Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
53 
                          
2
2
2
2
NO
O
NO


                          (2.13) 
 
-
 )  bərpaedici  katalitik  metodlar  katalizatorların  iştirakı  ilə 
azot  oksidlərinin  və  ya  bərpaedicilərin  iştirakı  ilə  yüksək 
temperaturların  təsiri  altında  neytral  məhsullara  qədər  bərpa 
edilməsinə  əsaslanır.  Bərpa  prosesini  aşağıdakı  sxem  üzrə  təsvir 
etmək olar: 
 
C
C
C
C
O
N
NO
NO
O
N
O
N
C















600
140
5
,
21
11
.
2
2
10000
2
4
2
5
2
 
 
Azot  oksidlərinin  neytral  birləşmələrə  (2NO  →  N
2
  +  O
2

qədər  ayrılması  aşağı  temperaturlu  plazma  (10000C)  axınında 
baş  verir.  Bu  proses  daha  aşağı  temperaturlarda    katalizatorun 
iştirakı  ilə  daxili  yanma  mühərriklərində  yaranır.  Reaksiya 
zonasında  bərpaedicilərin  (kömürün,  qrafitin,  koksun)  iştirakı, 
həmçinin  bərpaedilmə  reaksiyasının  temperaturunu  aşağı  salır. 
1000C temperaturda NO-nun ayrılma dərəcəsi 
 
            
.
2
2
2
2
CO
N
NO
C



                      (2.14) 
 
-
 )  Sorbsiya  metodları.  Əsas  və  CaCO
3
  əhənginin  sulu 
məhlulları  və  bərk  sorbentlər  ilə  (kömür,  torf,  silikaqel,  seolit) 
azot oksidlərinin adsorbsiyasıdır. 
Qazların SO
2
-dən təmizlənməsi. 
Gücü  1  mln  kVt  olan  və  daş  kömürlə  işləyən  İES-in  işi 
zamanı atmosferə 11  mln ton, qazlarla  işlədikdə  isə bunun 20%-i 
qədər SO
2
 buraxılır. 
SO
2
-nin  udulmasının  metodları  böyük  xərclər  tələb  edir, 
onları ammonyak, neytrallaşdırma və katalitikə ayırmaq olar. 
Təmizlənmənin  effektivliyi  bir  çox  amillərdən  asılıdır:  SO
2
 
və  O
2
  –nin  təmizlənən  qaz  qarışığındakı  parsial  təzyiqlərindən; 
çıxan 
qazların 
temperaturundan; 
bərk 
və 
qazabənzər 
komponentlərin 
mövcudluğundan 
və 
xüsusiyyətlərindən; 


             
     Ekoloji təhlükəsizlik 
 
54 
təmizlənən  qazların  həcmindən;  xemosorbentlərin  varlığından  və 
istifadəsindən; təmizlənmiş SO
2
 məhsullarının tələbatından; qazın 
təmizlənməsinin tələb olunan səviyyəsindən. 
Qazın qatışıq hissəciklərdən, məsələn tozdan təmizlənməsi. 
Toz  hissəciklərinin  tutulmasının  bir  neçə  metodunu 
göstərmək olar: 
qravitasiya çökməsi; 
sentrofuqa; 
elektrostatik çokmə; 
ətalətli toqquşma; 
birbaşa zəbtetmə; 
diffuziya. 
Bütün təmizlənmə prosesləri xüsusi filtrlər, skrubberlər və s.  
vasitəsilə yerinə yetirilir. 
 
2.4. Hidrosferin mühafizəsi 
 
Hidroehtiyatların  və  çirkab  suların  xarakteristikası. 
Yerin  su  örtüyünü  hidrosfer  adlandırırlar.  Bu  okeanların, 
dənizlərin, göllərin, gölməçələrin, çayların, bataqlıqların və yeraltı 
suların  toplusudur.  Hidrosfer  bizim  planetimizin  ən  nazik 
örtüyüdür, o yalnız planetin ümumi kütləsinin 10%-ni təşkil edir. 
Bütün  həyat  proseslərində  suyun  rolu  hamılıqla  qəbul 
edilmişdir. Susuz insan 8 gündən çox yaşaya bilməz, il ərzində isə 
0,1  ton  su  istifadə  edir.  Bitkilərin  90%-i  sudur.  Kənd  təsərrüfatı 
suyun  əsas  istehlakçısıdır.  Su  meliorasiyada,  heyvandarlıq 
komplekslərinin  xidmətində  istifadə  edilir.  Belə  ki,  becərilmə 
üçün su tələb olunur 
1 ton buğda – 1500 ton 
1 ton düyü – 7000 ton                 
1 ton pambıq – 10000 ton. 
Su  demək olar ki, bütün sənaye sahələrində istifadə edilir. 
İstehsallar üçün tələb olunan su: 
1 ton çuqun –    50-150 ton 
1 ton plastmass –   500-1000 ton 
1 ton sement –   4500 ton 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
55 
1 ton kağız –   100000 ton. 
300  min  kVt  gücündə  elektrik  stansiyalarında  suyun  sərfi 
300 mln ton/ildə təşkil edir. 
Göstərilən  istehsalat  sahələri  yalnız  şirin  suyu  tələb  edir. 
Hesablamalar  göstərir  ki,  şirin  su  bütün  planetin  cəmi  2,5%-ni 
təşkil edir; 85% dəniz suyudur, tərkibində 35 q/l duz vardır. Şirin 
su ehtiyatları bərabər paylanmamışdır: 72,2% - buz; 22,4% - qrunt 
suları;  0,35%  -  atmosferdə;  5,05%  -  çayların  dayanıqlı  axını  və 
göllərin  sularıdır.  Bizim  istifadə  edə  biləcəyimiz  suyun  payına 
Yerdəki suyun yalnız 10
-2
%-i düşür. 
İnsanın  təsərrüfat  fəaliyyəti  qurunun  su  hövzələrindəki 
suyun  miqdarını  nəzərə  çarpacaq  dərəcədə  azaltmışdır:  su 
hövzələri  çəkilir,  kiçik  çaylar  yox  olur,  quyular  quruyur;  qrunt 
sularının  səviyyəsi  aşağı  düşür.  Qrunt  sularının  aşağı  düşməsi 
ətraf təsərrüfatların məhsuldarlığını aşağı salır. 
Xəzərin problemi. Qiymətli nərə balıq növlərinin vəhşicəsinə 
məhv edilməsi, cavan nərə balıqlarının yetişdirilməsi, yəni onların 
populyasiyasının  bərpa  edilməsi  ilə  yalnız  Rusiya  balıq 
təsərrüfatlarında  və  az  həcmdə  Azərbaycanda  həyata  keçirilir, 
digər ölkələr isə yalnız istifadə edirlər. 
Azov  dənizinin  problemləri  –  duzun  konsentrasiyasının 
artması.  Müharibədən  sonrakı  illər  ərzində  onun  duzluluğu  9-dan 
15,6  ppt-yə  qədər  artmışdır.  Balıqları  qidalandıran  bitkilər  məhv 
olur. Nəticədə Azov dənizində balıqçılığın imkanları məhdudlaşır. 
Baykalın  problemi  –  bu  gölün  suyundan  fin  texnologiyası 
üzrə  kağız  istehsalında  istifadə  edilir,  yəni  duzun  miqdarı  100 
mq/l-dən  az  olan  minimal  minerallaşmış  sudan  istifadə  edilir. 
Adətən  suda  duzların  miqdarı  300-450  mq/l,  içməli  suda  isə  380 
mq/l  olur.  Baykal  gölü  Baykalsk  şəhərində  sellüloz  –  kağız 
kombinatının  tikintisindən  sonra  çirklənməyə  başlamışdır  (60-cı 
illər).  Baykal  gölündə  bir  neçə  yüz  endaminoreliktlər  yerləşir  – 
biotanın  nadir  növlərdir  ki,  bunlar  digər  hövzələrdə  yoxdur.  Gec 
də  olsa  nadir  təmizləmə  qurğuları  işlənmişdir  ki,  onların  dəyəri 
istehsalın  əsas  fondlarının  dəyərinin  30%-ni  təşkil  edir.  Lakin, 
görülən tədbirlər Baykalın mühafizəsi üçün kifayət deyildir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə