Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
74 
 
Şəkildə  “Olin  Chemical”  firmasının  tikdiyi  təhlükəsiz 
anbarın  kəsiyi  göstərilmişdir.  Bu  Çarlston  şəhərində  (ABŞ-da) 
xlor  və  qələvi  istehsalı  tullantılarının  yerləşdirilməsi  üçündür. 
Kameranın dibi torpaq və natriumlu bentonit qatı ilə örtülmüşdür. 
Bu  qatda  həmçinin,  atılan  tullantılardan  müxtəlif  maddələrin 
sızmasına  nəzarət  etmək  üçün  sistem  quraşdırılmışdır.  Bundan 
yuxarıda  daha  bir  bentonit  və  torpaq  qatı  düzülmüşdür.  İkinci 
qatın  üzərindən  leysan  axarlarının  nasos  ilə  yığılması  sistemi 
quraşdırılmışdır.  Tullantılarda  toplanan  yağış  suyu  yığılır, 
sovrulur və təmizləyici qurğulara ötürülür. Maye üzvi tullantıların 
saxlanılması 
üçün 
nəzərdə 
tutulmuş 
anbarlarda 
sintetik 
materiallardan  izolyasiya  tələb  olunur,  lakin  palçıqdan  deyil, 
çünki palçıqdan əvvəl-axır üzvi maddələrin sızması baş verir. 
Məişət 
tullantılarının 
yandırılması 
zavodunda 
zərərsizləşdirmə  ilə  yanaşı  maksimal  dərəcədə  onun  həcminin 
azalması da baş verir (ilkinin 90%-nə qədər). Lakin nəzərə almaq 
lazımdır  ki,  zibil  yandıran  zavodların  özləri  ətraf  mühiti 
şirkləndirə  bilər,  ona  görə  də  onların  layihələndirilməsində  ətraf 
mühitə  buraxılan  tullantıların  təmizlənməsi  məcburidir.  Belə 
zavodların  məhsuldarlığı  yanmış  tullantılar  üzrə  bütün  il  ərzində 
və bütün sutka ərzində işlədiyi zaman 720 ton/san-dır. 
Kənd  təsərrüfatı  rayonlarında  köhnə  polietilen  plyonkaların 
emal zavodları tikilir. Məsələn, bir il ərzində toplanmış və çirkdən 
təmizlənmiş  plyonkadan  (1500  tondan  artıq)  1300 t  boru  istehsal 
edilir ki, ondan meliorasiya və iri panel evlərdə istifadə edilir. 
Məişət  mədəniyyətinə  malik  olan  Yaponiyada  polietilen 
tullantıların  xüsusi  konteynerlərə  yığılması  təşkil  olunmuşdur. 
Mütəxəssislər  hesablamışlar  ki,  əhalisi  0,5-1  mln  olan  şəhərlərdə 
toplanmış xammal hesabına bir il ərzində şüşə zavodu işləyə bilər. 
Bərk  sənaye  tullantıları  və  onların  emalı.  İnsanın  sənaye 
fəaliyyəti  nəticəsində  torpağın  çirklənməsi  baş  verir,  bu  kənd 
təsərrüfatı  üçün  yararlı  olan  torpaq  sahələrinin  sıradan  çıxmasına 
səbəb olur (Şəkil 2.8). Sənaye tullantılarının  əsas növləri  –  istilik 
elektrik stansiyalarının və metallurgiya zavodlarının şlakları, dağ-
mədən müəssisələrinin və dağzənginləşdirici kombinatların süxur  


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
75 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.8. Bərk məişət tullantılarının sənaye emalının prinsipial sxemi. 
 
Dənəvərləşdirmə 
Təmizləmə 
Üzvi gübrələr 
Xırdalama  
Dənəvərləşdirmə 
Heyvanlar üçün yem 
Bərk məişət tullantıları 
Avtomatik çeşidləmə 
( aersepsiya, maqnit separasiyası və s. ) 
Dəmir 
Makulatura 
Üzvi material 
Tullantılar 
İstiliklə 
emal 
Hidroparçalayıcı  
Xırda 
fraksiya 
İri 
fraksiya 
Yandırma 
Pressləmə 
Təmizləmə 
Homogenezasi
ya və 
fermentasiya 
Qravitasiya  
Buxar 
istehsalı 
Briketlərdə 
dəmir 
Repulpasiya  
Təmizləmə 
Yuma  
Qatılaşdırma  
Qurulama  
Susuzlaşdırma 
Termokimyəvi 
emal 
Avtoklavda 
buxarlanma 
Əavələrlə 
qatılaşdırma 
Kağız 
pastası 
Avtoklavda 
buxarlanma 
Qurulama  


             
     Ekoloji təhlükəsizlik 
 
76 
tullantıları, tikinti zibili və s.-dir. Xüsusi qruplu neft məhsulları və 
digər  kimyəvi  maddələrlə  çirklənmiş  torpaqlar  təşkil  edir  ki, 
(aviasiya  və  digər  texnologiyalarda  –  qalvanik  vannaların  bərk 
çöküntüləri  və  metalların  zəhərlənmə  maddələri)  onlar  da  torpaq 
miroorqanizmlərinə  və  bitkilərin  kök  sisteminə  öldürücü  təsir 
göstərir. 
Rusiyada yerin təkindən çıxarılan dağ massivi 15 mlrd ton/il 
təşkil edir. Təsərrüfat dövranına mineral xammalın üçdə biri, hazır 
hazır məhsul istehsalına isə çıxarılan faydalı qazıntıların 7%-i cəlb 
edilir. Aydındır ki, onsuz da sonsuz olaraq böyük olan və yol üstü 
maddələrin külli miqdarda axınını artırmaq olmur. 
Qara  metallurgiyanın  aqlofabriklərində  dəmir  tərkibli 
şlaklardan  çıxarılan  filizlərdən  fərqli  olaraq  daha  çox  metal  var. 
Bununla  bərabər  tikinti  materialları  sənayesi  və  tikinti  sənayesi 
3,5 mlrd ton qeyri-filiz  xammalı çıxarır  və  istehlak edir, bunların 
çoxu  tullantılarla  əvəz  oluna  bilər.  Rusiyanın  təsərrüfatları 
tullantıların anbarlaşması ilə əlaqədar olaraq, böyük itkilərə məruz 
qalır. Nəticədə təkcə 1 ton tullantıların nəqli və tullantı təpələrinin 
saxlanılması üçün böyük vəsaitlər xərclənir. 
Kombinə  edilmiş  istehsalın  və  tullantıların  emalı  üzrə  ayrıca 
texnoloji  qurğuların  tikintisinin,  tikinti  materialları,  məmulatları, 
konstruksiyalarına  böyük  ehtiyac  olan  sənaye  rayonlarında 
tikilməsi  məqsədəuyğundur.  Məsələn,  Rusiyada  domen  şlakları 
əsasında  şüşənin  katalitik  kristallaşması  metodu  ilə  şlaksitallar 
alınır.  Şlaksitalların  yüksək  fiziki-mexaniki  və  fiziki-kimyəvi 
xüsusiyyətləri,  ilk  növbədə  istifadəyə  davamlığı  və  kimyəvi 
dayanıqlığı,  dekorativliyi  ilə  onları  qiymətli  tikinti  materialı  edir. 
Yalnız  Moskvada  şlako-sital  bir  sıra  məşhur  obyektlərin 
tikintisində,  məsələn,  BSK  (Bütün  Rusiya  şərqi  kompleksi), 
“Metallurgiya”  pavilyonu,  Şeremetyevo  aeroportu,  “Moskva” 
univermağı,  Mərkəzi  şəhər  aerovağzalı  və  s.    istifadə  edilmişdir. 
Moskva  ətrafı  Çexov  regenerasiya  zavodunun  ərazisindəki 
müxtəlif  köhnə  avtomobillərin  şin  təpələri  artıq  zibil  deyil,  rezin 
qırıntılarının  istehsal  üçün  ilkin  xammal  və  regeneratın  –  plastik 
materialın,  müxtəlif  rezin  məmulatlarında  kauçuku  əvəz  edən,  o 
cümlədən yeni şinlər üçün  xammaldır. Bir ton regenerat –  köhnə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə