Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
123 
göstəricisi  isə  ekran  mühafizəsi  yerinə  ilkin  istilik  axınının  hansı 
hissəsinin gəlməsini göstərir. Bir çox ekranların ή
e
 effektivliyi 50-
98% arasında dəyişir. 
İstiliyi  əks  etdirən,  istiliyi  udan  və  istiliyi  ötürən  ekranlar 
fərqləndirilir.  İstilik  əks  etdirən  ekranlar  alüminiumdan  və  ya 
poladdan, həmçinin onların əsasında folqa və ya tordan hazırlanır. 
İstilik  udan  ekranlar  odadavamlı  kərpicdən  (şamot  tipli),  asbest 
kartondan  və  ya  şüşədən  ibarət  konstruksiyadır.  İstilik  keçirən 
ekran – daxildən su ilə soyudulan içərisi boş kobstruksiyadır. 
Özünəməxsus  istilik  keçirən  şəffaf  ekran  kimi  su  pərdəsi 
adlanan  və  istilik  sobalarının  texnoloji  dəliklərinin  qarşısında 
quraşdırılır  ki,  onun  içərisindən  sobanın  daxilinə  alətlər,  emal 
olunan materiallar, hissələr və s.  daxil edilir. 
 
6.2. İstehsalat sahələrində mikroiqlimin tələb olunan 
parametrlərinin yaradılması 
 
İstehsalat 
sahələrində 
mikroiqlimin 
tələb 
olunan 
parametrlərini  yaratmaqdan  ötrü  havanın  ventilyasiyası  və 
kondensionerləşdirilməsindən, 
həmçinin 
müxtəlif 
qızdırıcı 
qurğulardan  istifadə  edilir.  Ventilyasiya  istehsalat  sahəsində 
havanın  dəyişdirilməsi,  orada  uyğun  meteoroloji  şəraiti  və  hava 
mühitini təmiz saxlamaq üçün istifadə edilir. 
 
 
 
 
 
 
 
 
Şəkil 6.1. Ümumi ventilyasiya sxemi (oxlarla havanın istiqaməti 
göstərilmişdir). 
 
İş yerlərinin  ventilyasiyası qızmış  və  ya çirklənmiş havanın 
qovulması  və  təmiz  havanın  vurulması  ilə  əldə  olunur.  Verilmiş 


             
     Ekoloji təhlükəsizlik 
 
124 
meteoroloji 
şəraitin 
təmin 
olunması 
üçün 
ventilyasiya 
sistemlərinin  istifadə  edilməsini  nəzərdən  keçirək.  Ümumi 
mübadilə ventilyasiyası iş yerinin bütün həcmində hava mühitinin 
tələb  olunan  parametrlərinin  qəbul  edilməsi  üçün  istifadə  edilir. 
Belə ventilyasiya sisteminin sxemi şəkil 6.1-də göstərilmişdir. 
Ümuni  ventilyasiya  sisteminin  effektiv  işini  mikroiqlimin 
parametrlərinin  qəbul  edilməsində  təmin  etməkdən  ötrü  iş  yerinə 
daxil  olan  havanın  həcmi  (L
qəb
)  praktiki  olaraq  ondan  çıxarılan 
havanın həcminə (L
sov
) bərabər olmalıdır. 
İş  yerindən  aşkar  istiliyin  izafi  artıqlığını  çıxarmaq  üçün 
tələb  olunan  daxil  olan  havanın  miqdarı  (Q
izafi
  >  kC/saat) 
aşağıdakı ifadə ilə müəyyən edilir: 
 
               
)
(
dax
sor
dax
izafi
dax
t
t
C
Q
L



                  (6.6) 
 
burada L
dax
 – tələb olunan daxil olan havanın miqdarı, m
3
/saat; C 
–  sabit  təzyiqdə  havanın  xüsusi  istilik  tutumu,  1kC/(kq∙dər)-yə 
bərabərdir;  ρ
dax
 – daxil olan havanın  sıxlığı, kq/m
3
;             t
sor
 – 
çıxarılan  havanın  temperaturu,  C;  t
dax
  –  daxil  olunan  havanın 
temperaturu, C. 
Aşkar  izafi  istiliyin  effektiv  surətdə  çıxarılması  üçün  daxil 
olan 
havanın 
temperaturu 
işçi 
zonasındakı 
havanın 
temperaturundan 5-8C aşağı olmalıdır. 
İş  yerində  ayrılmış  nəmliyin  çıxarılması  tələb  olunan  daxil 
olunan havanın miqdarı aşağıdakı düsturla hesablanır: 
 
              
)
(
.
.
dax
sor
dax
B
S
dax
d
d
G
L



                   (6.7) 
 
burada G
S.B.
 – iş yerində ayrılan su buxarının kütləsi, q/saat; d
sor
 – 
iş  yerindən  çıxarılan  nəmliyin  miqdarı,  q/kq;  ρ
dax
  –  daxil  olan 
havanın sıxlığı, kq/m
3



                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
125 
İstehsalat  sahəsində  eyni  zamanda  nəmliyin  buxarının  və 
izafi istiliyin ayrılmasının (6.6) və (6.7) düsturları əsasında ardıcıl 
olaraq hesabatı aparılır və axtarılan nəticə kimi alınan nəticələrdən 
böyüyü seçilir. 
Ventilyasiyanın havanın yerdəyişmə üsuluna görə həm təbii, 
həm də mexaniki təsirli ola bilər, bu iki üsulun birgə istifadəsi də 
mümkündür.  Təbii  ventilyasiyada  hava  iş  yerindəki  və  xarici 
havanın  temperaturlar  fərqi  hesabına,  həmçinin  külək  təzyiqi 
nəticəsində  (küləyin  təsiri)  baş  verir.  Təbii  ventilyasiyanın 
üsulları:  infiltrasiya;  havanın  dəyişdirilməsi;  deflektorların 
istifadəsi ilə aerasiya. 
Mexaniki  ventilyasiyada  hava  xüsusi  hava  vuran  maşın-
ventilyatorlar  vasitəsilə,  ventilyasiya  şəbəkəsində  havanın 
yerdəyişməsi  üçün  xüsusi  təzyiq  yaradır.  Praktikada  daha  çox  ox 
və radial ventilyatorlardan istifadə edilir. 
Ventilyasiya  təsir  məkanına  görə  ümumi  mübadilə  və  yerli 
ola  bilər.  Ümumi  mübadilə  ventilyasiyası  iş  yerinin  bütün 
həcmində,  yerli  isə  onun  müəyyən  bir  yerində  hava  mühitinin 
tələb olunan parametrlərinin saxlanması üçün istifadə edilir. 
Atmosferdən 
sorulan 
hava 
təmizləndirildikdən 
və 
qızdırıldıqdan  sonra  hava  boruları  adlanan  xüsusi  kanallara  və 
oradan  da  istehsalat  sahəsinə  ötürülür.  Belə  ventilyasiya  axma 
adlanır.  İş  yerində  qızmış  hava  su  buxarı  şəklində  sorma 
ventilyasiyası vasitəsilə çıxarılır. 
Ventilyasiyanın  axma  və  sorma  qolları  birləşdirilə  bilər,  bu 
halda  ventilyasiya  sistemi  axma-sorma  adlanır.  Praktikada 
havanın  resirkulyasiyası  ilə  axma-sorma  ventilyasiyası  geniş 
yayılmışdır.  Bunun  üçün  iş  yerindən  çıxarılan  və  axma 
ventilyasiya sistemində təmizlənmiş havanın bir hissəsinin istifadə 
edilməsi 
xarakterikdir. 
Bu 
halda 
resirkulyasiya 
havası 
atmosferdən  daxil  olan  təmiz  havanın  hissəsi  ilə  qarışır.  Belə 
ventilyasiya  sisteminin  istifadə  edilməsi  atmosferdən  daxil  olan 
havanın təmizlənməsində və  ilin soyuq  mövsümündə qızma üçün 
sərf olunan xərcləri azaldır. 
Yuxarıda  deyildiyi  kimi  istehsalat  sahəsinin  müəyyən 
hissəsində  mikroiqlimin  tələb  olunan  parametrlərinin  yaradılması 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə