Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
80 
  bəşəriyyətin birliyi (cəmiyyətin həyatından müharibələrin 
istisna  edilməsi,  insanlar  arasında  hərtərəfli  informasiya 
mübadiləsi); 
  bizim  planetin  müxtəlif  ərazilərində  və  ölkələrində 
insanların həyatının yüksək keyfiyyəti; 
  sosial  və  irq  mənsubiyyətindən  asılı  olmayaraq, 
insanların sosial bərabərliyi; 
  alternativ 
texnologiyaların 
axtarışı, 
yeni 
enerji 
mənbələrinin  aşkar  edilməsi  (xüsusilə  də  Günəş  enerjisindən 
istifadənin effektiv üsulları). 
Rus  alimi  Nikita  Nikolayeviç  Moiseyev  “insan  və 
bəşəriyyətin  kotərəqqisi”  anlayışını  daxil  etmişdir  ki,  onun 
məğzini bəşəriyyətin inkişfı ilə biosferin inkişafının uyğunlaşması 
təşkil  edir.  Cəmiyyətin  və  təbiətin  qarşılıqlı  əlaqəsinin  belə 
optimal  yollarının  axtarışı,  istehsal  texnologiyalarının,  istehlak 
tələbatlarının  xarakterinin,  əvvəlki  həyat  və  mədəni  ənənələrinin 
dəyişməsinə yönəlmişdir. 
BMT  beynəlxalq  komissiyasının  məruzəsində  (1987-ci  il) 
dayanıqlı  inkişaf  konsepsiyası  təklif  etmişdir  –  bu  dünya 
birliyinin 
elə 
inkişafıdır 
ki, 
burada 
həyat 
şəraitinin 
yaxşılaşdırılması  və  insan  tələbatlatının  ödənilməsi  gələcək 
nəsillərə zərər gətirilmədən yerinə yetirilir. 
Ətraf mühitə olan təsir biosferin imkanları daxilində qalmalıdır. 
1992-ci  ildə  Rio  de  Janeyroda  BMT-nin  ətraf  mühit  və 
inkişaf  konferensiyası  bu  konsepsiyanı  XXI  əsrdə  bizim  planetin 
bütün  ölkələri  üçün  fəaliyyət  proqramı  kimi  təsdiq  etmişdir. 
Burada insanın həm indiki və həm də gələcək nəsillərin maraq və 
tələbatlarını nəzərə alan strategiyadan söhbət gedir. 
Dayanıqlı  inkişaf  konsepsiyası  cəmiyyətin  bütün  həyat 
sferlərini əhatə edir. Buraya daxildir: 
  sənayenin inkişaf strategiyası – təbiətin istismarının köhnə 
formasından  imtina  edilməsi  və  yeni  texnologiyalara  keçid.  Bu 
bisferin  çirklənməsinin  qarşısını  alır,  bərpa  olunmayan  təbii 
ehtiyatların istehlakını azaltmağa imkan verir; 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
81 
  kənd  təsərrüfatı  inkişafının  strategiyası  –  torpağın 
səmərəli emal üsullarının tətbiqi əsasında məhsuldarlığın artması; 
  təbiətdən  səmərəli  istifadə  edilməsi  və  ekoloji  qəzaların 
qarşısının alınması üçün insanların razılaşdırılmış fəaliyyəti; 
  ailənin  planlaşdırma  prinsipinin  həyata  keçirilməsi,  çünki 
əhalinin indiki artım sürətində ekoloji vəziyyətin yaxşılaşdırılması 
mümkün  deyil,  lakin  Rusiya  üçün  əksinə  dayanıqlı  inkişafın 
nailiyyətləri, əhalinin sayının azalmasının dayandırılmasıdır; 
  biosferin bioloji müxtəlifliyinin saxlanılması və s. 
Əsasən 
iqtisadiyyatın 
inkişafına 
yönəlmiş 
əvvəlki 
strategiyalardan  fərqli  olaraq,  dayanıqlı  inkişaf  strategiyasının 
mərkəzində insan durur. Aydın olur ki, belə insan və onun mənəvi 
dəyərlər sisteminin  necə olmasından asılı təkcə onun şəxsi  həyatı 
deyil, həm də bütün planetin müqəddaratı asılı olacaqdır. 
Antropogen amillər. 
Antropogen amillər  –  insanın  fəaliyyət dövrü boyu təsadüfi 
və ya bilərəkdən yaratdığı ətraf mühit amillərinin məcmusudur. 
Antropogen amillər aşağıdakı növlərə ayrılırlar: 
Fiziki  –  atom  enerjisindən  istifadə,  qatar  və  təyyarələrlə 
yerdəyişmələr, səs-küyün və vibrasiyanın təsiri və s. ; 
Kimyəvi  –  mineral  gübrələrin  və  kimyəvi  zəhərləyici 
maddələrin  istifadəsi,  Yerin  qabığının  sənaye  və  nəqliyyat 
tullantıları  ilə  çirklənməsi,  alkoqol  və  narkotiklərin  istifadə 
edilməsi; müalicə dərmanlarından həddən artıq istifadə edilməsi; 
Bioloji  –  qida  məhsulları;  yaşama  mühiti  və  ya  qida 
mənbəyi  insan  olan  orqanizmlər  (viruslar,  bakteriyalar,  digər 
parazitlər); 
Sosial  –  cəmiyyətdə  insanların  həyatı  ilə  əlaqədar  olan 
münasibətlər. 
Son  on  illiklər  ərzində  antropogen  amillərin  təsiri  kəskin 
artmışdır  ki,  bu  da  qlobal  ekoloji  problemlər  yaratmışdır:  parnik 
effekti,  turşulu  yağışlar,  meşələrin  məhv  edilməsi  və  ərazilərin 
səhralaşması,  mühitin  zərərli  maddələrlə  çirklənməsi;  planetin 
bioloji müxtəlifliyinin azalması. 


             
     Ekoloji təhlükəsizlik 
 
82 
İnsanın  yaşama  mühiti.  Antropogen  amillər  insanın 
özünün  yaşama  mühitinə  təsir  edir.  O,  biososial  varlıq 
olduğundan, təbii və sosial yaşama mühiti seçilir. 
Təbii  yaşama  mühiti.  İnsana sağlamlıq  və  əmək fəaliyyəti 
üçün  material  verir,  onunla  sıx  qarşılıqlı  təmasda  olur:  insan 
özünün  fəaliyyəti  ərzində  daimi  olaraq  təbii  mühiti  dəyişir; 
dəyişdirilmiş təbii mühit öz növbəsində insana təsir edir. 
İnsan  həmişə  digər  adamlarla  ünsiyyətdə  olur,  onlarla 
şəxsiyyətlər  arası  təmasa  daxil  olur  ki,  bu  da  sosial  yaşama 
mühitini yaradır. Ünsiyyət xoş niyyətli (insanın inkişafına kömək 
edir)  və  pis  niyyətli  ola  bilər  (psixoloji  yükləmələrlə  və  özündən 
çıxmalara,  ziyanlı  adətlərin  əmələ  gəlməsinə,  alkoqolizm, 
narkomaniya və s.  səbəb olur). 
Sağlamlıq  və  sağlam  həyat  tərzi.  Son  illərdə  əsas 
imperrativ dəyərlərə insanın həyatı və sağlamlığı aid edilir. 
Sağlamlıq  –  tam  fiziki,  psixi  və  sosial  rifahın  vəziyyətidir, 
sadəcə olaraq xəstəlik və fiziki nöqsanların olması deyil. Bununla 
əlaqədar olaraq fiziki, psixi və sosial sağlamlıq fərqləndirilir. 
Fiziki  sağlamlıq  –  orqan  və  orqan  sistemlərinin  vəziyyəti, 
orqanizmin həyat funksiyasıdır. 
Psixi  sağlamlıq  –  psixikanın  vəziyyəti,  ümumi  əhval-
ruhiyyənin tarazlığıdır. 
Sosial  sağlamlıq  –  özü  və  onun  yaşama  mühiti  tərəfindən 
gündəlik həyatda yaradılır və saxlanılır. 
Ümumdünya  sağlamlıq  təşkilatının  (ÜST)  məlumatlarına 
görə  xəstəliklərin  80%-i  ekoloji  şəraitin  nəticəsində  yaranır. 
Bundan əlavə, insanın sağlamlığına müəyyən dərəcədə həyat tərzi 
– ictimai şəraitdə insanların həyat fəaliyyəti üsulları təsir edir. 
O,  həyat  tərzindən,  məişətdən  və  insanın  mədəniyyətindən 
irəli  gəlir.  Qəbul  edilmişdir  ki,  sağlamlığı  yalnız  sağlam  həyat 
tərzi  ilə  saxlamaq  mümkündür  ki,  bu  da  onun  bütün  tərəflərinin 
mükəmməlləşdirilməsinin,  tələbatın  kifayət  dərəcədə  ödənilməsi, 
öz imkanlarının səviyyəsinin bitməsini nəzərdə tutur. 
ÜST  məlumatlarına  görə  insan  sağlamlığı  aşağıdakı 
amillərdən  asılıdır:  50%  həyat  tərzindən;  17-20%  yaşama 
mühitindən;  17-20%  irsi  xüsusiyyətlərindən;  8-9%  səhiyyə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə