Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə20/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
62 
6.  Qazların 
bərk 
hissəciklərdən 
təmizlənməsi 
sudan 
istifadənin yalnız qapalı dövrələrində yol veriləndir. 
 
2.5. Suyun təmizlənmə metodları. 
 
Təmiz  axar  sular  –  elə  sulardır  ki,  istehsalat  texnologiyası 
prosesində praktiki olaraq çirklənmirlər və onların təmizlənmədən 
axıdılması  su  obyektinin  keyfiyyət  normativlərinin  pozulmasına 
gətirib çıxarmır. 
Çirklənmiş  axar  sular  –  elə  sulardır  ki,  istifadə  edilmə 
prosesi  zamanı  müxtəlif  komponentlər  tərəfindən  çirklənir  və 
təmizlənmədən  axıdılır,  həmçinin  təmizlənmədən  keçmiş,  lakin 
onun təmizlənmə dərəcəsi ətraf mühitin qorunması üzrə müəyyən 
edilmiş  normalardan  aşağıdır.  Belə  suların  axıdılması  su 
obyektində  suyun  keyfiyyətinin  normativlərinin  pozulmasına 
səbəb olur. 
Sənaye  axarlarının  təmizlənməsi  həmişə  praktiki  olaraq 
metodların 
kompleksidir. 
Daha 
geniş 
surətdə 
mexaniki 
təmizlənmə,  sənaye  axarlarının  neytrallaşdırılması  və  ya  reagent 
təmizlənmədən  və  biokimyəvi  təmizlənmənin  kombinasiyasından 
istifadə  edilir.  Bu  əməliyyatlar  praktiki  olaraq  təmizlənmə 
qurğusu  komplekslərində,  o  cümlədən  məişət  axarlarının 
(kanalizasiya)  təmizlənməsində  aerasiya  stansiyalarında  istifadə 
edilir. Bunlara daha ətraflı baxaq. 
1. Axarların mexaniki təmizlənməsi. 
Buraya axar suların  xüsusi durulducu çənlərdə saxlanılması 
aiddir,  burada  durulducu  çənlərin  dibinə  həll  olmuş  hissəciklərin 
çökməsi  baş  verir;  neft  məhsullarının  və  digər  suda  həll 
olunmayan  mayelərin  axarlarının  səthindən  mexaniki  əllər 
qurğuları  vasitəsilə  yığılması  və  nəhayət  təqribən  1,5  metr 
qalınlığa malik qum qatından suyun süzgəcdən keçirilməsidir. 
2. Kimyəvi və ya reagent təmizləmə. 
a)  Axar  suların  emalının  növlərindən  biri  neytrallaşdırma 
reaksiyasıdır.  Neytrallaşdırma  –  qələvilərin  köməyi  ilə  məhlulun 
turşuluq  xüsusiyyətlərinin,  turşu  vasitəsilə  qələvi  xüsusiyyətli 
məhlulların məhv edilməsinə yönəlir. Tullantıların kimyəvi təbiəti 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
63 
müxtəlif 
olduğundan, 
hər 
hansı 
bir 
növ 
tullantıların 
neytrallaşdırılması  üçün  turşuluq  xüsusiyyətləri,  digər  tullantı 
növləri  üçün  isə  qələvi  xüsusiyyətləri  tələb  olunur.  Məhlulun 
turşuluq  və  ya  qələvilik  dərəcəsi  hidrogen  göstəricisi  pH-ın 
qiyməti ilə müəyyən edilir. Müxtəlif maddələrin pH göstəricisinin 
qiyməti 0-14 arasında dəyişir. pH-ın aşağı qiymətləri turş mühitin 
mövcudluğunu sübut edir. 
Neytrallaşma  reaksiyasına  nəzarət  etmək  üçün  tələb  olunan 
pH  qiymətini  almaq  məqsədi  ilə  məhlula  nə  qədər  turşu  və  ya 
qələvi  əlavə  edilməsini  bilmək  vacibdir.  Bunun  üçün  titrləmə 
metodundan istifadə edilməlidir, istifadə edilmiş titrantın həcminə 
görə tələb olunan maddənin miqdarı hesablanır. 
Neytrallaşdırma  reaksiyası  əsasında  ən  sadə  təmizləmə 
sistemini  xırda  doğranmış  əhəng  kimi  təsəvvür  etmək  olar.  Onun 
üzərinə  turşu  məhlulu  tökülmüş,  çöküntü  isə  durulducu  çənlərdə 
toplanmışdır. 
b)  Oksidləşmə  –  bərpa  reaksiyası.  İstənilən  oksidləşmə  - 
bərpa  reaksiyası  eyni  zamanda  bir  komponentin  oksidləşməsi, 
digərinin  isə  bərpasıdır.  Ən  geniş  yayılmış  oksidləşdiricilər  və 
bərpaedicilər: 
Oksidləşdirici 
Bərpaedici 
Oksigen və ya hava 
Xlorit 
Ozon 
Sulfat Fe
2+ 
Xlor, hipoxlorit 
Hidrosulfid 
Peroksid 
Kükürd dioksidi 
Kalium permanqanant 
Hidrogen sulfid 
 
Oksidləşdirici  reagentlərdən  ən  vaciblərindən  biri  xlordur, 
ona  görə  də  axar  suların  kimyəvi  əməliyyatlarının  çoxusu 
xlorlamadan  başlayır  ki,  yüksək  toksikli  xlor  reagent  emalın 
sonunda  sudan  tam  çıxarılmış  olsun.  Oksidləşmə  –  bərpaedici 
reaksiyalar toksiki  maddələrin təsirsiz  maddələrə  çevrilməsi üçün 
istifadə edilir. 
3. Biokimyəvi təmizləmə. 
a)  Aerob  biokimyəvi  təmizləmə  –  sənaye  və  ya  məişət 
axarlarının üzvi  maddələrinin  minerallaşmasıdır. Suda həll olmuş 


             
     Ekoloji təhlükəsizlik 
 
64 
oksigenin  mikroorqanizmlərin  intensiv  surətdə  istifadə  edilməsi 
şəraitində  qida  mənbəyi  kimi  bu  maddədən  istifadə  etmə 
prosesində aerob mikroorqanizmlərin vasitəsilə onun oksidləşməsi 
baş verir: 
 
           
.
6
6
6
2
2
2
6
12
6
O
H
CO
O
O
H
C



            (2.16) 
 
Müəyyən olunmuşdur ki,  əgər uyğun şərait  yaradılmışdırsa, 
yəni 
oksigen 
vaxtında 
verilərsə, 
mühit 
– 
daşıyıcı 
mikroorqanizmlərin  inkişafı  üçün  əlverişli  olduqda  ölmüş 
orqanizmlərin  üzvi  birləşmələri  bakteriyaların  təsiri  nəticəsində 
parçalanır.  Mühit-daşıyıcı  kimi  1,5  m  qalınlıqlı  qum  qatı 
seçilmişdir. Axar sular qrunta ancaq 6 saat ərzində tökülür, yerdə 
qalan  18  saat  ərzində  isə  biokimyəvi  proseslər  gedir.  Mikrob 
hüceyrələri qumun yuxarı qatlarında inkişaf edir. 
Damcı  süzməsi  metodu  adlanan  bu  təmizləmə  metodunu 
XIX  əsrdə  (1866-cı  il)  Londonda  istifadə  edilmişdir.  Bu  metod  1 
ha  qum  torpağından  istifadə  etdikdə  1,038  ∙10
6
  l/san  axar  suyu 
təmizləməyə  imkan  vermişdir,  deməli,  Londonu  1866-cı  ildə 
1,57∙10
9
  l/san  axar  sudan  təmizləmək  üçün  810  ha  uyğun  torpaq 
sahəsi tələb olunurdu. Bu olduqca böyük sahədir. 
Damcılı  süzgəc  metodunun  mükəmməlləşdirilməsi  – 
perpolyasiya 
filtri 
– 
axar 
suyun 
çınqıl 
qatı 
üzərində 
səpələnməsidir.  Perpolyasiya  süzgəcli  sistemlər  tələb  olunan 
xüsusiyyətlərə  malik  olan  plastmasların  alınmasında  nailiyyətlər 
əldə  edildikdən  sonra  mümkün  olmuşdur.  Müasir  təmizləmə 
sistemlərində  bakterial  materialın  toplanması  fırlanan  ox  üzərinə 
bərkidilmiş plastmas disklər üzərində baş verir. Disklər yarıyadək 
axar  sulara  salınmışdır,  fırlandıqca  bakteriyalar  dövrü  olaraq 
qidalandırıcı  mühit  və  oksigenlə  təchiz  olunur.  Hazırda  damcı 
süzgəc  metodundan  ucuz  torpaq  və  yumşaq  iqlim  şəraitində 
istifadə olunur. 
Axar  suların  ən  universal  üsulu  aktiv  lillə  emalıdır.  Axar 
sular  lil  ilə  qatışdırılır.  Bu  suyun  ilkin  oksidləşməsi  nəticəsində 
yaranmışdır. Ona görə də üsul bu adı almışdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə