Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə2/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 

məsuliyyətlə  yanaşma,  ehtiyat  mənbələrinin  tükənməzliyinə 
alternativ dünyabaxışı kimi meydana gəlmişdir. 
Bu  gün  istehlak  prinsipinin,  daha  dəqiq  desək,  cəmiyyətin 
təbii-maddi  həyatının  şəraiti,  onun  əsasını  təşkil  etməklə  yanaşı, 
artıq  tükəndiyini  sübut  etməyə  ehtiyac  yoxdur.  XX  əsrdə  insanın 
aktiv  fəaliyyəti  nəticəsində biosferdə  baş verən dəyişikliklər (Yer 
səthi  temperaturunun  artması,  suyun,  havanın  və  torpağın  qlobal 
çirklənməsi, planetin səhralaşması, Dünya okeanının çirklənməsi, 
ozon  qatının  azalması)  hal-hazırda  hər  bir  kəsə  məlumdur.  Buna 
görə  də  müasir  təbiətdən  istifadə  etmə  konsepsiyası  insan  və 
təbiətin harmonik optimal şərtlərinə əsaslanmalıdır. 
Hazırda  ekoloji  problemlər  yalnız  sənayeyə  deyil,  eyni 
zamanda  iqtisadiyyat,  siyasət,  hüquq,  estetika,  təbabət  və  s. 
sahələrə  də  nüfuz  etdiyi  üçün  bu  problemlərin  həlli  kompleks 
şəkildə  aparılmalıdır.  Bu  problemlərin  həlli  yalnız  elm  və 
texnikanın  müxtəlif  sahələrində  çalışan  mütəxəssislərin  birgə 
fəaliyyəti sayəsində mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


             
     Ekoloji təhlükəsizlik 
 

 
 
 
 
 
1.1. Ekoloji təhlükəsizlik anlayışının formalaşması 
Xalq  təsərrüfatının  bütün  sahələrinin  intensiv  inkişafı 
dövründə  ətraf  mühitin  mühafizəsi  mühüm  əhəmiyyət  kəsb  edir. 
Maddi nemətlər istehsalı prosesində təbii mühitin müxtəlif zərərli 
və zəhərli maddələrlə çirklənməsi baş verir. Bu isə öz növbəsində 
insanların 
sağlamlığının 
qorunması 
tədbirlərinin 
həyata 
keçirilməsini, 
tələb 
olunan 
sanitar-gigiyena 
şəraitinin 
yaradılmasını və ətraf mühitin qorunmasını tələb edir.  
Elm  və  texnikanın  inkişafı  ilə  bağlı  olaraq  XX  əsrdə 
cəmiyyətin  təlabatı  ilə  təbiətin  imkanları  arasında  təzadlar  daha 
güclü xarakter almışdır. Elm və texnikanın sürətli inkişafı, sənaye 
istehsalatının güclənməsi, avtomobil nəqliyyatının sayının artması, 
əhalinin 
şəhərlərdə 
cəmləşməsi 
və 
kənd 
təsərrüfatının 
kimyalaşdırılması  təbii  sərvətlərin  istismarını  artırmaqla  təbii 
mühitə  mənfi  təsirlər  göstərir.  Nəticədə  elmi-texniki  tərəqqi 
dövründə  insanın  təbiətə  təsiri  qlobal  miqyas  alır  və  bütünlükdə 
cəmiyyət  üçün  təhlükə  yaradır.  İnsan  fəaliyyətinin  ətraf  mühitə 
mənfi  təsirlərini  təsəvvürümüzdə  canlandırmaq  üçün  bəzi 
misallara  müraciət  edək.  Məsələn,  sututarların  çirkab  suları  ilə 
çirklənməsi  suyun  sənayenin  müxtəlif  sahələrində  istifadəsinin 
artması ilə sıx bağlıdır. Texnoloji proseslərdə istifadə olunmuş su 
müxtəlif  zərərli  maddələrlə  (neft  məhsulları,  turşular,  fenollar, 
sintetik  yuyucu  maddələr,  yağlar,  üzvi  birləşmələr  və  s.) 
çirklənərək,  sonradan  sututarlara  daxil  olur.  Orta  gücə  (növbədə 
50t süd) malik süd emalı zavodunun çirkləndirdiyi suyun miqdarı 
əhalisi  15min  nəfər  olan  qəsəbənin  çirkləndirdiyi  suya 
ekvivalentdir. 
 
FƏSİL 1. EKOLOJİ TƏHLÜKƏSİZLİK HAQQINDA 
ÜMUMİ MƏLUMAT 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 

Atmosferin  müxtəlif zərərli  maddələrlə çirklənməsi  böyük 
miqyas almışdır. Atmosfer çirklənməsinin əsas növü qazşəkilli və 
tozvari  yanma  məhsullarıdır.  Müxtəlif  növ  yanacaqların  yanması 
nəticəsində  atmosferə  bir  ildə  150mln.t    kükürd  anhidridi, 
200mln.t  karbon oksidləri, 50mln.t   karbohidratlar, 53mln.t  azot 
oksidləri  və  s.  daxil  olur.  Ümumiyyətlə,  Yer  atmosferinə  bir  ildə 
2,5mlrd.t-a yaxın müxtəlif maddələr buraxılır.  
Ətraf  mühitə  əhəmiyyətli  dərəcədə  təsir  göstərən 
amillərdən 
biri 
də 
urbanizasiyadır(əhalinin 
şəhərlərdə 
cəmlənməsi).  Hazırda  ölkəmizin  əhalisinin  40%-ə  qədəri 
şəhərlərdə yaşayır və bu göstərici daim artmaqdadır. Elmi-texniki 
tərəqqi  və  urbanizasiya  prosesi  insanların  mədəni-məişət 
səviyyəsini,  rahatlığını  və  rifahını  yüksəldir.  Lakin,  urbanizasiya 
prosesinin  neqativ  cəhətləri  də  ortaya  çıxır.  Sənaye  müəssisələri 
və nəqliyyatın sıxlığının artması şəhərlərdə ətraf mühitin və insan 
sağlamlığının  qorunmasını  çətinləşdirir.  Bütövlükdə,  dünya 
şəhərləri  ildə  3mlrd.t    bərk  sənaye  və  məişət  tullantılarını, 
500km
3
-dan  çox  çirkab  suyunu  və  1mlrd.t-a  qədər  müxtəlif 
aerozolları ətraf mühitə buraxır.                   
Beləliklə, təbii mühitin çirklənməsi insanların sağlamlığına 
mənfi təsir göstərir 
və iqtisadi itkilərə səbəb olur. 
Göstərilən  misallar  cəmiyyətin  təbiətə  təsirinin  kəskin 
xarakter almasını bir daha sübut edir.  
İnsanın  ətraf  mühitə  təsiri  intensivləşib  qlobal  miqyas 
aldıqca  ekoloji  böhranlar  da  dünyəvi  olur,  ekoloji  partlayış 
qorxusu  çoxalır  və  təhlükəli  ekoloji  vəziyyət  yaranır.  Bu  cür 
vəziyyətin yaranmaması və artıq yarandığı zaman qarşısını almaq 
üçün  isə  ekoloji  təhlükəsizlik  haqqında  olan  qayda  və  qanunlara 
əməl  etməli,  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi  məsələlərinə 
ciddi yanaşılmalıdır. 
1.2. Ekoloji təhlükənin amilləri 
Ekoloji  təhlükə  insan  və  cəmiyyətin  həyati  vacib 
maraqlarına,  ətraf  mühitə  antropogen  və  təbii  təsirlər  nəticəsində 
təhlükə  yaradan  vəziyyətdir.    «Təhlükə»  termini  altında  ətraf 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə