Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
126 
üçün  yerli  axma  ventilyasiyadan  istifadə  edilir.  Ümumi  mübadilə 
axma  ventilyasiyasından  fərqli  olaraq  bütün  iş  sahəsinə  deyil, 
yalnız məhdud hissəsinə verilir. Yerli axma ventilyasiya qurğuları 
fərqləndirilir:  hava  duşları  və  oazislər,  həmçinin  hava-istilik 
pərdələri. 
Hava  duşlarından  işçilərin  intensivliyi  350  Vt/m
2
-dən  çox 
olan istilik şüalanmasının təsirindən qorunması üçün istifadə edilir. 
Bu  qurğunun  iş  prinsipi  işləyərkən  sürəti  1-3,5  m/san  olan 
nəmləndirilmiş  hava  axını  ilə  üfürülməsinə  əsaslanmışdır.  Bu 
halda insan orqanizminin ətraf mühitə istilik verilməsi yüksəlir. 
Hava  oazisləri  istehsalat  sahəsinin  daşınan  arakəsmələr  ilə 
məhdudlaşan  elə  bir  hissəsini  təşkil  edir  ki,  burada  mikroiqlimin 
tələb olunan parametrləri yaradılır. 
İlin  soyuq  vaxtında  həddən  artıq  soyuqlarda  insanların 
qorunması  üçün  qapı  oyuqlarında  və  darvazalarda  hava  və  hava-
istilik  pərdələri  quraşdırılır.  Onların  iş  prinsipi  ona  əsaslanır  ki, 
istehsalat  sahəsində  soyuq  hava  axınına  bucaq  altında  hava  axını 
yönəldir  ki,  (otaq temperaturunda  və  ya  qızdırılmış)  bu  da  soyuq 
hava  axınının  sürətini  azaldır  və  istiqamətini  dəyişərək  yelin 
yaranma  ehtimalının  qarşısını  alır,  ya  da  soyuq  hava  axınını 
qızdırır  (hava-isti  pərdə  halında).  Belə  hava-istilik  axınları 
metropoliten  stansiyalarının  girişində  və  ya  iri  maqazinlərin 
qapılarında quraşdırılır. 
Hazırda 
mikroiqlimin 
tələb 
olunan 
parametrlərini 
dəstəkləmək  üçün  havanın  kondesləşdirmə  qurğularından  istifadə 
edilir (kondisionerlər).Havanın kondesləşdirilməsi istehsalat və ya 
məişət  otaqlarında  xarici  meteoroloji  şəraitdən  asılı  olmayaraq 
sabit  və  ya  müəyyən  proqram  üzrə  havanın  temperaturunun, 
nəmliyinin, təmizliyinin və havanın hərəkət sürətinin yaradılması, 
saxlanılmasını  təmin  edir  ki,  bu  da  əməyin  komfort  şəraitini 
yaradır  və  ya  texnoloji  prosesin  normal  getməsinin  tələblərini 
ödəyir. Kondisioner  – avtomatlaşdırılmış ventilyasiya qurğusudur 
və  o,  mikroiqlimin  tələb  olunan  parametrlərini  saxlayır.  Havanın 
kondesləşdirilməsi 
qurğularının 
istismar 
xərcləri 
adətən 
ventilyasiya sistemlərinin istismarından baha başa gəlir. 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
127 
İlin  soyuq  vaxtında  mənzil  və  iş  yerlərində  havanın 
temperaturunun  verilmiş  qiymətində  saxlanması  üçün  müxtəlif 
qızdırma  sistemlərindən  istifadə  edirlər:  su,  buxar,  hava  və 
kombinə edilmiş. 
Su  qızdırma  sistemlərində  istilik  daşıyıcısı  kimi  100C-yə 
qədər və ya bundan yuxarı həddə qədər qızdırılmış sudan istifadə 
edirlər.  Bu  qızdırılma  sistemləri  sanitar-gigiyenik  nöqteyi 
nəzərdən daha effektlidir. 
Buxar qızdırma sistemlərindən adətən  istehsalat sahələrində 
istifadə  edilir.  Burada  istilik  daşıyıcıları  alçaq  və  ya  yüksək 
təzyiqli su buxarıdır. 
Hava  sistemlərində  qızdırılma  məqsədilə  xüsusi  qurğularda 
qızdırılmış  (kolorifer)  havadan  istifadə  edirlər.  Kombinə  edilmiş 
sistemlərdə 
yuxarıda 
baxılan 
qızdırılma 
sistemlərinin 
elementlərindən istifadə edilir. 
İstehsalat  sahələrində  mikroiqlimin  parametrləri  müxtəlif 
cihazlar  tərəfindən  nəzarət  edilir.  İstehsalat  sahələrində  havanın 
temperaturunun ölçülməsindən ötrü civə (havanın temperaturunun 
0C-dən  aşağı  temperaturları  ölçmək  üçün)  termometrlərdən 
istifadə edilir. Temperaturun daimi olaraq dəyişməsini izləməkdən 
ötrü  termoqraf  adlanan  cihazlardan  istifadə  olunur.  Məsələn, 
Rusiya  istehsalı  olan  M-16  tipli  termoqraf  müəyyən  period 
ərzində  temperaturun  dəyişməsini  qeyd  edir  (sutka  və  ya  həftə). 
Havanın  temperaturunun  ölçülməsi  üçün  digər  qurğular  da 
mövcuddur, məsələn, termocütlər. 
Havanın  nisbi  nəmliyini  ölçmək  üçün  psixrometr  və 
hiqrometrlərdən,  zaman  ərzində  bu  parametrlərin  dəyişməsini 
qeyd etmək üçün isə qiqroflardan istifadə edilir. 
Sadə  psixrometr  –  quru  və  nəmli  termometrlərdən  ibarət 
olan  qurğudur.  Nəmli  termometrdə  rezervuar  hiqroskopik  parça 
ilə  sərinmiş  və  ucu  distillə  edilmiş  su  ilə  doldurulmuş  stəkana 
salınmışdır.  Quru  termometr  istehsalat  sahəsində  havanın 
temperaturunu  göstərir,  nəm  termometr  isə  aşağı  temperaturunu 
göstərir,  çünki  termometrin  rezervuardan  aldığı  istiliyi  nəm 
parçadan buxarlanması hesabına edir. Xüsusi çevirici psixrometrik 


             
     Ekoloji təhlükəsizlik 
 
128 
cədvəllər  mövcuddur  ki,  bunların  vasitəsilə  quru  və  nəm 
termometrlər  ilə  istehsalat  sahəsindəki  havanın  nisbi  nəmliyini 
təyin edirlər. 
Konstruktiv  cəhətdən  daha  mürəkkəb,  lakin  daha  dəqiq 
aspirasiya  psixrometridir  ki,  bu  da  metal  borulara  daxil  edilmiş 
quru  və  nəm  termometrlərdən  ibarətdir  və  sürəti  3-4  m/san  olan 
hava  ilə  üfürülür.  Nəticədə  termometrlərin  göstəricilərinin 
stabilliyi artır və praktiki olaraq istilik şüalanmasının təsiri aradan 
qaldırılır.  Nisbi  nəmliyin  təsiri,  həmçinin  psixrometrik  cədvəllər 
vasitəsilə həyata keçirilir. Aspirasiya psixrometrləri, məsələn MB-
44  və  ya  M-34  eyni  zamanda  iş  yerində  havanın  temperaturunun 
və nisbi nəmliyinin ölçülməsi üçün istifadə edilir. 
Nisbi  nəmliyi  ölçmək  üçün  digər  cihaz  olan  hiqrometrdən 
istifadə  edilir  ki,  onun  da  iş  prinsipi  bəzi  üzvi  birləşmələrin 
xüsusiyyətlərinə  əsaslanır  (üzvi  membran,  insan  tükü):  o  nəm 
havada  uzanır  və  quru  havada  qısalır.  Həssas  elementin 
deformasiyasını  ölçməklə  (membran  və  ya  tük)  istehsalat 
sahəsində nisbi nəmliyin qiyməti barədə mühakimə yürütmək olar. 
Hiqroflara nisbi nəmliyin zamanın funksiyası kimi nümunə olaraq, 
M-21  tipli  cihazı  göstərmək  olar  ki,  bu  da  sutka  və  ya  həftə 
ərzində qeyd olunan parametrin yazılışını aparır. 
İstehsalat  sahəsindəki  havanın  hərəkət  sürəti  anemometr 
cihazları ilə ölçülür. 
Qanadlı  anemometrin  işi  alüminium  qanadları  ilə  təchiz 
olunmuş  xüsusi  çarxın  fırlanma  sürətinin  dəyişməsinə  əsaslanır. 
Qanadlar çarxın fırlanma oxu müstəvisinə 45 altında yerləşmişdir. 
Çarxın  oxu  fırlanma  sayğacı  ilə  birləşdirilmişdir.  Hava  axınını 
sürətinin  dəyişməsilə  çarxın  fırlanma  sürəti  də  dəyişir,  yəni 
müəyyən  müddət  ərzində  fırlanma  sayı  artır  və  ya  azalır.  Bu 
informasiya əsasında hava axınının sürətini təyin etmək olar. 
Dalğalı  anemimetrlərdən  sürəti  0,4-10  m/san  olan  hava 
axınının qiymətlərini ölçmək üçün tövsiyə olunur, 1-35 m/san  isə 
qanadalar  fincanlarla  əvəz  edilməsi  tövsiyə  edilir.  Qanadlı 
anemometr  kimi  ACO-3  tip  B,  fincanlı  isə  MC-13  tipli 
anemometri nümunə göstərilə bilər. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə