Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
20 
-  təhlükənin  aşkar    edilməsi,  risk  mənbəyi    və  faktorunun 
(amilinin)  təyin  edilməsi,  həmçinin  onların  potensial  təsir 
obyektlərinin, bu təsirin əsas formalarının müəyyənləşdirilməsi; 
-  məruz  qalmanın  qiymətləndirilməsi,  yəni  risk  faktorunun 
insana və ətraf mühitə real təsirin qiymətləndirilməsi; 
-  risk  faktorlarının  əhaliyə  və  ətraf  mühitə  təsirinin  analizi 
(təhlili),    insan  və  ekosistemin  müəyyən  qeyri  sabit  faktorun 
təsirinə davamlılığının müəyyənləşdirilməsi; 
-  keyfiyyət  və  kəmiyyət  parametrləri  istifadə  edilməklə 
riskin tam xarakteristikası.   
Riskin  qiymətləndirilməsi  modelinin  yekun  fazası  ,  riskin 
xarkteristikası  eyni  zamanda  riski  idarəetmə  prosesinin  ilk 
halqasıdır.  
Ekoloji    riskin  idarəedilməsi  –    ekoloji  riskin 
qiymətləndirilməsi    və  həmin  riskin  qarşısının  alınmasının 
texnoloji  və  iqtisadi  imkanlarını  nəzərə  alan  qərarların  qəbul 
edilməsi prosesidir.   
Riski  idarəetmənin  əsas  məqsədi    -  ehtiyat  və  zaman 
məhdudiyyətində 
riskin 
azaldılması 
yollarının 
müəyyənləşdirilməsindən ibarətdir. 
Riski idarəetmə prinsiplərində strateji və taktiki məqsədlər 
vardır.    Strateji  məqsəddə    –  bütövlükdə  cəmiyyətin  rifahının 
mümkün maksimal səviyyəsinin əldə edilməsinə cəhd ifadə edilir. 
Taktiki  məqsəddə  isə  –  əhalinin  təhlükəsizliyinin  artırılmasına, 
insan  ömrünün  uzadılmasına  cəhd  ifadə  edilir.  Burada  əhalinin 
maraqları kimi, həm də hər bir şəxsin həddən artıq yüksək riskdən 
mühafizə  olunmaq marağı şərtləndirilir.  
Riski  idarəetmənin  əsas  prinsiplərindən  biri  cəmiyyətdə 
olan hər növ təhlükənin bütöv spektr toplusu daxil edilməsidir və 
ondan  hər  hansı  bir  insana  və  ümumiyyətlə  cəmiyyətə  edilən 
riskin “qəbul edilə biləcək” həddən yüksək ola bilməməsidir.  
Nəhayət,  riski  idarəatmə  sahəsində  siyasət    təbii 
ekosistemlərə təsirə qarşı ciddi məhdudiyyətlər çərçivəsi daxilində 
qurulmalı,  ekosistemlərə  ekoloji  təsirin  yol  verilə  biləcək  həddən 
artıq olmaması  haqqında tələblərdən təşkil edilməlidir. 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
21 
İdarəetmə  qərarlarının  qəbul  edilməsi  və  təhlükəsizlik 
tələbləri  ilə  əlaqədar  olaraq  riskin  analitik  təhlili  və  onun  yol 
veriləcək  hədlərinin  müəyyənləşdirilməsi  üçün  aşağıdakılar 
vacibdir: 
1.  Mövcud  təhlükə  mənbələrinə  və  mümkün  zədələnmə 
obyektlərinin  vəziyyətinə  operativ  olaraq  nəzarət  etməyə  imkan 
verən informasiya sisteminin olması; 
2.  Təsərrüfat  fəaliyyətinin  nəzərdə  tutulan  istiqamətləri 
haqqında,  ekoloji    təhlükəsizlik  səviyyəsinə  təsir  edə  biləcək 
layihə  və  texniki  qərarlar    haqqında  məlumatlar,  həmçinin 
bunlarla  əlaqədar  riskin  ehtimal  olunan  qiymətləndirilməsi  üçün 
proqramlar; 
3.  Təhlükəsizlik  ekspertizası  və  risk  mənbəyi  sayılan 
alternativ layihə və texnologiyaların  müqayisəsi; 
4.  Təhlükəsizlik  səviyyəsinin  artmasının  texniki  –  iqtisadi 
strategiyasının  işlənib  hazırlanması,  risk  kəmiyyətinin  idarə 
edilməsi  və  onun  ictimai,  iqtisadi  və  ekoloji  nöqteyi  –  nəzərdən 
qəbul  edilə  biləcək  səviyəyədək  enməsi  üçün  optimal  xərc 
sturturunun müəyyənləşdirilməsi; 
5.  Risk 
proqnozlarının 
tərtib 
edilməsi 
və 
ekoloji 
zədələnmənin  səviyyəsinin  dayandırılıdığı  risk  səviyyəsinin 
analitik müəyyən edilməsi; 
6.  Verilən  funksiyaların  yerinə  yetitrilməsi  və  qərarların 
qəbul  edilməsi  prosesləri  üçün  nəzərdə  tutulan  təşkilati 
strukturların,  ekspert  sistemlərinin  və  normativ  sənədlərin 
formalaşdırılması; 
7.  Ekoloji risk haqqında elmi məlumatların təbliğatı. 
Azalan  risk  prinsipinə  müvafiq  olaraq  risklərin  əvəz 
edilməsi  prosesi  idarəetmənin  zəruri  vasitəsidir.  Həmin  prosesə 
əsasən,  müasir  texniki  vasitələrlə  yaranan  risk  yalnız  o  zaman 
cəmiyyət  tərəfindən  qəbul  edilir  ki,  bu  zaman  həmin  texnikanın 
istifadəsi,  eyni  təsərrüfat  məsələsini  həll  edən  digər  alternativ 
texnikadan  istifadə  ilə  müqayisədə  insanların  məruz  qaldığı  
ümumi riski nisbətən azaldır. 


             
     Ekoloji təhlükəsizlik 
 
22 
 
 
 
 
 
 
Şəkil 1.1. Ekoloji riskin idarəedilməsi və qiymətləndirilməsinin 
qarşılıqlı əlaqəsi 
A  –  riskin qiymətləndirilməsi sahəsi 
B  –  riskin idarə edilməsi sahəsi 
-      -  idarə  edilmənin  və  qiymətləndirilmənin  elementləri 
arasındakı birbaşa   əlaqələri ; 
-  digər  elementlərlə  qərarları  əsaslandıran  tərsinə 
əlaqələri. 
Şəkil 1.1-də riskin idarə edilməsi və qiymətləndirilməsinin 
qarşılıqlı əlaqəsi göstərilib. 
 
1.5. Ekoloji təhlükəsizlik 
Davamlı inkişafın təmin olunmasında əsas amillərdən olan 
ekoloji təhlükəsizlik məsələləri milli təhlükəsizlik konsepsiyasının 
tərkib  hissəsidir.  Öz  strukturuna  görə  və  milli  prioritetinə  görə 
ekoloji  təhlükəsizlik  bir  çox  ölkələrdə  milli  təhlükəsizlik 
strategiyasının tərkib hissəsinə daxil edilmişdir. Məsələn, ABŞ-ın 
 
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
23 
sabiq  prezidenti  B.Klinton  prezidentliyi  dövründə  ekoloji 
təhlükəsizliyin  ölkənin  ümummilli  təhlükəsizlik  strategiyasının 
tərkib  hissəsinə  daxil  edilməsi  haqqında  qərar  vermişdir.  Ekoloji 
təhlükəsizlik  insan  təhlükəsizliyinin  mühüm  tərkib  hissəsi  kimi 
həm  də  BMT-nin  sənədlərində  öz  əksini  tapmışdır.  Məsələn, 
BMT-nin  1994-cü  il  üçün  “İnsan  İnkişafı”  haqqında  hesabatında 
ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilmişdir. 
Ekoloji  təhlükəsizlik  anlayışını  şərh  etməzdən  əvvəl  bir 
daha ekoloji təhlükə anlayışını şərh edək.  Ekoloji təhlükə -  insan 
və  cəmiyyətin  həyati  vacib  maraqlarına,  ətraf  mühitə  antropogen 
və  təbii  təsirlər  nəticəsində  təhlükə  yaradan  vəziyyətdir.  Qeyd 
etmək  lazımdır  ki,  ekoloji  təhlükələr  müvafiq  ekoloji  təhlükə 
mənbələrinin  mövcudluğu  nəticəsində  meydana  gəlir.  Bu 
baxımdan  hər  bir  ölkənin  ekoloji  təhlükəsizlik  konsepsiyasının 
qarşısında  duran  əsas  vəzifə  ekoloji  təhlükə  mənbələrinin 
müəyyənləşdirilməsi,  hər  hansı  bir  ekoloji  təhlükə  mənbələrində 
ekoloji  risk  dərəcəsinin  aydınlaşdırılması,  nəhayət  insan 
sağlamlığı  və  ətraf  mühitin  mühafizəsi  üçün  bütün  sahələrdə  və 
fəaliyyət növlərində ekoloji təhlükəsizliyin təmin edilməsidir. 
Ekoloji  təhlükəsizlik  anlayışı  elmi  ədəbiyyatda  da  kifayət 
qədər  ətraflı  şərh  edilmişdir.    Ekoloji  təhlükəsizlik  -    insanın  və 
cəmiyyətin  həyati  vacib  maraqlarının,  ətraf  mühitin  ona 
antropogen  və  təbii  təsirlər  nəticəsində  yaranan  təhlükələrdən 
qorunmasının təmin edilməsidir. 
«İnsan  –  təbiət»  qlobal  sistemində  qarşılıqlı  əlaqədə  olan 
beş  sistemi  göstərmək  olar.  Bu  atmosferi,  hidrosferi,  litosferi 
birləşdirən  təbiət;  insan  (etnosfer);  insan  fəaliyətinin  məhsulu 
kimi  texnosfer  və  sosialsfer ; informasiya sferi – ümumi  
informasiya fəzasıdır. 
Bütün 
bu 
sistemlər 
təhlükəsizliyin 
obyektləri 
və 
subyektləridir, onlar qarşılıqlı əlaqədədir, bu həm müsbət, həm də 
mənfi 
ola 
bilər. 
Saxlanılması 
bütün 
digər 
sistemlərin 
təhlükəsizliyinə  əsaslanan  təhlükəsizliyin  qlobal  obyekti  yerdəki 
hər  bir  insan  üçün  biosferdir.  Onun  fəaliyyət  göstərməsi  və 
saxlanılması  Yerdəki  bütün  həyat  formalarının  varlığını,  o 
cümlədən  insanın  həyatını  təmin  edir.  Buna  baxmayaraq,  insan 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə