Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
93 
Rusiyada  sellərin  əsas  yaranma  rayonları  Zabaykalyedə 
(güclü sellərin dövrülüyü 6-12 ildir), BAM zonasında (20 ildə bir 
dəfə), Uzaq Şərqdə və Uraldadır. 
Dağıdıcı 
təsirlə 
nəticələnən 
sellərə 
nümunə 
kimi 
Özbəkistandakı seli (4 May 1927-ci  il) göstərmək olar ki, burada 
leysanın  dolu  ilə  yağmasından  saat  yarım  sonra  dağlarda 
artilleriya  kanonadasına  bənzər  gurultulu  eşidildi.  Yarım  saat 
sonra  vadini  15  metr  hündürlüyündə  palçıq-daş  axını  basdı,  bu 
kənddə  yerləşən  yük  və  zəvvarlarla  olan  15  arabanı  öz  cənginə 
aldı. 10 saatdan sonra artıq zəifləmiş sel Fərğanəyə çatdı (o zaman 
şəhərdə 800 baş mal-qara məhv olmuşdu). 
1981-ci  ilin  mayında  Tacikistandakı  sel  axınları  130 
məktəbi  və  məktəbəqədər  müəssisələri,  12  poliklinikanı  və 
xəstəxananı,  520  km  avtomobil  yolunu,  115  körpünü,  60  km 
yüksək  gərginlikli  elektrik  xətlərini  dağıtmışdı,  sellər  bağları, 
üzümlükləri yuyub aparmış, xeyli sayda mal-qaranı məhv etmişdi. 
 
4.4. Sürüşmələr 
 
Sürüşmələr  –  ağırlıq  qüvvəsinin  təsiri  nəticəsində  torpağın 
yuxarı  qatlarının  qopması  və  dağın  yamacı  ilə  üzü  aşağı 
sürüşməsidir. Sürüşmələr çox vaxt su ilə yuyulma nəticəsində dağ 
əkinlərinin, çay vadilərinin, dənizlərin yüksək sahillərinin, göl, su 
anbarlarının  və  çay  sahillərinin  əyriliyinin  artması  ilə  baş  verir. 
Sürüşmələrin  yaranmasının  əsas  səbəbi  gilli  süxurların  yeraltı 
sularda axma vəziyyətinə qədər həddən artıq doymasının, seysmik 
təkanların  təsiri,  yerli  geoloji  şəraitin  nəzərə  alınmadan,  insanın 
düşünülməmiş  təsərrüfat  fəaliyyətinin  nəticəsidir.  Beynəlxalq 
statistikaya  görə  hazırki  zamanda  sürüşmələrin  80%-i  insan 
fəaliyyəti ilə bağlıdır. Bu halda qruntla birlikdə tikililər, ağaclar və 
yer səthində nə varsa, hamısı dağın ətəyi ilə sürüşür. Sürüşmələrin 
nəticələri  –  qurbanlar  (cədv.  4.5),  yığımlar,  bəndlər,  meşələrin 
məhv olması, dağıntılardır. 
 
 
 


             
     Ekoloji təhlükəsizlik 
 
94 
Cədvəl 4.5.  
Qar uçqunları və sürüşmələrdəki həlak olanların sayı 
 
Sürüşmələr gücünə görə qruplara bölünürlər: 
  çox böyük – süxur və material həcmi 1 mln m
3
-dən artıq 
qarışığın aparılması; 
  böyük  –  100  mindən  1  mln  m
3
-ə  qədər  qarışığın 
aparılması; 
  kiçik – 10 min m
3
-ə qədər qarışığın aparılması. 
Rusiyada  sürüşmələr  Qara  dəniz  səhillərində,  Okanın, 
Volqanın,  Yeniseyin  sahillərində,  Şimali  Qafqazda  baş  verir. 
Sürüşmələrin  çoxunun  qarşısını  su  axınlarını  (qarın  əriməsi  və 
leysan)  və  drenajı  tənzimləməklə  və  yamacları  yaşıllaşdırmaqla 
almaq  olar.  Sürüşmənin  nəticəsi  kimi  1997-ci  ilin  iyulunda 
Dnepropetrovsk  yaşayış  massivində  baş  verən  faciəni  göstərmək 
olar.  Qəflətən  yer,  dərin  yarğanın  kənarında  yerləşən  uşaq 
bağçasını və 9 mərtəbəli yaşayış binasını udmuşdur. İlk siqnallara 
əsasən  gələn  xilasedicilər  qarışıqlıq  və  çaxnaşma  içərisində 
sakinlər  evdən  çıxara  bilmişdilər  (bunu  evakuasiya  adlandırmaq 
olmaz).  Milislər  və  əsgərlər  heç  nəyə  baxmırdılar,  əldə  olan 
saniyələr  bir  çoxunun  həyatını  xilas  etmişdi.  Yarıçılpaq  sakinləri 
təhlükəli  yerdən  uzaqlaşdırmışlar.  Səhər  saat  6:40-da  9  mərtəbəli 
panel  bina  partlamış,  hissələrə  parçalanmış  və  72  mənzil  yerin 
Fəlakətin yeri, il 
Fəlakətlər 
Həlak olanların sayı 
ABŞ (Vaşinqton ş.), 
1910 
Qar uçqunu 
100-dən artıq 
Avstriya (Tirol), 1916 
Sürüşmə və qar 
uçqunu 
10 000 
Rusiya (Xibin), 1931 
Qar uçqunu 
100 
Rusiya (Şimali Osetiya), 
1932 
Qar uçqunu 
112 
Peru, 1941 
Qar uçqunu 
4 000 
İtaliya, 1963 
Sürüşmə 
300 
Peru (Yunqan ş.), 1970 
Sürüşmə və qar 
uçqunu 
20 000 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
95 
təkinə getmişdi. Uçmuş binanın yerində eni 150 m və dərinliyi 30 
m  olan  çala  əmələ  gəlmişdi,  onun  dibində  binanın  yağlı  palçıqlı 
qalıqlardan  ibarət  kütlə  gurlayırdı.  Orta  məktəb,  uşaq  bağçası, 
kiçik tikililər, ağaclar, qarajlar yerin altına getmişdi. 
Sürüşmə,  sellər  və  qar  uçqunları 
ilə 
mübarizədə 
xəbərdaredici  tədbirlər  yamacların  vəziyyətinə  nəzarət,  onlarda 
bərkidici  tədbirlərin  görülməsi  (svayların  basdırılması,  meşə 
salınması,  divarların,  dambaların  tikilməsi),  drenaj  sistemlərinin 
və  bəndlərin  tikilməsidir  (Alma-Ata  yaxınlığında  100  m 
hündürlüklü  və 400  m enə  malik  bəndin tikilməsi    1973-cü ildə 
selin qarşısını almışdı, 30 m hündürlüklü            10 m/san sürətli 
axını  saxlamışdı.  Nəticədə  həcmi  6,5  mln  m
3
  olan  Medeo  gölü 
yaranmışdı). 
 
4.5. İldırım 
 
İldırım  –  bu  atmosfer  hadisəsidir  ki,  bu  halda  topa  –  yağış 
buludları  və  yer  arasında  güclü  elektrik  boşalmaları  –  ildırım 
yaranır (şək.4.5 və 4.6). Belə boşalmalarda gərginlik milyon volta 
çatır.  Yerin  “tufan  maşınının”  ümumi  gücü  isə  2  mln  kilovatta 
çatır  (bir  tufanda  o  qədər  enerji  sərf  edilir  ki,  onu  bir  il  ərzində 
kiçik  bir şəhəri elektrik enerjisi  ilə təmin etmək  mümkün olardı). 
Boşalmaların  sürəti 100  min km/san, cərəyanın gücü  isə –    180 
min amperə çatır. İldırımın kanalında temperatur ondan axan çox 
böyük  cərəyanın  təsirindən  Günəş  səthindəki  temperaturdan  6 
dəfə  çox  olur,  ona  görə  də  ildırımın  vurduğu  hər  bir  əşya  yanır. 
İşıqlanan  boşalma  kanalının  eni  70  m-ə  çatır.  Kanalda  qızan 
havanın sürətlə genişlənməsi nəticəsində ildırım çaxmalarının səsi 
eşidilir. 
Yer  kürəsində  ildə  44  minə  qədər  ildırım  çaxır.  Onların 
davamiyyət müddəti bir saata çatır. İldırım adətən hündür yerləri, 
ayrıca  dayanmış  ağacları,  texnikanı  vurur.  Suda  və onun  yanında 
dayanmaq  olmaz.  Bəzi  hallarda  güclü  xətti  ildırımdan  sonra  şar 
ildırım yaranır – diametri 5-30 sm-ə qədər olan işıqsaçan şar, onun 
hərəkət istiqamətini demək olmur. 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə