Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
30 
aktivliyə  malik  olduğu  müəyyən  edilmişdir.  Göstərilən  tərkib 
geniş  temperatur  və  həcmi  sürətlər  diapazonunda  işləyir,  bu  isə 
200°C-də  butan  və  250°C-də  etanın  tam  oksidləşməsinə  nail 
olamağa imkan verir. 
Bildiyimiz  kimi  neft  və  neft  məhsullarının  özünə  məxsus 
xüsusiyyətlərindən  biri  UÜK  yüksək  uçuculuğudur.  Məhz 
atmosferə  əsas  zərərli  maddələrin  atılması  uçuculuqla  bağlıdır. 
Atmosfer havasına UÜK texnoloji itkilərin ən fəal mənbələrindən 
biri 
aşağı 
təzyiqli 
(atmosfer) 
rezervuarlardır. 
Dayanıqlı 
vəziyyətlərdə  rezervuarlardan  neft  məhsullarının  buxarlanması 
(uçuculuğu) prosesinin temperaturdan başqa bir sıra digər amillər 
(təzyiq və qaz  boşluğunun həcmi, neft məhsullarının qaz boşluğu 
sahəsi  ilə  təmas  sahəsi,  atmosfer  təzyiqinin  qiyməti  və  s.)  təsir 
göstərir. 
Rezervuarlardan  neft  məhsullarının  buxarlanması,  əsasən 
böyük  və  kiçik  “nəfəsalmalar”  hesabına  baş  verir.  Kiçik 
“nəfəsalmalar”-da itkilər ətraf mühitdə temperaturun dəyişməsi ilə 
əlaqəli  olur.  Belə  ki,  gündüz  vaxtı  havanın  temperaturu 
yüksəldikdə rezervuarların səthi qızır, buxar – qaz qarışığının, neft 
məhsullarının  asan  uçan  fraksiyalarının  temperaturu  və  təzyiqi, 
bununla  da  buxarlanma  artır.  Rezervuarların  doldurulma  dərəcəsi 
artdıqca,  qaz  boşluğunun  həcmi  azalır,  müvafiq  olaraq  yüngül 
fraksiyaların  buxarlanmadan  itkisi  azalır.  Böyük  “nəfəsalmalar” 
rezervuarlara  neft  məhsullarının  dordurulması  prosesində  ətraf  
mühitə buxar – hava  qarışığının sıxışdırılması vaxtı baş verir. Bu 
zaman  rezervuarlarda  qaz  boşluğunun  həcmi  azalır.  Böyük 
“nəfəs”-in həcmi təxminən rezervuara vurulan məhsulun həcminə 
uyğun olur. 
Neft  məhsullarının  rezervuarlardan  buxarlanması  həcmini 
azaltmaq  üçün  böyük  və  kiçik  “nəfəsalmalar”-da  rezervuarların 
damında qoyulan  nəfəs klapanları  istifadə olunur. Ancaq   bunları 
istifadə etdikdə belə, neft məhsullarının saxlanması və yüklənməsi 
proseslərində  itkilər  hələ  də  çox  böyükdür.  Neft  məhsullarının 
itkilərini  azaltmaq,  atmosferə  neftlə  hopmuş  buxar  tullantılarını 
minimuma endirmək üçün orijinal əksetdirici quruluş (Şepelev İ.İ.  
və b.) işlənmişdir. Bu quruluş Açinsk NEZ (Rusiya) yük-xammal 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
31 
parkında  uğurla  tətbiq  olunur.  Təklif  olunan  quruluşda 
rezervuarların  daxilində  nəfəs  klapanı  quraşdırma  borusunun 
altında  üfiqi  vəziyyətdə  yerləşdirilir.  Əksetdirici  quruluş  hava 
axınını 
rezervuarların 
divarlarına 
istiqamətləndirərək 
qaz 
boşluğunda  havanın  “birbaşa”  yayılmasına  mane  olur.  Nəticədə 
çıxan  hava  ilə  karbohidrogen  qazların  daha  az  doyması  hesabına 
rezervuarların  “nəfəsalması”  vaxtı  yüngül  fraksiyaların  itkiləri 
azalır. 
Sənayecə  inkişaf  etmiş  bir  çox  dünya  ölkələrində  yaxın 
perspektiv üçün dizel yanacağında (DY) kükürdün miqdarını 0,1 – 
0,05 -  ə,  aromatik  karbohidrogenlərin  miqdarını  isə  2  –  10%-dək 
azlatmaq nəzərədə tutlmuşdur. Bizə məlumdur ki, yanma vaxtı bu 
birləşmələrin  böyük  qatılıqları  atmosferin  kükürd  oksidləri,  his, 
insanların  kütləvi  yaşadıqları  ərazilər  üçün  digər  zərərli 
tullantılarla  çirklənməsinə  səbəb  olur.  Hazırda  atmosferə  zərərli 
tullantıların  atılmasına  ekoloji  nəzarətin  tələblərinin  sərtləşməsi 
ilə  əlaqədar  olaraq  DY-na  yeni  əlavələrin  işlənməsi  və  istifadəsi 
mühüm aktuallıq kəsb edir. 
Nəzərə alaq ki, DY əlavələrinin köməyilə yanacağın aşağı 
temperatur  göstəriciləri  xeyli  yaxşılaşır.  DY-na  müxtəlif 
əlavələrin  istehsalının  ekoloji  təhlükəsiz  texnologiyalarından 
birini ( Başkatova S.E. və b.) şərh edək. 
Təklif  olunan  bu  mütərəqqi  texnologiyanın  əsasında  DY 
mühitində  yüksək  alkilmetakrilatların  (AMA)  vinilasetatla  (VA) 
radikal  sopolimerləşməsi  durur.  DY  mühitində  polimerləşmə 
yanacaqda  hazır  konsentrat  şəklində  əlavələri  birbaşa  almağa 
imkan 
verir 
və 
texnologiyanın 
ekoloji 
təmizliyini 
və 
tullantısızlığını  təmin  edir.  AMA  və  VA  yüksək  sopolimerlərinin 
məhlullarının  axında  ikiqat  şüa  sınması  və  elektron  mikroskopla 
tədqiqi nəticələri DY mühitində polimerləşmə prosesində polimer 
zəncirli  yeni  nadir  xassələrə  malik  sopolimer  almağa  imkan 
vermişdir.  Bu  sopolimer  parafin-naften  sıralı  karbohidrogenlərin 
mürəkkəb  qarışığı  olub,  həlledicilərlə  kifayət  qədər  yüksək 
dərəcəli 
dayanıqlı 
solvatlar 
yaradır. 
Təklif 
olunmuş 
texnologiyanın  müəlliflərinin  fikrincə,  sopolimerlərin  məhz  belə 
strukturunun  reallaşdırılması  DY  mühitində  polimerləşmədə 


             
     Ekoloji təhlükəsizlik 
 
32 
mümkün  olur 
və  alınmış 
yanacaq  əlavələrinin 
yüksək 
səmərəliliyini təmin edir. 
 
1.8.  Ekoloji təhlükəsizliyin idarəetmə prinsipləri. 
Təəssüf  ki,  hal-hazırda  texnogen  xarakterli  fövqəladə 
halların  (FH)  sayının  və  nəticələrinin  artmasının  dayanıqlı 
tendensiyasını  müşahidə  edirik.  Onun  nəticələri  bir  sıra  hallarda 
ətraf  mühitin  dönməz  dəyişmələrinə  səbəb  olur,  bu  isə  dövlətin 
iqtisadiyyatında və təhlükəsizliyində özünü biruzə verir. 
FH-dan dəyən birbaşa ziyanın artan miqyasını nəzərə alaraq 
gözləmək olar ki, lazımlı tədbirlər görülməzsə, yaxın perspektivdə 
ölkənin  iqtisadiyyatı  FH-dan  dəyən  ziyanı  ödəyə  bilməsin.  Buna 
görə də FH-dan dəyən ziyanın azaldılması məsələsi ölkənin elmi-
texniki siyasətinin vacib elementinə çevrilir. 
Təhlükəsizlik  məqsədlərinə  nail  olunması  xeyli  maddi 
məsrəflər  ilə  əlaqədardır  və  məhdud  ehtiyatlar  şəraitində  yalnız 
eyni cəhətdən əsaslandırılmış işlənmələr ilə və hüquqi, iqtisadi və 
siyasi  tədbirlərin  qarşılıqlı  əlaqədə  olan  kompleks  halda  yerinə 
yetirilməsi 
ilə 
əldə 
olunur. 
“Mütləq” 
təhlükəsizlik 
konsepsiyasından  “qəbul  edilən”  risk  konsepsiyasına  keçid, 
cəmiyyətin  inkişafının  idarə  edilməsində  yeni  yanaşmanın 
yaranmasına  səbəb  olmuşdur.  Bunun  əsas  mahiyyəti  ondan 
ibarətdir  ki,  əhalinin  maddi  və  mənəvi  tələbatlarının  ödənilməsi 
insanın  və  onu  əhatə  edən  mühitin  təhlükəsizliyinin  tələblərinin 
məcburi surətdə yerinə yetirilməsindən ibarətdir. 
FH 
yaranma 
riskinin 
azaldılması 
təhlükəsizlik 
mənbələrinin  identifikasiyasını,  mürəkkəb  texniki  və  təbii 
sistemlərin  vəziyyətinin  qiymətləndirilməsini,  qəza  və  bədbəxt 
hadisələrin  monitorinqi  və  proqnozlaşdırılmasını,  etibarlığın 
artırılması  üçün  mühəndis  və  texniki  tədbirlərin  görülməsini, 
avadanlığın  qəzasız  istismarı  ehtiyatının  uzadılmasını,  insan 
amilinin  nəzərə  alınmasını,  mütəxəssis  və  idarəetmə  orqanları 
rəhbərlərinin peşə hazırlığının yüksəldilməsini və xüsusi təhlükəli 
istehsalatı özündə cəmləşdirir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə