
parçalanması,  müxtəlif  antropogen  çirkləndiricilərlə  fotosintezin 
“boğulması” və s. karbon qazının atmosferə daxil olması ilə onun 
əlaqələndirilməsi 
arasındakı 
tarazlığı 
pozan 
səbəblərdən 
bəziləridir.
 
Məsələn,  Qərbi  Sibirin  bataqlıqları  torf  şəklində 
180mln.t  karbon  qazını  tutub  saxlayır.  Beynəlxalq  ekspertlərin 
fikrincə,  bu  tendensiya  saxlanılarsa,  yaxın  onilliklərdə  planetdə 
temperatur  1  –  3 
0
S  yüksələ  bilər  ki,  bu  da  Dünya  okeanının 
səviyyəsinin 0,3 - 1,0 m-ə qədər artmasına səbəb olacaqdır. Lakin, 
bu  proqnozu  dəqiq  hesab  etmək  olmaz.  Çünki,  bu  zaman  təsir 
göstərəcək  bütün  proses  və  təzahürləri  nəzərə  almaq  mümkün 
deyil.  Hələki,  yeni  istilik  balansı  şəraitində  okean  və  atmosfer 
axınları  sisteminin,
 
qütb  buzlaqlarının  əriməsi  nəticəsində 
albedonun
 
dəyişməsinin, planetin bulud örtüyünün artmasının və s. 


             
     Ekoloji təhlükəsizlik 
 
134 
proseslərin  dəqiq  müəyyən  olunma  üsulları  mövcud  deyil.  Məhz 
ona görə də, burada “proqnoz” terminindən daha çox mümkün ola 
biləcək “ssenarilər” ifadəsini işlətmək daha məqsədəuyğundur. 
Bu  zaman  təbii  olaraq  hər  birimizi  belə  bir  sual 
düşündürür:  Qlabal  istiləşmə  bizə  nə  vəd  edir  və  hansı  ssenarilər 
mümkündür ?   Hələ, XVIII əsrdə ingilis alimi Hadley tərəfindən 
kəşf olunmuş və Hadley tsikli adlandırılmış bir effekt mövcuddur. 
Bu  effektə  görə,  ekvatorial  zonada  qızmış  hava  yuxarı  qalxır  və 
qütb  zonalarına  yayılır.  Qütb  zonasında  hava  soyuyaraq  yenidən 
yer  səthinə  yaxınlaşaraq  ekvatora  doğru  hərəkət  edir  və  yenidən 
qızaraq yuxarı qalxır (Şəkil 7.2.).                                                                                     
 
 
 
 
 
 
 
 
 
 
 
 
Doğrudur,  bu  atmosfer  sirkulyasiyasının  sadə  sxemidir. 
Çünki,  atmosferdə        çoxlu  sayda  digər  burulğan  təzahürləri  də 
mövcuddur.  Lakin,  bu  sadə  Hadley  tsiklləri  atmosferdəki  əsas 
enerji axınlarını təsvir etməklə bərabər, həm də bütün atmosfer və 
okean  sirkulyasiyalarının  hərəkətverici  mühərriki  olan  istilik 
maşınının vacib elementidir. 
Bir  sıra  mütəxəssislərin  qeyd    etdiyi  kimi,  fərz  edək  ki, 
ekvatorla  qütblər  arasındakı  temperatur  fərqi  yox  olur  və 
ekvatorda  da  digər  yerlərdə  olduğu  kimi  soyuq  olur.  Bu  zaman 
Hadley tsiklinin əvəzinə yeni tsikl (Şəkil 7.3.)  meydana  çıxır. Bu 
sxemdə,  hava  kütləsi  şimalda  yuxarı  qalxır,cənuba  doğru  hərəkət 
edir,  cənub  qütbündə  Yer  səthinə  enir  və  yenidən  şimala  doğru 
hərəkət edir. 
Şəkil 7.2.  Hadley tsiklinin sxem
i  
 
  Ş                          0                           C 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
135 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BMT-nin  iqlim  dəyişiklikləri  üzrə  1500  mütəxəssisi 
tərəfindən  hazırlanmış  məruzəsində  qeyd  olunur  ki,  2100-cu  ildə 
Yer  kürəsində  temperatur  4
0
S  yüksələcəkdir.  Bu  zaman  atmosfer 
və  okean  sirkulyasiyalarının  qeyd  olunan  tsikllərinin  pozulması 
nəticəsində baş verə biləcək ssenariləri belə şərh etmək olar: 
-  Afrika  və  Asiyada  məhsuldarlıq  aşağı  düşəcək,  Avropada 
subasma  təhlükəsi  artacaq,  Avstraliya  və  Yeni  Zelandiyada 
quraqlıq olacaq; 
-  Arktikanın buz örtüyü 15% azalacaq; 
-  Antarktida  sahillərində    buz  örtüyü      7  -  9%    geri 
cəkiləcək; 
-  Cənubi  Amerika,  Afrika,  Çin  və  Tibet  dağlarının  tropik 
buz örtüyü əriyəcək; 
-  Okeanlarda  suyun  səviyyəsi  1m  yüksələcək,  ABŞ-ın 
Atlantik  sahillərinin  böyük  ərazisi,  Çinin  bir  hissəsi,  Maldiv, 
Seyşel,  Marşal  adalarının  bir  hissəsi  və    Kuk  adası  tamamilə  su 
altında qalacaq; 
-  Qış isti keçəcək, yayda istilər daha kəskinləşəcək; 
-  Bitki örtüyünün üçdə bir hissəsi məhv olacaq və s. 
Hesablamalara  görə,  XXI  əsrin  sonunda  Yerdə  eramızdan 
50 əsr əvvəlki temperatur rejimi bərqərar olacaqdır. Lakin, burada 
əsas  təhlükə  orta  temperaturun  və  Dünya  okeanının  səviyyəsinin 
dəyişməsində deyil, bu dəyişmənin sürətinin yüksək olmasındadır. 
Bu da insanların yeni şəraitə uyğunlaşmasını mümkünsüz edir. 
 
Şəkil 7.3. Qlobal istiləşmə zamanı 
 atmosfer  sirkulyasiyasının sxemi                                                                                                                                                                                  
  
Ş                                  0                               C 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə