Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
65 
Məlum olduğu kimi, lil müxtəlif bakteriyaların, göbələklərin 
və  digər  floranın  böyük  populyasiyasıdır.  Bunlara  axar  suların 
əlavə  edilməsi,  tezliklə  tarazlığın  yaranmasına  səbəb  olur  ki, 
bunun  nəticəsində  üzvi  maddələrin  parçalanması  baş  verir  və 
nəticədə CO
2
 və H
2
O yaranır. Mahiyyətcə, yeni üsulun müəllifləri 
təbii  bioloji  dövranı  elə  dəyişmişlər  ki,  qidalandırıcı  maddənin 
sərf  edilməsi  sürəti  bir  neçə  tərtib  artmış  olsun  (yəni,  üzvi 
maddənin parçalanma sürəti). 
Bu  üsulun  sonrakı  təkmilləşdirilməsi  istifadə  edilən 
mikroorqanizmlərin  populyasiyasına  lazımi  səviyyədə  qulluq 
edilməsi və qidalandırılmasıdır. 
Aktiv  lil  quru  maddənin  100  m
2
/q  səthə  malik  amorf 
kolloiddir,  qonur-sarı  3-150  mkm  ölçülü  xırda  dənəciklər,  suda 
həll olmuşdur. 1q quru lildə 10
8
-dən 10
12
-dək bakteriya vardır. Bu 
zaman 
bakteriyaların 
müəyyən 
maddələri 
oksidləşdirmə 
qabiliyyətinə malikdirlər. 
Aktiv  lilin  tərkibinə  daxil  olan  bakteriyalar  yalnız  o  axar 
suları  emal  etmək  qabiliyyətinə  malikdirlər  ki,  onları  bu  aktiv  lil 
formalaşdırmışlar.  Ona  görə  də  təmizlənən  sənaye  axarların 
tərkibinə  yeni  maddələr  əlavə  edilirsə,  məsələn,  istehsal 
texnologiyasının  dəyişməsi  nəticəsində  onda  müəyyən  müddət 
tələb  olunacaqdır  ki,  məhz  bu  maddələri  oksidləşdirmə 
qabiliyyətinə  malik  olan  bakteriyalar  lazım  olan  miqdarda 
çoxalsınlar və ən yaxşı təmizlənməni təmin etsinlər. 
Bəzi  hallarda,  hətta  yeni  yaradılan  müəssisəyə  lilin  digər 
müəssisədən  gətirilməsi  məcburiyyətində  qalırlar,  çünki  orada 
analoji tərkibli su təmizlənir və aktiv lildə lazım olan bakteriyalar 
geniş yayılmışdır. 
Adətən  aktiv  lilin  konsentrasiyası  2-4  q/l  səviyyədə 
saxlanılır.  Təmizlənmənin  gedişində  aktiv  lil  zaman  keçdikcə 
təmizləyici  qurğulardan  çıxarılır,  çünki  onun  miqdarı  artır.  Onun 
bir  hissəsi  qiymətli  gübrə  kimi  istifadə  edilir,  əgər  mümkün  üzvi 
maddələri  çıxarmaq  üçün  artıq  oksigenlə  emal  edirlər,  bunula  da 
çürümənin  qarşısı  alınır.  Bir  hissə  anaerob  ayrılmaya  daxil  olur. 
Aerob  biokimyəvi  təmizləmə  üçün  aparatura  aerotenk  və  ya 
oksitenk adlanan bir qurğudur       (şək. 2.5). 


             
     Ekoloji təhlükəsizlik 
 
66 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.5. Okstenkin prinsipial sxemi. 
 
b)  Anaerob  biokimyəvi  təmizləmə.  OBK  normadan  həddən 
artıq  çox  olduqda,  həmçinin  aktiv  lilin  və  kənd  təsərrüfatı 
məhsullarının  artıqlarının  çıxarılması  üçün  metantenklərdən 
(qarışdırıcısı  və  istilik  mübadiləsi olan reaktor) istifadə edilir. Bu 
halda suda oksigen mənbəyi kimi oksigen tərkibli anionlar qrupu: 



2
3
2
4
3
;
;
CO
SO
NO
-dən istifadə edilir. 
Metan  qıcqırmasının  əsasını  müəyyən  mikroorqanizmlər 
birliyinin  həyat  fəaliyyətinin  əvvəlində  hidrogen  qıcqırması 
fazasında  bakteriyaların  köməyi  ilə  mürəkkəb  üzvi  birləşmələri 
daha  sadələrə  qədər  hidroliz  etməyə,  sonra  isə  metan  yaradıcı 
bakteriyalar vasitəsilə onları metana və kömür turşusuna çevirmək 
qabiliyyəti təşkil edir. 
Oksidləşmə-bərpaedilmə  prosesi  –  substrat  donordan 
elektronların  son  akseptora  keçididir.  Aerob  reaksiyası  üçün  son 
akseptor 
oksigendir, 
fermentasiya 
zamanı 
isə 
(anaerob 
təmizlənmə)  –  üzvi  birləşmədir  ki,  bunlar  da  hidrogenin  bir  üzvi 
molekuldan digərinə “sadə qarışma” nəticəsində yaranır: 
 
;
15
3
3
6
12
6
kkal
COOH
CH
O
H
C


                  (2.17) 
.
2
2
2
2
4
3
CO
CH
COOH
CH


                         (2.18) 
 
Yaranan  qaz  metandan  (65%)  və  CO
3
  (33%)  ibarətdir, 
metantenkin  özündə  45-55C-yə  qədər  qızdırma  üçün  istifadə 
Havanın 
verilməsi 
Axar suların  
verilməsi 
Çıxan qazlar  
Çıxan qazlar  


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
67 
edilə bilər, burada anaerob qıcqırma baş verir. Qıcqırmış çöküntü 
yüksək nəmliyə malikdir (95-98%), onu sıxlaşdırır, qurudur sonra 
isə  gübrə  şəklində  istifadə  edir  və  ya  toksiki  birləşmələr  varsa 
yandırırlar. 
Lakin,  heç  də  bütün  axar  və  təbii  sular  biokimyəvi 
metodlarla  təmizlənə  bilmir.  Bioloji  təmizləmə  qurğularına  daxil 
olan  axar  və  təbii  sularda  zərərli  bəzi  metallar  üçün  zərərli 
maddələrin normaları aşağıdakı kimidir:  
Al
3+
-5 mq/l; Fe
3+
-5 mq/l; Cr
6+
-6 mq/l; Mg
2+
-1000 mq/l. 
Üzvi 
birləşmələrin 
hamısı 
biokimyəvi 
təmizləmə 
stansiyalarında  parçalanmırlar.  Ən  müasir  qurğularda  biokimyəvi 
təmizlənmənin  effektivliyi  üzvi  birləşmələr  üzrə  90%,  qeyri-üzvi 
birləşmələr üzrə  isə cəmi 20-40% təşkil edir, yəni praktiki olaraq 
duz  tərkibi  aşağı  düşmür.  Tərkibində  1000  mq/l  neft  məhsulları 
olan  sular  təmizlənə  bilmir,  yəni  bir  çox  hallar  üçün  bu  metod 
effektiv  deyil.  Orta  hesabla  anaerob  metodunun  effektivliyi 
təqribən  40%  təşkil  edir.  Müxtəlif  metodlarla  axar  suların 
təmizlənməsinin  müqayisəli  qiymətləndirilməsi  cədvəl  2.2-də 
göstərilmişdir. 
Cədvəl 2.2.   
Müxtəlif metodlarla axar suların təmizlənməsinin 
qiymətləndirilməsi 
Yox edilmə faizi 
Təmizlənmə 
metodu 
Həll olmuş 
bərk maddə 
KP tipli 
OBT 
Bakteriyalar 
Alınmış 
lilin həcmi 
(axar 
suların % 
həcmi ilə) 
İlkin təmizləmə 
Çöküntü 
40-95 
30-35 
40-75 
0,1-0,5 
Kimyəvi 
çökdürmə 
75-95 
60-80 
80-90 
0,5-1 
Təmizlənmiş 
axar suların 
süzülməsi 
35-80 
25-65 
40-75 
0,025-0,05 
İkinci təmizləmə 
Damcı 
süzülməsi 
20-80 
60-90 
70-85 
0,1-0,5 
Aktiv lillə emal 
70-97 
70-96 
95-99 
1-3 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə