Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
27 
Regional  səviyyə  iri  coğrafi  və  ya  iqtisadi  zonaları,  bəzən 
də  bir  neçə  dövlətin  ərazisini  əhatə  edir.  Nəzarət  və  idarəetmə 
dövlətin  hökuməti  və  dövlətlərarası  əlaqələr  səviyyəsində  həyata 
keçirilir. 
Bu  səviyyədə  ekoloji  təhlükəsizliyin  idarəetmə  sisteminə 
aşağıdakılar daxildir: 
-  İqtisadiyyatın ekologiyalaşdırılması; 
-  Yeni ekoloji təhlükəsiz texnologiyalar; 
-  Ətraf  mühitin  keyfiyyətinin  bərpasına  mane  olmayan  və 
təbii ehtiyatların səmərəli istifadə edilməsinə xidmət edən iqtisadi 
inkişaf tempinin saxlanılması. 
Ekoloji  təhlükəsizliyin  lokal  idarəetmə  səviyyəsi  şəhər, 
rayon,  metallurgiya,  kimya,  neft  emalı  müəssisələri,  dağ-mədən 
hasilatı  sənayesinin  mühafizə  kompleksinə,  tullantılara,  axınlara 
və s. nəzarəti əhatə edir. 
Ekoloji  təhlükəsizliyin  idarə  edilməsi  sanitariya  vəziyyəti 
və təbiəti  mühafizə fəaliyyətinə görə məsuliyyət daşıyan  müvafiq 
xidmətlər  cəlb  edilməklə  ayrı  –  ayrı  şəhərlərin,  rayonların, 
müəssisələrin inzibati rəhbərləri səviyyəsində həyata keçirilir. 
Konkret  lokal  problemlərin  həlli,  ekoloji  təhlükəsizliyin 
regional  və  qlobal  səviyyədə  idarə  edilməsi  məqsədlərinə  çatmaq 
imkanlarını müəyyənləşdirir. 
Ekoloji  təhlükəsizliyin  idarəetmə  səviyyəsindən  asılı 
olmayaraq  əsas  idarəetmə  obyekti  təbii  ətraf  mühit  hesab  edilir. 
Məhz  buna  görə  də,  ekoloji  təhlükəsizliyin  idarə  edilməsinin  hər 
hansı  bir  səviyyəsi  sxemində  mütləq  iqtisadiyyat,  hüquqi 
məsələlər, inzibati tədbirlər, təhsil və mədəniyyətin analitik təhlili 
iştirak edir. 
Ekoloji    risk  dərəcələrinin  müəyyənləşdirilməsi  ekoloji 
təhlükəsizliyin  təmin  edilməsində  mühüm  şərtlərdən  biridir. 
Ekoloji 
risk 
dərəcələrinin 
müəyyənləşdirilməsi 
həyatın 
mövcudluğunu  təmin  edən  fiziki  sistemin  (  atmosfer  havası,  su, 
torpaq,  qida,  mənzil  və  s.  )  çirklənmə  dərəcəsinin  öyrənilməsinə 
xidmət  edir.  Məsələn,  insan  sağlamlığına  atmosfer  havasının 
təsirini arşdırarkən ekoloji baxımdan xəstələnmə riskinin dərəcəsi 
mütləq nəzərə alınmalıdır. Bundan başqa, havanın çirklənməsinin 


             
     Ekoloji təhlükəsizlik 
 
28 
insan  sağlamlığına  təsiri  zamanı  sosial  baxımdan  cins,  yaş, 
qidalanma,  orqanizmin  ümumi  vəziyyəti  nəzərə  alınmalıdır. 
Yaşayış  yerlərinə  görə  atmosfer  çirklənməsinin  mənfi  təsirinə 
kənd  yerlərinə  nisbətən  iri  sənaye  şəhərlərində  yaşayanlar  daha  
çox məruz qalırlar. Hazırda avtomobillərin çox olduğu şəhərlərdə 
ağ ciyər xəstəliyinin artmasını alimlər avtomobil mühərriklərindən 
çıxan zərərli qazlar vasitəsilə  havanın  həddən çox çirklənməsi  ilə 
əlaqələndirirlər. 
Aparılan  araşdırmaların  nəticələrini  ümümiləşdirərək 
Davamlı İnkişaf prinsiplərinə keçilməsi və ekoloji  təhlükəsizliyin 
təmin  edilməsi  üçün  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsini 
məqsədə uyğun hesab edirik: 
-  Seliteb (insan yaşayan) və qeyri seliteb ( insan yaşamayan, 
məskunlaşmayan  )  ərazilərdə  yaşıllaşdırma  və  abadlaşdırma, 
torpağın  becərilməsi    və  təbiətdən  istifadə  tədbirlərinin  həyata 
keçirilməsində 
Davamlı 
İnkişaf 
və 
ekoloji 
təhlükəsizlik 
prinsiplərinə əməl edilməsi; 
-  Kənd  təsərrüfatının  yerli  şəraitə  uyğun,  eyni  zamanda 
mütərəqqi  aqrotexnoloji  əsaslarla  inkişaf  etdirilməsi,  torapağın 
eroziya  və  çirklənmədən  qorunması    və  məhsuldarlığın 
yüksəldilməsi,  kənd  əhalisinin  sosial  müdafiə  sisteminin 
yaradılması; 
-  Lokal  ekosistemlərin  təsərrüfat  tutumunu  nəzərə  almaqla 
regional sənaye sisteminin təkmilləşdirilməsi. 
-  Sosial infrastrukturun inkişaf etdirilməsi, əhalinin sanitar – 
gigiyenik-  epidemoloji  sağlamlığının  və  ətraf  mühitin  ekoloji 
təhlükəsizliyinin təmin edilməsi; 
-  Torpağın 
deqradasiyasının 
qarşısının 
alınması 
və 
torpaqlardan səmərəli istifadə edilməsi; 
-  Altenativ  enerji  mənbələrinin  tətbiqinin  genişləndirilməsi 
imkanlarının artırılması; 
-  Radioaktiv maddələrlə çirklənmənin qarşısının alınması; 
-  Ekoloji  təhlükəsizlik  sahəsində  institusional  inkişafın 
təmin edilməsi. 
 
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
29 
1.7.  Ekoloji  təhlükəsiz  texnologiyaların  elmi  əsasları 
Bildiyimiz  kimi  bir  çox  istehsalat  sahələri  o  cümlədən 
metallurgiya,  kimya,  neft  emalı  müəssisələri  ətraf  mühitə  külli 
miqdarda  çirkləndirici  maddələr  axıdırlar.  Son  illərdə  bir  sıra 
regionlarda  atmosfer  havasının  ümumən  pisləşməsi  və  onun 
yaxşılaşdırılması  üçün  gecikmədən  tədbirlər  görülməsinin 
vacibliyi  ətraf  mühitə  nəzarət  sisteminin  müasir  vasitələrinin 
yaradılması  və  tətbiqi  üzrə  işlərin  fəal  aparılmasını  şərtləndirir. 
Ekoloji 
təhlükəsizliyin 
təminatı 
üçün 
ekoloji 
təhlükəsiz 
texnologiyalardan 
istifadə 
edilməsi 
vacibdir. 
Belə 
texnologiyalardan bir neçəsi ilə tanış olaq. 
Məlumdur  ki,  neft  mədənlərində  məşəllərdə  səmt 
qazlarının  yandırılması  təcrübəsi  atmosferə  azot  və  karbon 
oksidlərinin  tullantılarının  yaranması,  böyük  iqtisadi  itkilər  və 
ekoloji problemlərə səbəb olur. 
Hidrogen  və  yeni  karbon  materialları  alınması  ilə  səmt 
qazlarının emalının ekoloji təmiz metodunu (Q.Q.Kuvşinov və s.) 
araşdıraq.  Bu  metodun  əsasını  karbohidrogenlərin  yüksək 
temperaturlu  katalitik  parçalanma  reaksiyası  əsasında  səmt 
qazlarının  utilləşmə  sxemi  təşkil  edir.  Bu  zaman  katalizatorun 
vahid  kütləsindən  karboqrafit  materialının  alınması  katalizatorun 
tipi  və  prosesin  aparılma  şəraitindən  asılı  olaraq  100:1  nisbəti  
təşkil  edir.  Göstərilmişdir  ki,  alınan  məhsul  sorbent,  katalizator, 
kompozisiya  materialı  və  elektrod  kimi  istifadə  oluna  bilər. 
Xarakterikdir ki, təklif olunan qurğu  neft  mədənində,həm də  neft 
emalı zavodu şəraitində istifadə edilə bilər. 
Hava  hövzəsinin  çirklənməsi  ilə  digər  vacib  mübarizə 
vasitəsi  qaz  tullantılarının  kataliktik  susuzlaşdırılması  metodudur 
(Vodyankin  A.Y.    və  s.).  Bu  metodun  mahiyyəti  metallik  torun 
üzərinə  çəkilmiş  mürəkkəb  oksid  kütləsinin  səmərəli  katalizator 
alınması 
üçün 
istifadə 
olunmasıdır. 
İndi 
isə 
metalın 
aktivləşdirilmiş səthinə kataliktik kütlənin bərkidilməsi metodunu 
nəzərdən keçirək. Bu metod işlənərkən tərkibləri geniş diapazonda 
dəyişən  Zn və Co oksidləri  əsasında katalizatorlar öyrənilmişdir. 
Bunlardan  ZnO : Co
3
O
4
 = 1 : 3 tərkibli katalizatorun daha böyük 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə