Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
96 
 
 
Şək. 4.5. İldırım 
 
 
Şək. 4.6. İldırımın yaranma sxemi 
 
Məlumdur ki, qədimdən bəri insanlar ildırımdan qorunmağa 
çalışmışlar. Qədim yəhudilər İyerusalim məbədini mislə örtülmüş 
hündür qüllələrlə əhatə etmişlər (minillik tarix  ərzində o, bir dəfə 
də olsun  ildırım  çaxmasından zərər çəkməmişdir,  baxmayaraq ki, 
planetin ən ildırımla təhlükəli rayonunda yerləşir). 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
97 
İldırımlar  təbii  fəlakətlərin  ən  təhlükəli  təzahürü  olan 
yanğınlara  səbəb  olur.  Yanğın  nəzarətdən  çıxmış  yanmanın 
ixtiyari  surətdə  yayılmasıdır.  Ən  təhlükəli  torf  və  meşə 
yanğınlarıdır.  Bu  halda  insanlar  və  heyvanlar  həlak  olur,  çox 
böyük maddi ziyanlar dəyir. 
Yanğınların söndürülməsində çox vaxt sudan və ya kimyəvi 
odsöndürən  məhlulardan  istifadə  edilir.  Bəzi  hallarda  müvəqqəti 
su  xətlərinin  çəkilməsi,  hava  nəqliyyatı  ilə  suyun  çatdırılması  və 
yanma  tələb  olunur  (əvvəlcədən  torpaqüstü  örtük  üzrə  qarşıdan 
gələn 
yanğının 
buraxılması). 
Yanmanı 
hazırlıqlı 
yanğın 
söndürənlər yerinə yetirirlər. Onlar dayaq zolaqlarından (çay, yol, 
kiçik  çaylardan)  və  ya  süni  surətdə  yaradılmış  minerallaşdırılmış 
zolaqlardan başlayırlar. 
Atmosferdəki  ildırım  boşalmaları  insanların  həyatı  üçün 
təhlükəlidir,  binalara  daxil  olaraq  onları  dağıda  və  yanğın  törədə 
bilər.  Yanğınların  qarşısını  almaq  və  onlardan  dəyən  zərəri 
azaltmaqdan  ötrü  istismar  obyektlərində  aşağıdakı  tədbirlər 
görülür: 
  su  hövzələrinin,  hovuzların  və  digər  su  anbarlarının 
tikintisi; 
  oddan mühafizə zolaqlarının lazımi qaydada saxlanılması; 
  rabitənin,  xəbərdarlıq  sisteminin,  kəşfiyyat  vasitələrinin 
hazırlığının təminatı; 
  yanğın söndürmə vasitələrinin hazırlığının yoxlanılması. 
Mühafizə 
üçün 
müxtəlif 
konstruksiyalı 
ildırım 
ötürücülərindən  istifadə  edilir:  a)  nüvəli,  b)  antenalı,  c)  torvari. 
Hər  bir  ildırım  ötürücüsü  3  elementdən  ibarətdir:  ildırım 
qəbuledicisi;  cərəyan  ötürücü;  yerə  ötürücülər.  Xüsusi  diqqət 
yetirilməlidir  ki,  binanın  yerlə  birləşmə  konturu  ilə  ildırımdan 
mühafizə konturu arasında təmas olmasın. 
 
4.6. Qasırğa 
Qasırğa  (siklon,  tayfun  –  çin  dilində  “böyük  külək”)  bu  12 
ball  gücünə  malik  küləkdir.  Onun  sürəti  300  m/san,  qasırğanın 
cəbhəsi  500  km-ə  qədər  çatır.  Qasırğa  yüz  kilometrlərlə  yolu  qət 


             
     Ekoloji təhlükəsizlik 
 
98 
etməyə  qadirdir.  O,  öz  yolunda  hər  şeyi  viran  edir:  ağacları 
sındırır, tikililəri dağıdır, sahillərdə hündürlüyü 30 m-ə çatan  
   
 
 
Şək. 4.7.  Qasırğanın nəticələri 
 
dalğalar  yaradır;  leysanların  səbəbi  ola  bilər,  sonradan  isə 
epidemiyaların  yaranmasına  şərait  yaradır  (şək.4.7).  1988-ci  ildə 
Odessa  vilayətində  qasırğa  6000  km-li  EÖX  (elektrik  ötürücü 
xətti) sıradan çıxarmış, 130 yaşayış məntəqəsini, həmçinin şəhərin 
suburaxıcısını 
enerjisiz 
qoymuşdur. 
Qasırğalar, 
siklonlar 
mövsümü dinamikaya malikdir. 
 
4.7. Boran 
 
Boran  –  qasırğanın  başqa  bir  növüdür,  lakin  daha  kiçik 
sürətə  malik  olur.  Qasırğa  və  boranlarda  qurbanların  əsas 
səbəbləri uçan qəlpələr, yıxılan ağaclar və tikililərin elementləridir. 
Ölənlərin  bilavasitə  səbəbi  bir  çox  hallarda  təzyiqdən  asifiksiya, 
ağır  tramvalardır.  Sağ  qalanlar  içərisində  çoxusunun  yumşaq 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
99 
əzələlərin  yaraları,  qapalı  və  ya  açıq  sınıqları,  kəllə-beyin 
tramvaları,  onurğa  sütunun  tramvası  olanlar  müşahidə  olunur. 
Yaraların  çoxunda  dərin  nüfuz  etmiş  yad  cisimlər  (torpaq,  asfalt 
hissəcikləri, şüşə qırıntıları) olur ki, bu da septik ağırlaşmalara və 
hətta  qan  qanqrenasına  səbəb  ola  bilər.  Sibirin  cənub  quraqlıq 
vilayətlərində  və  Rusiyanın  Avropa  hissəsindəki  toz  boranları 
xüsusilə  təhlükəlidir  ki,  bu  da  torpaqğın  eroziyasının  və 
sovrulmasına,  səpinlərin  daşınması  və  ötürülməsinə,  köklərin 
çılpaqlaşmasına səbəb olur. 
 
4.8. Burağan 
 
Burağan  (tornado)  –  havanın  burulğan  hərəkətidir,  diametri 
100  metrə  qədər  nəhəng  qara  sütun  şəklində  yayılır,  bunun 
daxilində havanın seyrəkləşməsi baş verir və ora müxtəlif əşyalar 
sovrulur.  Toz  sütununda  havanın  fırlanma  sürəti  500  m/san-yə 
çatır.  Sütunda  hava  spiral  üzrə  qalxır  və  tozu,  suyu,  əşyaları, 
insanları  özünə  çəkir.  Burağanlar  bəzi  hallarda  bütöv  kəndləri 
viran edir. Özünün mövcud olduğu dövrdə o, 600 km məsafəni 20 
m/san  sürətlə  qət  edə  bilir.  Burağana  düşmüş  tikililər  hava 
sütunundakı  seyrəkləşmə  nəticəsində  daxildəki  havanın  gücünün 
təsirindən  dağılırlar.  Bəzi  hallarda  burağan  səsin  sürətindən 
yüksək  sürətlə  hərəkət  edir.  O,  ağacları  kötükləri  ilə  çıxardır, 
avtomobilləri,  qatarları  çevirir,  evi  və  onun  elementlərini  havaya 
qaldırır  (damı,  ayrı-ayrı  hissələri),  insanları  bir  neçə  kilometrə 
aparır.  Ölənlərdə  orqanizmin  boşalması,  əzilmiş  boş  kəllələr, 
sıxılmış döş qəfəsləri müşahidə olunur. 
Burağanlar  Rusiyanın  bir  çox  vilayətlərində  baş  verir.  Belə 
ki,  1984-cü  ildə  burağan  İvanovsk,  Yaroslavl,  və  Kostroma 
vilayətlərindən  keçmişdir.  Yalnız  İvanovsk  vilayətində  dörd 
yaşayış  məntəqəsi,  vilayət  mərkəzindəki  bir  neçə  obyekt  tam 
olaraq dağılmış, 70 nəfərdən artıq insan həlak olmuş, təqribən 300 
insan zədə almışdı. 
Qasırğalar,  boranlar  və  burağanlar  kifayət  qədər  dəqiqliklə 
proqnozlaşdırılır  və  vaxtında  edilmiş  xəbərdarlıq  nəticəsində 
maddi və insan itkilərinin qarşısını almaq olur    (cəd. 4.6). 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə