Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
107 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.1. Nüvə döyüş sursatının partlayış növləri. 
 


             
     Ekoloji təhlükəsizlik 
 
108 
-
  yüksək, əgər NDS 15 km hündürlükdə partlamışdır; 
-
  hava, əgər işıqlanan oblast yerin səthinə toxunmursa. Hava 
partlayışları öz növbəsində yüksək hava (əgər qalxan hava sütunu 
işıqlanan  oblasta  çatmırsa)  və  alçaq  havaya  (əgər  belə  toxunma 
baş verirsə) bölünür; 
-
  yerüstü  (su  üstü),  əgər  işıqlanan  oblast  yerin  (suyun) 
səthinə toxunursa; 
-
  yeraltı (su altı), 1 km dərinlikdə aparılmış partlayışlar. 
NDS gücünə görə bölünürlər: 
-
  çox kiçik – 1 kt-dan az; 
-
  kiçik – 1 kt-dan 15 kt-ya qədər; 
-
  orta – 15 kt-dan 100 kt-ya qədər; 
-
  böyük – 100 kt-dan 1 Mt-ya qədər; 
-
  çox böyük – TE 1 Mt-dan yuxarı; 
-
  neytron döyüş sursatının gücü – 0,5-2 kt. 
Nüvə  partlayışının  təsiredici  amilləri  arasında  enerjinin 
paylanması, partlayış növündən və onun baş verdiyi şəraitdən asılı 
olur  (iqlim,  yerin  relyefindən,  enerji  obyektinin  (EO)  və  onun 
elementlərinin  yerləşmə  şəraitindən,  EO-nun  təsiredici  amillərin 
təsirinə  dözümlüyü).  Hava  nüvə  partlayışı  üçün  enerjinin 
paylanması cəd. 5.1-də göstərilmişdir. 
Cədvəl 5.1.  
Nüvə partlayışının təsiredici amilləri 
 
Sərf edilən enerji, % 
Təsiredici amillərin adı 
NDS-də 
Neytron DS-də 
Zərbə hava dalğası 
50 
40...7 
İşıq şüalanması 
35 
25...8 
Nüfuzedici radiasiya 

30...80 
Yerin radioaktiv çirklənməsi 
10 
5-ə qədər 
Elektromaqnit impulsu 


 
Bəzi  hallarda  təsiredici  amillərdən  olan  alovlu  şarı,  seymik 
dalğaları 
(nüvə 
fuqasının 
yeraltı 
partlayışında), 
rentgen 
şüalanmasını  və  qaz  axınını  (yüksək  nüvə  partlayışında  hava-


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
109 
kosmik  hücum  zamanı  axırıncı  iki  amil  partlayışın  60  km 
hündürlükdə baş verdikdə effektlidir) nəzərə almaq lazımdır. 
Zərbə  hava  dalğası  (ZHD)  –  nüvə  partlayışının  ən  güclü 
təsiredici amilidir. ZHD reaksiya zonasında ayrılan külli miqdarda 
enerjinin  hesabına  yaranır  ki,  bu  da  çox  yüksək  təzyiq  (10
5
 
milyard Pa) və temperaturla özünü biruzə verir. 
İşıq  şüalanması  –  bu  spektrin  UB,  görünən  və  İQ 
hissələrindəki  elektromaqnit  dalğa  şüalanmasıdır.  Onun  mənbəyi 
işıqsaçan şardır (alovlu şar), o partlayış maddələrinin hava ilə bərk 
közərmiş qarışığından ibarətdir. 
Partlayış zonasında böyük təzyiqin altında çox kiçik zaman 
ərzində  cüzi  həcmdə  çox  böyük  enerji  ayrılır  ki,  bu  da 
temperaturun  kəskin  artmasına  səbəb  olur.  Yaranmış  çox  böyük 
temperaturda NDS-nin örtüyünün materialı və partlayış zonasında 
olan  digər  maddələr  buxarlanırlar.  Beləliklə,  partlayış  zonasında 
bərk közərmiş  hava  və  buxarlanmış  maddələrdən  ibarət  müəyyən 
bir  həcm  əmələ  gəlir  ki,  onun  da  adı  “alovlu  şar”-dır.  Onun 
ölçüləri  NDS-nin  gücündən  asılıdır,  diametri  isə  yerüstü  və  ya 
hava  partlayışında  NDS-nin  gücündən  asılı  olaraq  uyğun  düstur 
ilə təyin olunur: 
 
              
4
,
0
4
,
0
67
67
q
D
q
D
hava
yer




                           (5.1) 
 
Qeyd.  Neytron  döyüş  sursatının  təsiredici  amilləri  arasında 
enrjinin  konkret  paylanması  onun  komponentlərindən  və 
qurğunun xüsusiyyətlərindən asılıdır. 
Odlu şarın işıqlanma müddəti aşağıdakı düsturla təyin edilir: 
 
                  
3
q
T
i

                                 (5.2) 
 
burada T
i
 saniyələrlə, q –isə TE-nin kilotonları ilə verilir. 
Bu kəmiyyətlərin qiymətləri 
 


             
     Ekoloji təhlükəsizlik 
 
110 
TE, kt 
20 
100 
1 000 
5 000 
10 000 
T
i
 , san 


10 
17 
22 
 
Tüstü,  toz,  su  damcıları  tərəfindən  işığın  udulma  və  ya 
səpələnməsi  nəticəsində  atmosferdə  şüa  enerjisi  zəifləyir,  buna 
görə  də  atmosferin  şəffaflıq  dərəcəsini  nəzərə  almaq  lazımdır. 
Obyektə  düşən  işıq  şüası  qismən  udulur  və  ya  əks  olunur. 
Şüalanmanın  bir  hissəsi  şəffaf  obyektlərdən  keçir:  pəncərə  şüşəsi 
işıq  enerjisinin  90%-ni  udur  və  bu  ortaq  daxilində  yanğın  törədə 
bilər.  Beləliklə,  şəhərlərdə  və  EO-da  alovlanma  ocaqları  yaranır. 
Belə  ki,  Xirosimanın  nüvə  bombardımanı  zamanı  alov  fırtınası 
yaranmışdı  və o, 6 saat davam etmişdi. Bu halda şəhərin  mərkəzi 
tamamilə  yanmış  (təqribən  60  min  ev),  partlayışın  mərkəzinə 
yönəlmiş küləyin sürəti isə 60 km/saat-a çatırdı. 
Nüfuzedici  radiasiya  –  bu  bilavasitə  nüvə  partlayışı  zamanı 
yaranan  və  bir  neçə  saniyə  davam  edən  ionlaşdırıcı  şüalanmadır. 
Bu zaman əsas təhlükəni partlayış zonasından ətraf mühitə yayılan 
qamma şüları və neytron axınları yaradır. Nüfuzedici radiasiyanın 
mənbəyi 
zəncirvari 
nüvə 
reaksiyası 
və 
nüvə 
partlayış 
maddələrinin radioaktiv parçalanmasıdır. 
Nüfuzedici  radiasiya  görünməz,  hiss  olunmazdır,  material 
və  havada  böyük  məsafələri  qət  edərək  canlı  orqanizmlərə  təsir 
edir  (şüa  xəstəliyi).  Nüvə  partlayışında  yaranan  neytronlar  iti  və 
yavaş  neytronlardan  ibarətdir,  onların  insan  orqanizminə  təsiri 
müxtəlifdir  və  qamma  şüaların  təsirindən  asılıdır.  Bu  xüsusi  ölçü 
vahidindən istifadə edilməsində nəzərə alınmışdır – ber (rentgenin 
bioloji ekvivalenti), bu şüalanmanın bioloji zərərini nəzərə alır. 
Nüfuzedici  radiasiyada  şüalanmanın  ümumi  dozasında 
neytronların  payı  qamma  şüalanmadan  azdır,  lakin  NDS-nin 
gücünün  azalması  ilə  o  çoxalır.  Neytronlar  partlayış  ərazisində 
metal əşyalarda və qruntda yönəlmiş radiasiya yaradır. Nüfuzedici 
radiasiyanın  təsiretmə  zonasının  radiusu  zərbə  dalğasının  və  işıq 
impulsunun radiusundan əhəmiyyətli dərəcədə kiçikdir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə