Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
33 
FH  mümkün  nəticələrinin  yumşaldılması  təhlükəli 
mənbələrin 
ərazisində 
torpaqdan 
istifadə 
edilməsinin 
planlaşdırılmasında  FH-a  operativ  surətdə  reaksiya  vermə 
planlarının  tərtib  edilməsi  və  reallaşdırılması,  həmçinin  onun 
nəticələrinin 
aradan 
qaldırılmasından, 
əhalinin 
xəbərdar 
edilməsindən ibarətdir. 
Göstərilən  məsələlərin  həllinin  xüsusi  təyin  edilmiş 
səlahiyyəti orqanı hər bir ölkənin FHN-dir. O, öz işini  ərazi, yerli 
və  icra  orqanları  ilə  birlikdə  koordinasiya  və  təşkil  edir.  Burada 
tələb 
olunan 
material, 
maliyyə, 
informasiya 
və 
insan 
ehtiyatlarından istifadə olunur. 
Təhlükəsizlik  problemləri  təsisatlararası  və  regionlararası 
xarakter  daşıyır  və  dövlət  səviyyəsində  kompleks  yanaşmanı, 
vahid  iqtisadi-hüquqi  məkanın  yaradılmasını  və  onların  etdikləri 
idarəetmə  həllərin  nəticələri  üçün  məsuliyyət  daşımasını  tələb 
edir. Təhlükəsizliyin təmin edilməsi üzrə praktiki fəaliyyət bir sıra 
əsas prinsiplər əsasında qurulur, o cümlədən: 
  İnsanların  həyat  və  sağlamlığının  prioritetlik 
prinsipi. 
  Təhlükələrin  inteqral  qiymətləndirilməsinin  prinsipi. 
Riskin idarə edilməsi cəmiyyətdə mövcud olan bütün təhlükələrin 
ümumiləşdirilmiş  spektrindən  ibarətdir  və  qəbul  edilən  bütün 
qərarlar barədə informasiya hamı üçün əlçatan olmalıdır. 
  Ekosistemin  dayanıqlıq  prinsipi.  Antropogen  təsirin 
qiyməti  ciddi  surətdə  məhdudlaşmalıdır  və  ekosistemə  edilən 
təsirlərin yol verilən hədd qiymətini aşmamalıdır. 
FH-ın  baş  verdiyi  zaman  əhalinin  təhlükəsizliyinin 
qorunması  tədbirlərinin  tərkibinə,  kim,  necə  və  hansı  vasitələrlə 
mübarizə aparılması daxildir. Hansı dərəcədə və kimin məsuliyyət 
daşıması  mövcud  olan  və  daim  inkişaf  edən  ölkənin  normativ-
hüquqi  bazası  ilə  müəyyənləşdirilir.  Bu  xəbərdarlıq  və  fövqəladə 
halların aradan qaldırılması sistemlərinin vacib elementidir. 
Alimlərin  nəticələri  və  tövsiyələri  qərarları  qəbul  edən 
şəxslərə  təqdim  edilir,  təhlükənin  müxtəlif  mənbələrinə  və  qəza 
hallarının,  onların  inkişaf  etmə  ssenarilərinin  proqnoz  edilməsi, 
riskin azaldılması, həmçinin qəza və bədbəxt hadisələrin riskini və 


             
     Ekoloji təhlükəsizlik 
 
34 
ondan 
dəyən 
ziyanın 
azaldılmasının 
effektiv 
sisteminin 
yaradılması; 
yeni 
texnologiyası 
və 
layihə 
işlənmələrinə 
əsaslandırılmış tələblərin irəli sürülməsi. 
Elmi  məlumatlar  və  metodikalar  təbii  texnoloji  sferanın 
təhlükəsizliyinin 
tənzimlənməsinin, 
informasiyanın 
toplanmasında, 
vəziyyətin 
analizində, 
alternativlərin 
yaradılmasında  və  müqayisə  edilməsində,  onların  həyata 
keçirilməsində,  mümkün  olan  nəticələrin  qiymətləndirilməsində, 
uğursuzluqların  səbəblərinin  axtarışında  və  s.-də  təhlükəsizliyin 
dövlət  və  regional  tənzimləmə  prosesinin  bütün  mərhələlərində 
tələb edilir. 
Təsərrüfat  fəaliyyətində  elmi  yanaşmaların  inkar  edilməsi 
idarəetmənin  itirilməsi  ilə  nəticələnə  bilər.    Elmi  nəticələrin  və 
innovasiya  fəaliyyətinin  dəstəklənməsindən  və  istifadəsindən 
imtina  edilməsində  federal  və  regional  səviyyələrdə  fövqəladə 
halların  xəbərdar  edilməsi  və  fəsadların  aradan  qaldırılmasının 
mürəkkəb və kompleks problemlərini həll etmək mümkün deyil. 
Hazırki  zamanda  bütün  nəzəri  və  tətbiqi  elmi  istiqamətlərin 
bütün  dairəsi,  təhlükəsizlik  adı  altında  birləşmiş  ümumi  vahid 
problem şəklində təyin edilmişdir. 
Müasir təhlükəsizlik  nəzəriyyəsinin tədqiqat obyektləri təbii 
sistemlərin  keçidinin  və  qarşılıqlı  əlaqəsinin  fundamental 
qanunauyğunluqlarının  təyin  edilməsi;  texnogen  və  bioloji  sferin 
obyektlərinin,  normal  (ştat)  sosial-iqtisadi  strukturların  qəza  və 
bədbəxt 
hadisələrin, 
diaqnozlaşdırılmasının; 
monitorinqin, 
bədbəxt  hadisələrin  və  qəzaların  tez  xəbərdarlıq  edilməsi, 
mühafizə  və  reabilitasiya  sistemlərinin  qurulmasının  elmi 
əsaslarının yaradılmasıdır. 
Belə  tədqiqatların  nəticələrində  qəbul  edilən  idarəetmə 
qərarlarının,  konstruksiya-texnoloji  və  istismar  norma-texniki 
sənədlərin,  qəza  və  bədbəxt  hadisələrin  aradan  qaldırılması  üzrə 
komissiyaların  nəticələrindən  kəmiyyət  və  keyfiyyət  parametrləri 
formalaşır. Daha ümumiləşdirilmiş kriteriyalar bunlardır: həyat və 
həyat fəaliyyəti üçün risklər: həyatın keyfiyyəti və davamiyyəti. 
Xüsusi  təhlükəli  istehsalatı  dayandırmaq  və  ya  yenidən- 
qurma  imkanları  mümkün  olmadıqda,  elm  etibarlı  diaqnoz 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
35 
metodlarını  işləməli,  fəaliyyət  göstərən  istehsalın  qəzasız  işləmə 
ehtiyatının  uzadılmasını,  gələcək  texniki  sistemlərin  yaranma 
perspektivlərini  müəyyən  etməli,  fövqəladə  hallardan  insanın, 
ərazilərin  və  obyektlərin  mühafizə  yollarının  tapılmasını  və 
onların  mümkün  olan  fəsadlarının  aradan  qaldırılmasına  öz 
səylərini yönəltməlidir. 
Beləliklə,  fundamental  elmin  vacib  məsələsi  mürəkkəb 
texniki  sistemlərin  əsas  prinsiplərinin  təyin  edilməsi,  qəza  və 
bədbəxt  hadisələrin  təsnifatının  yaradılması,  real  ictimai  sosial-
iqtisadi  inkişafın  mövcud  olan  vəziyyətinin  nəzərə  alınması  ilə 
əhalinin 
xəbərdarlıq 
edilməsi 
və 
onun 
fəsadlarının 
yüngülləşdirilməsindən ibarətdir. 
Təhlükəsizlik  sahəsində  elmi-texniki  siyasət,  həmçinin, 
mürəkkəb  sistemlər  üçün  qəza  və  bədbəxt  hadisələrin  mexaniki, 
fiziki  və  kimyəvi  problemlərinin  sistem  tədqiqatlarını  nəzərdə 
tutur.  Belə  tədqiqatlar  üç  ölçülü  riyazi  modellərdə  natural  və 
yarımnatural  təcrübələrin  qoyuluşu  ilə  aparılarsa  xüsusilə  effektli 
olur. 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə